MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə67/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   63   64   65   66   67   68   69   70   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

207 


çevrilib.  Dini  tolerantlığın  bir  həyat  tərzinə  çevrildiyi  Azərbaycan 

ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni 

zamanda,  müxtəlif  inancların  qarşılıqlı  hörmət  şəraitində  yaşaması 

tarixi  ənənələrin,  müasir  zamanda  isə  müvafiq  qanunvericiliyin  və 

məqsədyönlü  dövlət  siyasətinin  göstəricisidir.  2002-ci  ilin  22-24 

may  tarixində  Bakıda  rəsmi  səfərdə  olmuş  Vatikan  Dövlətinin 

başçısı, dünya katoliklərinin dini rəhbəri olan Roma Papası II İoan 

Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu 

öndər Heydər Əliyevə təşəkkürünü belə bildirib: «Qoy üç böyük din 

tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd 

olsun!». 

 

Qeyd  edək  ki,  çoxmədəniyyətlilik  və  tolerantlıq  təhsilin  və  elmin 



inkişafına  təkandır.  2012-ci  ilin  28  yanvarında  İsveçrənin  Davos 

şəhərində  Azərbaycana  həsr  olunan  interaktiv  sessiyada  prezident 

İlham  Əliyev  deyib:  «Bir  neçə  il  əvvəl  mən  bəyan  etdim  ki,  biz 

«qara  qızıl»ı  insan  kapitalına  çevirməliyik.  Çünki  inkişaf  etmiş 

ölkələrin  təcrübəsi  göstərir  ki,  yalnız  yüksək  səviyyəli  texnoloji 

tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə 

çevrilmək mümkündür». 

 

Tolerantlıq  və  multikulturalizm,  eyni  zamanda,  demokratiyanın 



təməl  prinsiplərindən  olan  vicdan  azadlığının  təmin  edilməsi  və 

qanunun  aliliyidir.  Vicdan  azadlığı,  təhsil  və  elmə  əlçatanlığın 

olması,  insanların  sosial  və  iqtisadi  rifahının  yüksəlməsi,  qanunun 

aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir 

hadisə  olan  multikulturalizm  və  tolerantlıq  həm  də  cəhalətin, 

irqçiliyin,  ksenofobiyanın  süqutu,  nəticə  etibarilə  isə  cəmiyyətdə 

əmin-amanlıq,  bəşəriyyətdə  isə  sülh  deməkdir.  Beləliklə,  müxtəlif 

siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı 

məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. 

Çünki  multikulturalizmin  olması  cəmiyyətdə  bərabərliyin, 

demokratiyanın,  tərəqqinin,  sosial  rifahın,  başqa  sözlə,  ədalətin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

208 



bərqərarı  deməkdir.  Multikulturalizm  haqqında  diskursun  təşkil 

edilməsi  isə  dünyada  ədalətə  və  sülhə  çağırışdır.  Heydər  Əliyev 

Fondunun  prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 

Əliyeva  Azərbaycanda  tolerantlığın,  dözümlülüyü,  dünya 

mədəniyyətlərinin  rəngarəngliyinə  hörmətin  tarixinin  qədim 

olduğunu  və  yalnız  dialoq  və  dözümlülük  vasitəsilə  insanları  bir 

araya  gətirə  bilmək  üçün  buna  səy  göstərildiyini  qeyd  edib. 

Multikulturalizmi  bir  dəyər  sisteminə  çevirmiş  Azərbaycanda 

çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü 

siyasətin  nəticəsində  bu  gün  müxtəlif  mədəniyyətlərin  təmsilçiləri 

Azərbaycanın  siyasi,  iqtisadi  və  mədəni  elitasında  təmsil  olunur, 

ölkənin  həyatında  əsaslı  dəyişikliklər  və  inkişaf  prosesində 

yaxından iştirak edirlər. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya 

örnək  bir  dövlət  kimi  özünü  təsdiqləyə  bilib.  Azərbaycan  hazırda 

burada  yaşayan  bütün  xalqların,  bütün  səmavi  dinlərə  tapınanların 

azad  yaşadığı  bir  dövlətdir.  Əsrlər  boyu  formalaşan  və  bu  gün  də 

özünün  yüksək  həllini  tapan  məsələlər  xalqların  firavan  taleyi  ilə 

bağlıdır. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, 

Azərbaycan  dünyanın  multikulturalizm,  tolerantlıq,  dözümlülük, 

humanitar əməkdaşlıq mərkəzinə çevrilib... 

 

Təbriz VƏFALI 

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

209 


 

Multikulturalizmin böhranı haqda 

 

 



Almaniyada  multikulturalizm  ideyasının  iflasa  uğraması  haqqında 

artıq  dövlətin  birinci  şəxslərinin  özləri  də  çoxdandır  rəsmən 

danışırlar.  Belə  ki,  Almaniya  kansleri  Angela  Merkel  2010-cu  ilin 

oktyabr  ayında  Xristian-Demokrat  İttifaqının  (XDİ)  üzvləri  ilə 

keçirdiyi  görüşdə  bəyan  etmişdi  ki,  Almaniyada  multikultural 

cəmiyyət  qurmaq  cəhdləri  ―tamamilə  iflasa  uğrayıb‖.  A.Merkel 

demişdi:  ―Bizim  hal-hazırda  yan-yana  yaşamağımızın  və  özümüzü 

bundan  xoşbəxt  saymağımızın  əsasında  dayanan  konsepsiya  artıq 

işləmir‖.  Kansler  daha  sonra  gur  səslə  bəyan  etmişdi  ki, 

immiqrantlar alman cəmiyyətinə inteqrasiya olunmalı, Almaniyanın 

mədəniyyətini və dəyərlərini qəbul etməlidirlər. Bu bəyanat böhran 

yaşayan  Avropa  İttifaqındakı  ümumi  əhval-ruhiyyənin  inikasına 

çevrildi.  Lakin  bu  bəyanatın  müstəsna  əhəmiyyəti  onda  idi  ki,  bu 

bəyanatla  həmişə,  xüsusilə  də  XX  əsrin  ikinci  yarısında  digər 

xalqların  nümayəndələrinin  ünvanına  kəskin  ifadələr  işlətməkdən 

yayınan  bir  ölkənin  lideri  çıxış  etmişdi.  Bu  bəyanat  Almaniyada 

immiqrasiya  məsələsi  ətrafında  qızğın  debatlara  təkan  verdi  və  bu 

sahədəki mübahisələri nəzərəçarpacaq dərəcədə gücləndirdi. 

 

Merkelin  fikirləri  özünün  yetərincə  açıq  olması  ilə  heyrət 



doğururdu.  Almanların  II  dünya  müharibəsindən  bəri  öz  milli 

mədəniyyətlərinin üstünlüyü haqda ehtiyatla danışdıqları halda indi 

bu  məsələdən  həvəslə  söz  açması  da  heyrətamiz  idi.  Bənzər 

bəyanatın  mümkün  sosial  və  geosiyasi  nəticələri  nəzərə  alınmaqla 

o, lap əvvəldən əksəriyyət tərəfindən ifrat ciddiyyətlə qarşılandı. Bu 

bəyanat  lap  əvvəldən  daha  geniş  qavrayış  kontekstində  - 

immiqrasiya  probleminə  təkcə  almanların  yox,  bütün  Avropanın 

reaksiyası kimi - müvafiq fikir yaratmağa doğru aparmalı idi. Belə 

də oldu. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə