MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə58/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   54   55   56   57   58   59   60   61   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

178 



mərkəzləşmiş  vektorunun  aradan  qaldırılmasını,  fərqli  mədəniyyət 

formalarının  deiyerarxizasiyası  və  qanuniləşdirilməsini  nəzərdə 

tutmasıdır.  Bütövlükdə,  demək  olar  ki,  multikulturalizm 

postmodernin dəyər istiqamətləri ilə həmahəngdir. 

 

Multikulturalist  diskursunun  postmodernist  formasını  Eynilik 



ritorikasının  yerini  alan  difference  ritorikası    ifadə  edir  və  bunun 

başlıca əhəmiyyəti Derrida və Delyoz tərəfindən qeyd edilirdi. 

 

Multikulturalizmin  bügünkü  vəziyyəti  dialoqu  nəzərdə  tutur, 



multikulturalizm  özü  isə  qarşılıqlı  əlaqənin  yeni  fəlsəfəsi  kimi 

qiymətləndirilir. 

 

Martin  Buberdən  tutmuş  Mixail  Baxtinə  qədər  ―dialogizm‖ 



ideyaları, ―dialoq fəlsəfəsi‖ əsasında yaranan Emmanuel Levinasın 

―başqalıq‖ konsepsiyası bu baxışın əsası ola bilər. 

 

Etnik, milli mədəniyyətin, alt mədəniyyətlərin polifoniyası müxtəlif  



yaranma  xassəsinə,  müxtəlif  təşkilat  və  fəaliyyət  üsullarına  görə 

yeni  mədəni  kontekstdə  leqitimləşir.  Mədəni  plüralizm  siyasəti 

etno-linqvistik  və  etno-dini  qrupların  arasındakı  ―dialoq‖un 

təşviqində  və  həm  də  təbiətcə  etnik  mənsubiyyətdən  üstün  olan 

ümumi kommunikasiya məkanının formalaşmasında görünür. 

 

Bu  zəmində,  ―fərqli  mədəni  mövqenin  və  bəlkə  də  müxalifətin 



―real,  natamam  problem,  ―yad    həqiqət‖  kimi  anlaşılması  və  buna 

görə  də  özünün  ―doğma‖  həqiqətinin  açıq,  tamamlanmamış  kimi 

başa düşülməsi‖ ön plana çıxır. 

 

Plüralist  cəmiyyətin  kommunikativ  mədəniyyətinin  nailiyyəti 



dialoq,  dəyər  konsensusların  qurulması  ilə  şəxsi  normativlik 

hüdudlarının aşılmasında görülür. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

179 


Meynstrim  mədəniyyətinin  hakimliyinə  yönəlmə  təbii  hal  kimi 

ambivalentliyin  və  fərqlərin  mövcudluğunun  qəbul  edilməsinin 

posmodernist  mühakiməsi  ilə,  yəni  yanaşma  tolerantlığı  ilə  aradan 

götürülür. 

 

Postmoderndə  fərqlilik  amilinin  daima  vurğulanması  eyni  təsnifat 



cədvəlinin mədəniyyət formaları üçün istifadəsini və ortaq məxrəcə 

gətirilmələrini istisna edir. 

 

Bunu substantiv mənbəyə yaxın çoxluğun mütəşəkkil determinliyin 



həm  çoxluğunu  həm  də  vəhdətini  təşkil  edən  postmodern 

mədəniyyətinin  rizomatikliyi  ilə  bağlayırlar.  Multikulturalizm  isə 

plüralistik  cəmiyyətin  içində  ictimai  tolerantlığa  yönəlimli  dünya 

görüşü mövqeyidir. 

 

―Özgə‖ni sadəcə ―başqa‖sına çevirən multikulturalizm konteksti hər 



bir  mədəni  vahidin  ictimai  yaşama  mühitinin  mental  sərhədlərinə 

hörməti nəzərdə tutur. 

 

Multikulturalizmin  postmodernin  fəlsəfi  əsaslarla  həmahəngliyi  ön 



plana çəkilən subyektdə (dividdə) ifadə olunur. Divid üçün kimlik, 

dəyər üstünlüklərinin seçimi problemləri həlledicidir. 

 

Postmodern  dövrü  multikulturalizmin  məna  yükünü,  onu  yalnız 



etnik  müxtəlifliklə  deyil,  həm  də  müxtəlif  həyat  tərzləri,  istiqamət 

və  mədəni  təmayüllərin  müxtəlifliyi  ilə  zənginləşdirərək 

genişləndirilir. 

 

Bu  anlayış  bir-birindən  fərqli,  lakin  cəmiyyətin  dəyər  əsasları  ilə 



bağlı  olan  ictimai  formaların  qarşılıqlı  əlaqəsinin  həyata  keçdiyi 

cəmiyyətin mental sərhədlərinin mövcudluğunu nəzərdə tutur. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

180 



Beləliklə,  multikulturalizmin  postmodern  ilə  əlaqələndirilməsi 

onun,  demək  olar  ki,  dəyər  istiqamətləri  ilə  həmahəng  olan  və 

bütövlükdə,  onun  mentallığını  səciyyələndirən  postmodernin 

plüralistik görüşünə uyğun gəlir. 

 

 

Roida Rzayeva, 



 Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə, 

Sosiologiya və Hüquq İnstitutunundirektor müavini 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

181 


 

 

XXI əsrdə post-maddi cəmiyyət və ənənəvi dini 

dəyərlər 

 

 



Mən  belə  bir  forumun  təşkilinə  görə  sizə  öz  minnətdarlığımı 

bildirirəm.  Geosiyasətə  cavab  verən  milli  layihənin  təqdimatının 

dərk  olunmasından  sonra  biz  fərqlərlə  üzləşirik.  Biz  həmçinin 

eşitmişik ki, immiqrantlar dünyada ən çətin problem, məsələ deyil. 

Mən postmodernizmdə multikulturalizm haqqında sonda çıxış edən 

natiqi dəstəkləyirəm. İndi isə mən sizə multikulturalizmin bəzi real 

cəhətlərindən  danışmaq  istəyirəm.  Əsas  məqamı  qeyd  etmək 

istəyirəm  ki,  modernləşmə  və  qloballaşma  ilə  bağlı  dəyişikliklər 

şəxsin  fərdi  və  qrup  identifikasiyasında  tanınmasına  səbəb  olur. 

Dini  və  mədəni  fon,  humanitar  inanclar  arasında  böyük  dini 

anlamadan irəli gələn dəyərlər axtarışındayıq. Elmi əhəmiyyətə görə 

dini  və  dözümlük  formasında  qrup  eyniliyi  ənənəsi  qəbul 

olunmalıdır. 

 

Beləliklə,  multikulturalizm  bütün  bu  problemləri  həll  etməlidir. 



Multikulturalizm  üzrə  bir  sıra  elmi  tədqiqatlar  bəzi  multikultural 

şərhləri  ortaya  qoyur.  Hal-hazırda  postmodernizmdə  bizim  tərk 

etdiyimiz  bəzi  ənənələri  görürük.  Bunlardan  biri  immiqrasiyadır. 

Biz birinci nəslin yox, ikinci və üçüncü nəslin qəbul edilməsindən 

danışırıq.  Biz  radikalizmin  bu  formasını  Almaniya,  Fransa, 

Birləşmiş  Ştatlarda  görə  bilirik.  İkinci  və  üçüncü  nəsil  tərəfindən 

irəli  sürülən  faktları  istisna  etsək,  ikinci  ənənə  uyğunlaşma 

ənənəsidir.  Eyni  zamanda  radikal  dinlərə  uyğunlaşma  inanclara 

təəssüf  formasıdır.  Həmçinin  bu  apokaliptik,  aqnostik  və  satanik 

inanclardan  irəli  gələn  dinlərin  yeni  formasıdır.  Bəzi  belə  qruplar 

qərbdə radikallaşır.  Bu  proses tamamilə  cəmiyyətdən başlayır.  Biz 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə