MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə57/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   53   54   55   56   57   58   59   60   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

174 



münaqişələrə  münasibətini  bildirərək  bəyan  etmişdir:  ―Heç  kim 

dinləri  aqressiya,  zorakılıq  və  ya  ölüm  vasitəsi  kimi  dözümsüzlük 

aləti olaraq, təqdim etmək və istifadə etmək hüququna malik deyil. 

Əksinə, onların dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün 

zəngin mənbəyidir‖. 

 

Bu  gün  Azərbaycanda  200-dən  artıq  dini  təşkilat  qeydiyyatdan 



keçmişdir.  Və  bu  hal  müasir  demokratik  Azərbaycanda  dini 

tolerantlığın parlaq sübutudur. 

 

―Azərbaycanda  bütün  dinlərin  nümayəndələri  özlərini  rahat  hiss 



edir‖.  Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyev 

müqəddəs  Ramazan  ayı  münasibətilə  verilən  iftar  məclisində  çıxış 

edərkən  belə  demişdi.  Prezident  qeyd  etdi  ki,  Azərbaycanda  islam 

mədəniyyətinə  və  islam  dininə  hörmət  və  ehtiram  bütün  digər 

dinlərə  ehtiramla  müşayiət  olunur.  ―Öz  dininə  ehtiram  göstərən 

insan  başqasının  dininə  də  ehtiram  göstərməlidir.  Bu  artıq 

Azərbaycanda  bərqərar  olmuş  yanaşmadır.  Bu  gün  dini  xadimlər 

Azərbaycanda hökm sürən dözümlülük və tolerantlıqdan bəhs etdi. 

Bu  artıq  reallıqdır  və  bəzi  hallarda  bizim  təcrübəmiz  dünya 

miqyasında  öyrənilir.  Mən  çox  şadam  ki,  dözümlülük,  dini 

tolerantlıq  artıq  Azərbaycanda  bərqərar  olmuş  anlayışlardır.  Bu 

sadəcə  şüar  deyil,  bizim  həyat  tərzimizdir‖-  deyə  prezident  qeyd 

etdi. 

 

İlham Əliyev vurğuladı ki, Azərbaycanda dini abidələrə münasibət 



din və dövlət arasında münasibətlərin təzahürüdür: ―Azərbaycanda 

dövlət  yalnız  məscidləri  və  islam  dininə  aid  olan  digər  abidələri 

tikib bərpa etmir. Eyni zamanda digər dinlərə aid məbədlər də təmir 

və inşa edilir. Bu barədə danışanlar oldu və mən çox məmnunam ki, 

müxtəlif dinləri təmsil edən din xadimləri burada vahid fikir ifadə 

etdilər. Bu fikir ondan ibarətdir ki, Azərbaycanda bu sahədə iş çox 

yüksək  səviyyədədir.  Təbii  ki,  burada  dövlət  siyasəti  də,  bu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

175 


siyasətin  əsasları  da  düzgün  qurulub.  Bu  bizim  həyat  tərzimizdir. 

Bu bizim dünyaya baxışımızdır. Biz belə yaşayır və belə yaşayaraq 

özümüzə,  regiona  və  dünyaya  sübut  edirik  ki,  multikulturalizm 

mövcuddur.  Multikulturalizm  nisbətən  yeni  anlayışdır.  Mahiyyət 

etibarı ilə isə müxtəlif mədəniyyət və dinlərə mənsub olan şəxslərin 

birlikdə yaşamaları deməkdir. Yəni bu anlayış Azərbaycanda əsrlər 

boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. 

Azərbaycan  xalqı  müxtəlif  dövrlərdə  müxtəlif  ictimai-siyasi 

quruluşlarda  yaşayıb.  Buna  baxmayaraq,  sevindirici  haldır  ki, 

müstəqillik  dövründə  bu  müsbət  tendensiyalar  daima  güclənib  və 

güclənməkdədir.  Bizim  uğurlu  inkişafımızı  gücləndirən  amillər 

bunlardır‖. 

 

 

Məmməd Əliyev, 



 Bakı Slavyan Universitetinin prorektoru, fəlsəfə elmləri 

doktoru, professor 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

176 



 

 

Dəyişən dəyərlər və multikulturalizm 

 

Bu  gün  multikulturalizm  ideologiya,  siyasət  və  diskurs  kimi 



səciyyələnir, bu da mültikulturalizm gündəliyinin geniş yayılmasına 

və  aktuallığına  gətirib  çıxarır.  Həmçinin,  multikulturalizm  özü 

diskurs növü olaraq, bir neçə diskursda baxıla bilər. Bunlardan biri 

posmodernist diskursdur. 

 

Multikulturalizmin ideoloji və siyasi kontekstləri multikulturalizmə 



bir  hadisə  kimi  həm  müsbət,  həm  mənfi  münasibəti  özündə 

birləşdirir. 

 

Multikulturalizmə  mənfi  münasibət,  60-ci  illərin  ortalarından 



multikulturalizm ideologiyası qarşısında geriləyən, onun dominanta 

olaraq etnomilli əsas və müxtəlif mühacir qruplardan ibarət ―əritmə 

qazanı‖  kimi  anlaşılmasılmasından  irəli  gəlir.  ―…Etnik  qrupların 

nümayəndələri  ümumi  əhval-ruhiyyəyə  və  ölkənin  dəyərlərinə 

uyğundurlarsa  yad  görsənmirlər‖,  yəni  kontekstin  çərçivəsindən 

çıxmayaraq,  müəyyən  əsas  sosial  zəmində  etnokulturoloji  fərqlər 

möhkəmləndirilir.  (bu  görüntünü  Neysbitin  ―Meqatrendlər‖ 

əsərində Amerika cəmiyyətinin timsalında izləmək olar). 

 

Bu  münasibət  multikulturalistin  açıq-aşkar  irqçi  kimi  xarakterizə 



olunmamasında  da  özünü  göstərir,  belə  ki,  ―multikulturalistin 

Başqasının  özəlliyinə  hörməti  özünün  üstünlüyünü  təsdiq  etmə 

formasıdır‖. 

 

―Postmodernizm‖  dövri  mətbuatın  humanitar  istiqamətlərində  ən 



çox  işlədilən  termindir.  Hal-hazırda  postmodernizm  fenomeni 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

177 


fəlsəfi  maraqların  mərkəzindədir,  çünki  müasir  mədəniyyətə 

səciyyəvi olan mücərrəd mühakimə növünü ifadə edir. 

 

Miltikulturalizm  layihəsi,  yaşama  hüququ  olan  və  özünə  hörmət 



tələb edən, bir çox mədəniyyətli qlobal birliyin yaranmasını nəzərdə 

tutan postmodern proqramının tərkib hissəsi hesab edilir. Bu fikrin 

özünəməxsus  təfsiri  multikulturalizm  konsepsiyasının  özülü  olan 

sinqulyarlıqlar nəzəriyyəsinin əsasını təşkil edir. 

 

Hakim  intellektual  paradiqmanın  əvəzlənməsi,  mədəni  kodların  və 



dəyərlər  sisteminin  dəyişməsi  ilə  səciyyələnən  bir  mədəni 

kontekstdən digər kontekstə keçmək deməkdir. 

 

Bu nöqteyi-nəzərdən postmodernin səciyyəvi xüsusiyyəti kimi çıxış 



edən  Nitşenin  ―dəyərlərin  yenidən  qiymətləndirilməsi‖  və  ya 

dəyərlərə  təkrar  baxılması  prinsipi  aktuallaşır.  Onu  həm  də 

―postmodernizmin 

dəyərlər 

sindromu‖ 

adlandırırlar. 

Bu 

transformasiya  mədəni,  dini  normaların,  makro  və  mikro,  başqa 



sözlə şəxsi və ictimai səviyyədə dünyagörüşlərin dəyişməsi ilə ifadə 

olunur. 


 

Dəyər  transformasiyası  kontekstində  cəhdlər  dəyər  plüralizmi  ilə 

şərtlənən cəmiyyətin çox mədəniyyətlilik anlayışına əsaslanan yeni 

mədəniyyətin qurulmasına yönəldilmişdir. 

 

Bugünkü sosio-mədəni şəraiti mədəniyyətin ―klassik‖ modelinin və 



yüksək  nümunələrin  aradan  qaldırılması  kimi  səciyyələndirmək 

olar. 


 

Çox  yayılmış  iddialardan  biri,  multikulturalizmin  postmodernin 

mədəni  vəziyyətini  əks  etdirməsidir.  Hər  şeydən  əvvəl,  əsas 

arqument, modern üçün xarakterik olan ümumi məxrəcə gətirmədən 

imtinadır  və  multikulturalizmin  mədəniyyət  modelinin  inkişafın 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə