MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə50/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   46   47   48   49   50   51   52   53   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

153 


olan  uçan  aparatlar  gündüz  də,  gecə  də,  yağışda  da,  qarda  da, 

quşlardan  yuxarıya  qalxaraq  çox  böyük  məsafələrə  uçur  –  bu 

fantastik dərəcədə mümkünsüz idi. 

 

Tərəqqinin paradoksu elə bundadır: mümkünsüz olan mümkün olur, 



mümkün  olan  isə  real,  gündəlik  həqiqətə  çevrilir.  Sözümü  ona 

gətirmək  istəyirəm  ki,  vaxt  gələcək,  XX  əsr  də  XXI  əsrin  fikir 

adamlarının  gözündə  sadəlövh  və  gülməli  görünəcək,  xüsusən  də 

totalitar  faşizm  və  kommunizm  doktrinalarının  həyata  keçirilməsi 

yolu  ilə  yeni  insan  və  yeni  cəmiyyət  yaratmaq  cəhdlərinə  görə. 

Cisimlərin  daxili  məntiqi  elədir  ki,  demokratik  məqsədləri  qeyri-

demokratik  vasitələrlə  həyata  keçirmək  olmaz.  Məqsədlər  və 

vasitələr arasında ziddiyyət olduqda, ayrılmalar, ixtilaflar meydana 

gəlir, 

onda 


qeyri-demokratik 

instrumentarilər 

demokratik 

məqsədləri  çəkib  çıxarır,  sıxışdırır,  özü  isə  məqsədə  çevrilir, 

beləliklə ilkin məqsədlər yox olub gedir. Başqa sözlə desək, başqa 

cür  düşünənlər  üçün  konslagerlər,  qaz  kameraları,  gizli  dinləmələr 

və donoslar, bütöv xalqların deportasiya və genosidi ədalətli, azad, 

demokratik cəmiyyət qurmağa yardımçı ola bilməz, əksinə, əxlaq və 

mənəviyyatdan xəbərsiz bir cəlalətpərəstlər kütləsi meydana gəlir. 

 

XX  əsri  yalnız  totalitar  faşizm  və  kommunizm  rejimlərinin 



hakimiyyəti  və  onların  bəşəriyyətə  gətirdikləri  şərlə  xarakterizə 

etmək  olduqca  birtərəfli  və  məhdud  bir  görüş  olardı.  Ən 

antihumanist, amansız, qanlı olması ilə yanaşı bu ən ziddiyyətli, ən 

yaradıcı,  qurucu,  əzəmətli  bir  əsr  idi.  Böyük  elmi  kəşflər,  elm, 

texnika,  mədəniyyət,  ədəbiyyat  və  kinematoqrafiya,  teatr  və 

rəssamlıq sahəsindəki nailiyyətlərdən danışmamaq olmaz. 

 

XX  əsr  elə  güclü  elmi  təfəkkür  sıçrayışı  ilə  səciyyəvidir  ki,  onu 



yalnız  Aristotelin  formal  məntiqi,  Evklidin  həndəsəsi,  Arximedin 

fizikası  və  filosofem  adlanan  ayrı-ayrı  sentensiyalar  kimi  deyil, 

biliklərin  sistemli  təfsiri  kimi  fəlsəfənin  meydana  gəldiyi  antik 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

154 



Yunan dövrü ilə müqayisə etmək olar.  XX əsrdə yaşadığımız fiziki 

və  kosmik  dünya  haqqındakı  təsəvvürləri  alt-üst  edən  yeni  kəşflər 

edildi  və  elmlər  yarandı.  Eynşteynin  ümumi  və  xüsusi  nisbilik 

nəzəriyyəsi,  Nils  Borun  kvant  mexanikası,  Bertran  Rasselin 

məntiqi, Norbert Vinerin kibernetikasından söhbət gedir. 

 

Məhz  XX  əsrdə,  belə  demək  mümkünsə,  hibrid  elmlər  yarandı: 



astrofizika,  biofizika,  biokimya,  biotibb,  geokimya,  molekulyar 

biologiya  və  s.  Onlar  evristik  imkanlarını  iki  elmin  qovşağında 

birləşdirərək  zehni  biliklərin  yeni  üfüqlərini  açır  və  onun  idrak 

gücünü daha yüksək səviyyəyə yüksəldir. 

 

Bu  baxımdan  hər  iki  qeyri-evklid  həndəsəsini  –  Lobaçevskinin 



üçbucağın  daxili  bucaqlarının  cəminin  yüz  səksən  dərəcədən  az 

olduğu  batıq  hiperbolasını  və  Rimanın  bu  bucaqların  cəminin  yüz 

səksən  dərəcədən  çox  olduğu  sferik  həndəsəsini  xatırlamamaq 

olmaz. 


 

Reallıqda  bu  iki  həndəsə  XX  əsrin  kəşfi  deyil,  onlar  hələ  əvvəlki, 

XIX  əsrdə  meydana  gəlmişdi,  ancaq  onların  həqiqi  təsirini  və 

gücünü  məhz  XX  əsr  açdı  və  tədqiqatlarda,  kosmos  və  subatom 

dünyasının  ram  edilməsində  onlardan  geniş  istifadə  etdi.  Bu,  milli 

azadlıq,  şəxsiyyətin  vətəndaşlıq  və  siyasi  azadlığı,  insan  hüquqları 

uğrunda  mübarizə  əsri  idi.  XX  əsrin  əvvəlində,  daha  dəqiq  desək, 

Birinci Dünya Müharibəsinin sonunda imperiyaların süqutu başladı: 

Rusiya,  Avstriya-Macarıstan,  Prussiya,  Osmanlı  imperiyaları  bir-

birinin ardınca dağıldı, II Dünya müharibəsindən az sonra Britaniya 

imperiyası  və  Üçüncü  reyx  də  bu  sıraya  qoşuldu.  Onlarla  yeni 

dövlət  meydana  gəldi,  daha  sonra  Qərbin  Asiya  və  Afrikadakı 

müstəmləkə sistemi də süquta uğradı. 

 

Bütün  bu  baş  verənlər  hüquq  bərabərliyinə  zəmanət  verən  və 



ümumi  qəbul  edilmiş  beynəlxalq  hüquq  əsasında  super  dövlətlər 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

155 


arasındakı  münasibətlərə  nəzarət  edən  beynəlxalq  təşkilatın 

yaradılması  zərurətini  doğurmaya  bilməzdi.  Beləliklə,  Xalqlar 

cəmiyyətini  əvəz  edən  BMT  –  Birləşmiş  Millətlər  Təşkilatı 

meydana gəldi. 

 

XX  əsrin  tarixə  ən  antihumanist  və  qanlı  əsr  kimi  daxil  olduğunu 



demək  çətin  olsa  da,  deməmək  mümkün  deyil.  Əvvəllər  heç  vaxt 

silah,  qazlar  və  radiasiyanın  köməyilə  Birinci  və  İkinci  dünya 

müharibəsi  zamanı,  Xirosima  və  Naqasakinin  bombalanması  və 

Çernobıl qəzası zamanı öldürülən qədər insan məhv edilməmişdi. 

 

Məhz  iyirminci  əsr  iki  məşum  siyasi  hərəkat  –  faşizm  və 



kommunizmi yaratdı. 

 

Bir  neçə  il  əvvəl  qərb  nəşrlərindən  biri  iyirminci  əsrin  ən  böyük 



siyasi  cəlladlarının  siyahısını  çap  etdi.  Birinci  sırada  50  milyon 

çinlinin ölümü ilə Mao Tse Dun durur. Ondan sonra hesabında 40 

milyon  (bəzi  versiyalara  görə,  rəqəm  az  göstərilir)  qurban  olan 

Stalin gəlir. Üçüncü yerdə iyirmi milyon insanı məhv etmiş Hitler, 

ondan  sonra  on  milyonla  Çan  Kay  Şi  və  dörd  milyon  yarım 

qurbanla Lenin gəlir. 

 

Mənim  acizanə  fikrimcə,  siyahıya  altı  milyonluq  Kamboca 



əhalisinin üçdə birinin ölümünə səbəb olan Pol Pot və İenq Sari də 

daxil  ola  bilərdi.  Ancaq  sizin  diqqətinizi  bir  şeyə  cəlb  etmək 

istərdim  ki,  siyahıya  heç  də  Avropanı  işğal  edən,  nasist 

Almaniyasının lideri Hitler öz quldur dəstəsiylə başçılıq etmir, Çin 

və  sovet  xalqlarının  kommunistləri  öndə  gəlir.  Təəssüf  ki, 

kommunizmin  yaxşı  yağlanmış  repressiya  maşınının  imkanları 

faşist  rejimlərindən  qat-qat  genişdir.  Təsadüfi  deyil  ki,  Sovet 

İttifaqında  o,  70  ildən  artıq  mövcud  oldu,  Almaniyada  nasizm  isə 

cəmi ―on iki il üç ay altı gün‖ fəaliyyət göstərdi. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə