MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə66/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   62   63   64   65   66   67   68   69   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

204 



ki,  multikulturalizm  ölkəmizin  ayrılmaz  parçasına  dönüb: 

«Multikulturalizm  Azərbaycanın  dövlət  siyasəti  və  həyat  tərzidir. 

Bu  gün  Azərbaycan  artıq  dünyada  tanınmış  multikulturalizm 

mərkəzlərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində 

cəmləşdiririk  ki,  bu  mövzuya  yanaşmalar  müxtəlifdir.  Təəssüf  ki, 

belə  fikirlər  də  var  ki,  bəzi  ölkələrdə  multikulturalizm  iflasa 

uğrayıb,  özünü  doğrultmayıb.  Bunlar  çox  narahatlıq  doğuran 

bəyanatlar, tendensiyalardır. Əgər bu, həqiqətən, belədirsə, onda bu, 

ciddi  müzakirə  mövzusudur.  Azərbaycanda  isə  belə  hesab  edirəm 

ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki

elə  deyil,  multikulturalizm  yaşayır.  O  yaşayır,  möhkəmlənir,  dərin 

köklərə  malikdir  və  gələcəkdə  bəşəriyyətin  inkişafının  yeganə 

yoludur‖. 

 

Biz  də  dövlət  başçısının  bu  fikri  ilə  razılaşaraq  onu  qeyd  etmək 



istəyirik ki, multikulturalizmin məhvə doğru getdiyini qeyd edənlər 

bu  hissdən,  bu  tərzdən  məhrum  olanlardır.  Nə  qədər  ki,  dünyada 

insan  var  və  humanizm,  multikulturalizm,  mədəniyyətlərarası 

dialoq, tolerantlıq məsələləri də öz aktuallığını qoruyacaq. 

 

Azərbaycan  Dillər  Universitetinin  Regionşünaslıq  və  beynəlxalq 



münasibətlər  fakültəsinin  dekanı  Anar  Nağıyevin  mövzu  ilə  bağlı 

fikirləri ilə tanış olarkən çox maraqlı məqamlarla rastlaşdıq. O yazır 

ki,  müasir  beynəlxalq  münasibətlər  sistemi  çərçivəsində  dünyanın 

hər  bir  nöqtəsində  yaşayan  insanların  gələcək  inkişafının 

konturlarının  müəyyən  edilməsində,  eləcə  də  bu  istiqamətdə  elmi 

nailiyyətlərin  müzakirəsində  «Bakı  prosesi»  beynəlxalq  platforma 

olaraq  mühüm  əhəmiyyət  kəsb  etməkdədir:  ―Azərbaycanın  bu 

platformanın  mərkəzinə  çevrilməsində  Bakı  humanitar  forumları, 

eləcə də son on ildə ölkədə keçirilmiş müxtəlif beynəlxalq konfrans 

və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 

Respublika  ərazisində  mövcud  olan  bütün  dillərin,  dinlərin, 

mədəniyyətlərin,  etnosların  nümayəndələrinin  bərabər  imkanlar 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

205 


əsasında  birgə  yaşaması,  elmin,  təhsilin,  qanunvericiliyin  və  insan 

kapitalının  inkişafına  yönəlmiş  gələcək  rifahın  müəyyən  edilməsi, 

bu  siyasətin  Azərbaycanın  digər  ölkələrlə  münasibətlərinin 

formalaşmasında  prinsipial  məsələlərdən  biri  kimi  qarşıya  çıxması 

ölkəni tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət 

olması ilə yanaşı, bu dəyərlər ətrafında beynəlxalq diskursun təşkil 

edildiyi  mərkəzə  çevirmişdir.  15  noyabr  2013-cü  ildə  prezident 

İlham  Əliyev  Bakı  və  Azərbaycan  Yeparxiyasının  Pravoslav  Dini-

Mədəniyyət Mərkəzinin açılışında iştirakı zamanı qeyd etmişdir ki, 

belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin 

göstəricisidir.  Bu  fakt  Azərbaycanın  tarixən  tolerant  və 

çoxkonfessiyalı  ölkə  olduğunu  bir  daha  sübut  etməklə  yanaşı, 

ərazisindəki  dini  baxışların  inkişaf  etdirilməsi  üçün  dövlət 

dəstəyinin  yüksələn  xətt  üzrə  getdiyinin  nümunəsidir.  Təbii  ki, 

müasir 

Azərbaycanda 



çoxmədəniyyətlilik 

və 


müxtəlif 

konfessiyaların  bərabər  yaşaması  üçün  göstərilən  diqqət  tarixən 

ölkənin  dövlətçilik  ənənələrinin  əsasını  təşkil  edib,  müasir 

tariximizdə  isə  bu  tendensiya  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

uğurla  inkişaf  etdirilmişdir.  Cənab  prezident  İlham  Əliyevin  qeyd 

edilən 


məsələyə 

xüsusi 


diqqət 

və 


həssaslığı 

isə 


çoxmədəniyyətliliyin 

təcəssüm 

etdirilməsində 

Azərbaycanı 

tamamilə yeni bir mərhələyə yüksəltmişdir‖. 

 

Bu 



cümlələrdən 

də 


açıq 

gorsənir 

ki, 

Azərbaycanda 



multikulturalizm,  tolerantlıq  və  dini  dözümlülüyün  dövlət  siyasəti 

səviyyəsində  inkişaf  etdirilməsinin  əsaslarını  ölkənin  qədim 

dövlətçilik  tarixi,  o  cümlədən,  bu  ənənələrin  inkişafını  özündə 

ehtiva  edir.  Tarixi  ənənələrə  nəzər  salsaq  görərik  ki,  tariximizin 

ayrı-ayrı dövrlərində bu ciddi məsələ özünü müsbət tərəfdən büruzə 

verib.  Məsələn,  istər  Səfəvilər  dövləti,  istər  XIX-XX  əsrlər 

maarifçilik  dalğası,  istərsə  də  Xalq  Cümhuriyyəti  dövründə 

Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların 

nümayəndələrinin  təmsilçiliyini  özündə  ehtiva  etmiş  bu  siyasi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

206 



davranış  XX  əsrin  sonlarında  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

dövlətçilik ideologiyası formasına gətirilib. Bu da faktdır ki, Heydər 

Əliyev  bu  ideologiyanın  ən  gözəl  izahını  2001-ci  il  noyabrın  9-da 

Dünya  Azərbaycanlılarının  Birinci  Qurultayı  zamanı  etdiyi 

çıxışında  «Mən  həmişə  fəxr  etmişəm,  bu  gün  də  fəxr  edirəm  ki, 

azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını 

öz  milli-mənəvi  dəyərlərini  unutmamağa,  bizim  hamımızı 

birləşdirən,  həmrəy  edən  azərbaycançılıq  ideyası  ətrafında 

birləşməyə  çağırıb.  Bu  kəlam  Azərbaycan  coğrafiyası  daxilində 

yaşayan  müxtəlif  mədəniyyətlərin  həmrəyliyinə  təkan  verib.  Bu 

həmrəyliyin  əsasını  isə  tolerantlıq  və  multikulturalizm  təşkil  edir. 

Bir  sözlə,  azərbaycançılıq  ideologiyası  ölkə  daxilində  müxtəlif 

mədəniyyətliliyin  və  dini  dözümlülüyün  əks  olunduğu  vahid  bir 

dəyərlər  sistemidir.  Bundan  belə  qənaətə  gəlmək  olar  ki,  bizə 

tarixən  xas  olan  tolerantlıq  dini  dözümlülük  və  etnik  bərabərlik 

mənasında  işlədilir.  Azərbaycanın  timsalında  dözümlülük  və 

bərabərlik  həm  də  dini  konfessiyaların  və  etnik  qrupların  birgə 

mövcudluğu,  əməkdaşlığı  və  bərabər  imkanları  üçün  qarşılıqlı 

hörmət  və  münasibətlər  sistemi  olaraq  qəbul  edilir.  Bir  sözlə, 

müasir Azərbaycan modeli həm dinlərin bərabər inkişaf imkanlarını 

və etnik qrupların birgə yaşamasını təmin edir, həm də digər inanc 

və  mədəniyyətlərə  mənsub  olan  müxtəlif  qruplara  hörmətin  və 

təmsilçiliyin təqdim edilməsini özündə ehtiva edir. Prezident İlham 

Əliyev  III  Bakı  Beynəlxalq  Humanitar  Forumunda  etdiyi  açılış 

nitqində  forumun  Azərbaycanda  keçirilməsinin  təbii  hal  olduğunu 

qeyd  edərək  bildirib:  «Azərbaycanda  hökm  sürən  ictimai-siyasi 

quruluşdan  asılı  olmayaraq,  bütün  dövrlərdə  Azərbaycan 

dözümlülük,  tolerantlıq  məkanı  olmuşdur.  Bu  gün  müstəqil 

Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur». 

 

Məhz  bu  səbəbdən  də  XXI  əsrin  Azərbaycanı  bu  münasibətlər 



sistemini  özündə  cəmləşdirərək  müasir  dünyanın  tolerantlıq 

simvollarından  birinə  və  digər  cəmiyyətlər  üçün  örnək  modelinə 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə