MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə65/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   61   62   63   64   65   66   67   68   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

201 


- biotexnologiyalar sahəsində əldə olunan uğurlarla bağlı fəlsəfi və 

etik  problemlərin  xüsusi  əhəmiyyət  kəsb  etdiyinə  diqqət 

yetirilməsinin vacibliyini vurğulayırıq; 

 

-  yeni  texnologiyaların  enerji  təhlükəsizliyi,  sağlam  qidalanma  və 



Yer  üzündə  hər  bir  insanın  rifahı  problemlərinin  həllinə  kömək 

edəcəyinə  ümidimizi  ifadə  edir,  bütün  ölkələrdə  elmin  və  yüksək 

keyfiyyətli  təhsilin  inkişafına  xüsusi  diqqət  göstərməyə,  elmin  və 

təhsilin  inteqrasiyasının  təmin  olunması  naminə  mövcud 

potensialdan tam istifadə etməyə çağırırıq; 

 

-  elmlərin  konvergensiyası  ideyasının  son  dərəcə  uğurlu  olduğunu 



və  onun  sivilizasiyanın  yeni  simasının  formalaşması  üçün  xüsusi 

əhəmiyyət daşıdığını qeyd edirik; 

 

-  canlı  təbiətin  yaratdıqlarını  örnək  kimi  qəbul  edərək 



nanotexnologiya,  biotexnologiya,  informasiya  və  koqnitiv 

texnologiyaların  imkanlarından  faydalanan  və  Yer  üzündəki 

müxtəlif resursların  tükənməsinin  qarşısını  almağa  qadir  olan  yeni 

texnologiyaların yaradılmasının zəruriliyini qəbul edirik; 

 

- qloballaşmaya nail olmaq üçün hər bir ölkənin öz xüsusiyyətlərini 



nəzərə alan müxtəlif variantların mövcudluğunu dərk edirik

 

-  qloballaşma  kontekstində  inkişafın  iqtisadi  modellərinin 



gerçəkləşdirilməsinin  humanitar  aspektlərinin  qiymətləndirilməsi 

üçün  kulturoloji  yanaşmanın  müstəsna  əhəmiyyət  kəsb  etdiyini 

düşünürük; 

 

-  bütün  informasiya  məkanının  simasını  dəyişdirən  və  sosial 



şəbəkələr  fenomenini  yaradan  yüksək  texnologiyaların  həm  də 

ənənəvi informasiya agentlikləri və şəbəkə informasiya yaradıcıları 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

202 



tərəfindən informasiyanın obyektiv işıqlandırılması və adekvat şərhi 

problemini gündəmə gətirdiyini etiraf edirik; 

 

- sosial jurnalistikada qloballaşmanın nəticəsi olaraq sürətlə inkişaf 



edən  yeni  tendensiyaların  elmi  təhlilə  ehtiyacı  olduğunu  qeyd 

edirik; 


 

- formalaşan yeni qlobal dəyər və normativ sintezə həm Şərqin, həm 

də  Qərbin  öz  dəyərləri  ilə  nüfuz  etdiyini  və  bütün  bəşəriyyətin 

gələcəyinin dünyanı nə dərəcədə vəhdət halında dərk etməyimizdən 

asılı olduğunu müəyyən edirik; 

 

-  qloballaşma  nəticəsində  dünyanın  formalaşmaqda  olan  yeni 



nizamının uzunmüddətli və mürəkkəb proses olduğunu və müxtəlif 

ölkələrdə  yaşayan  insanların  dünyagörüşündə  dəyişikliklərə  yol 

açdığını  qəbul  edirik;  BMT,  YUNESKO,  digər  beynəlxalq 

strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə: 

 

-  mədəniyyətlərin  və  dəyərlər  sistemlərinin  müxtəlifliyini  qoruyub 



saxlamaq  şərti  ilə  bəşəriyyətin  gələcək  inkişafı  naminə 

mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq 

üçün  real  imkan  və  mexanizmləri  müəyyən  etməyə  çağırırıq.  Bu 

qəbildən  forumların  vaxtaşırı  keçirilməsinin  zəruriliyinə  inamımızı 

ifadə  edir  və  Bakı  Beynəlxalq  Humanitar  Forumunun  bütün 

təşkilatçılarına,  Azərbaycan  Respublikasının  Prezidentinə  və 

Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə 

dərin minnətdarlığımızı bildiririk. 

 

-  Bu  Bəyannamənin  tövsiyə  olunmasını  və  onun  humanitar 



əməkdaşlıq məqsədləri üçün istifadə edilməsini zəruri sayırıq. 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

203 


 

 

Azərbaycan dünyanın multikulturalizm



tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq 

mərkəzinə çevrilib 

 

Bu  ölkədə  bütün  xalqların,  toplumların  ürəyi  eyni  ritmdə  vurur, 



fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan 

minilliklər  boyu  müxtəlif xalqların azad,  sərbəst  və  heç  bir  maneə 

ilə  rastlaşmadan  yaşadığı  bir  məmləkətdir.  Bu,  tarixin  bütün 

dönəmlərində,  mərhələlərində  eyni  xətt  üzrə  inkişaf  edib. 

Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti 

formalaşıb.  Bu  mühitin  ab-havası  yüzillərdir  ki,  xalqların 

nəfəsliyinə  çevrilib.  Bunun  nəticəsidir  ki,  Azərbaycanda  yaşayan 

hər  bir  xalqın  nümayəndəsi  özünü  azad  və  firavan  hiss  edir. 

Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər və humanist 

olduğu  üçün  respublikamızda  yaşayan  digər  xalqlar  özlərini 

hərtərəfli ifadə edə biliblər. Azsaylı xalqların hüquqları hər zaman 

qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün 

şərait  yaradılıb.  Ona  görə  də  Azərbaycan  ədəbiyyatının, 

mədəniyyətinin,  ictimai  fikrinin  formalaşmasında,  eləcə  də 

ölkəmizin  ərazi  bütövlüyünün  qorunmasında  qeyri-azərbaycanlılar 

da  örnək  ola  biləcək  vətənpərvərlik  nümayiş  etdirə  biliblər.  Başqa 

xalqların,  dinlərin  nümayəndələri  Azərbaycanı  öz  vətəni  hesab 

etməsəydi  və  burada  özünü  azad,  sərbəst  hiss  etməsəydi, 

respublikamızın müdafiəsinə qalxmazdılar.  

 

Çox  millətli  Azərbaycan  artıq  dünyanın  nəzərində,  gözündə 



nümunəvi  bir  dövlətdir.  Əlbəttə,  Azərbaycan  dünyanın 

multikulturalizm,  tolerantlıq,  dözümlülük,  humanitar  əməkdaşlıq 

mərkəzinə  çevrilib  və  bundan  xalqımız  da,  dövlətimiz  də  qürur 

duyur.  Ölkə  prezidenti  İlham  Əliyev  çıxışlarından  birində  bildirib 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə