MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə62/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   58   59   60   61   62   63   64   65   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

191 


 

Multikulturallıq 

 

Əziz  dostlar,  doğrudan  da  iki  gündür  çıxışlara  qulaq  asıram,  və 



görürəm ki, onlar nə qədər maraqlı, insanlar və bəşəriyyət üçün nə 

qədər əhəmiyyətlidir. Mən 5-6 dəqiqə ərzində çıxış edərək bir neçə 

söz  demək  və  mədəniyyətin,  mədəni  dəyərlərin  təbiətindən  bəhs 

etmək  istərdim.  Allah  bizi  yaratdığı  kimi,  bizimlə  birlikdə  qidanı, 

suyu və havanı – bir sözlə, dünyada yaşayan canlı varlıqlar üçün hər 

şeyi yaradıb. Lakin şüurlu varlıq olan insan üçün O haqqında artıq 

ikinci  gündür  bəhs  etdiyimiz  daha  bir  qidanı  yaradıb.  Bu  mədəni 

qida, mədəni dəyərlərdir. Bəlkə də insan elə məhz bu qidanı qəbul 

etdiyinə görə insan olub. Necə? Biz necə yediyimizi, su içdiyimizi, 

hava  ilə  nəfəs  aldığımızı  və  bunun  orqanizmimizə  necə  təsir 

etdiyinə  bilirik.  Bəs  əgər  mədəniyyət  qidadırsa,  bizim 

orqanizmimizə necə təsir edir. Məsələ bundadır ki, bizim bildiyimiz 

bütün mədəni dəyərlər – musiqi, incəsənət, rəsm əsərləri, teatr, kino, 

arxitekturadır.  Demək  olar  ki,  onların  hamısı  harmonika 

xüsusiyyətə  malikdir,  yəni  əgər  musiqiyə  nəzər  salsaq,  o, 

musiqidəki  spektrlərin  cəmi,  tezliklər,  harmoniyadır.  Gözümüzlə 

qəbul  etdiyimiz  əsərlər  –rəsmlər,  rənglər  –  də  müəyyən  tezliyə, 

harmoniyaya  malikdir.  Deməli,  beynimiz  mədəni  dəyərləri  qulaq, 

göz və məhz tezlik spektrləri vasitəsilə qəbul edir. Belə çıxır ki, bu 

halda  beynimiz  həmin  mədəni  dəyərlərin spektral  analizatoru  kimi 

çalışır.  Və  bu  spektrlar,  bu  harmoniklər  bizim  daxili  orqanlarımız 

üçün zəruridir, konkret olaraq, bizim daxili sekresiya orqanlarımıza 

lazımdır.  Çünki  əgər  insan  oyaq  vəziyyətdədirsə,  onun  sistemini 

tamamilə  şüur  tənzimləyir,  tənzimləyici  sistem  olmadıqda  insan 

demək olar ki, xəstə olur, ona bəzən hətta dərman da kömək etmir, 

ancaq mədəni dəyərlər –  yaxşı musiqi, gözəl rəsm əsəri kömək edir 

və  demək  istərdim  ki,  bu  milli  mənsubiyyətdən  asılı  deyil.  Əgər 

istənilən millətdən olan insan Parisə gəlib muzeydə orta əsrlərə aid 

– hansı əsrə aid olması önəmli deyil – gözəl bir rəsmə baxırsa, axı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

192 



heç kim bu insanın millətini soruşmur, ancaq bu insan rəsmi mədəni 

dəyər  kimi  qəbul  edir  və  ya  filarmoniyada  yaxud  da  teatrda 

musiqini  dinləyir.  Yəni  musiqinin,  təsviri  incəsənətin  milli 

mənsubiyyəti  olmur.  Onlar  ümumbəşəridir,  insan,  bəşəriyyət 

üçündür.  Çünki  onların  hamısı  vahid  təbiətə,  harmonik  təbiətə 

malikdir.  Ona  görə  də  milliyyət  soruşulmur,  çünki  Allahın  vahid 

proqram  üzrə  yaratdığı  insan  beyni  insanın  qəbul  edə  biləcəyi 

istənilən mədəni dəyərin mütləq spektral analizatorudur. 

 

Digər tərəfdən əgər insan xüsusilə baxmaq, belə demək mümkünsə, 



mədəni  dəyərlərdən  yararlanaraq  yüksəlmək  istəyirsə,  bu  ayrı 

məsələdir və ya bir də görürsən ki, liftdə qalxanda gözəl bir musiqi 

çalınır  və  bu  musiqini  dinləyirsən.  Bu  ona  bənzəyir ki,  nəfəs  alıb, 

almayacağımızı  soruşaq.  Mədəni  dəyərlər  də  bu  cür  bizdən 

soruşmadan bizə nüfuz edir, daxil olur. Hesab edirəm ki, bu mənada 

hər  bir  xalq,  millət  ilk  növbədə,  öz  milli  mədəniyyətini  qoruyub 

inkişaf  etdirməli,  yeniləməlidir.  Ancaq  bununla  bərabər,  paralel 

olaraq  başqa  xalqların  mədəniyyətini  də  özünə  gətirməlidir.  Hər 

hansı millətdə, ölkədə mədəni dəyərlər nə qədər çox olsa, bu yalnız 

həmin millətin, bu ölkədə yaşayan insanın xeyrinədir, Ona görə də 

hesab  edirəm  ki,  bu  gün  multikulturalizmdən  bu  aspektdə 

danışırıqsa, bunların tam vaxtıdır, mədəniyyətin həqiqətən də bütün 

evlərə, bütün millətlərə, ölkələrə nüfuz etməsi, daxil olması üçün bu 

istiqaməti daha da inkişaf etdirmək lazımdır. 

 

Ağacan Əbiyev, 

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 

Akademiyasının rektoru  

 

 



  

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

193 


 

Multikulturalizm: qloballaşma dövrünün çağırışı 

kimi 

 

Son  zamanlar  KİV-də  çox  geniş  istifadə  edilən  multikulturalizm 



anlayışı bir sıra elmi tədqiqatlar üçün əsas sayılır. Prinsip etibarilə, 

bu  həm  nəzəriyyə,  həm  praktika,  həm  tarix  və  nəhayət,  həm  də 

siyasətdir.  Bu  anlayışın  mahiyyəti  bir  tərəfdən,  müxtəliif 

eyniliklərin  konkret  milli  eyniliyin  quruluşunda  açılır.  Yəni  milli 

mədəniyyət həmişə tarixi nəticədir. İstənilən müxtəlif mədəniyyətin 

məcmusu 


kimidir. 

Diğər 


tərəfdən 

isə, 


müasir 

dünya 


multikulturaldır,  yəni  onu  bir  mədəniyyətə  aid  etmək  olmaz. 

Qloballaşma şəraitində bu anlayışın aktuallığı elə bir yüksək həddə 

çatır  ki,  indi  dünya  qarşısında  artıq  belə  bir  dilemma  mövcuddur: 

multikulturalizm,  yaxud  arxaikləşdirmə  və  mədəniyyətlərin 

toqquşması (S. Xantinqton). 

 

Aydındır  ki,  anlayışın  aktuallığı  onun  tədqiqatının  zəruriliyini 



şərtləndirir. 

Azərbaycanda 

multikulturalizm 

problemləri 

filosofların,  mədəniyyətşünasların,  politoloqların  və  digərlərinin 

diqqət mərkəzindədir. Multikulturalizm problematikasının aktuallığı 

anlayışı  bizim  üçün  müəyyən  dərəcədə  onunla  izah  olunur  ki,  biz 

onun  dövlətlərarası  münasibətlərdə  kəskiliyi  ilə  hələ  80-ci  illərin 

sonlarında  rastlaşmışdıq.  O  vaxtki  Sovet  İttifaqında  yaranmış 

millətlərarası  münaqişələr  göstərdi  ki,  millətlərarası  münasibətdə 

heç  də  hər  şey  yaxşı  deyil,  beynəlmiləlçilik  bu  problemlərin  həlli 

üçün  kifayət  etmir.  O  zaman  aydın  oldu  ki,  millətlərarası 

münasibətlər  təkcə  şaquli  münasibətlərə  yönəlmir  və  ictimai  şüur 

millətlərarası  münasibətlərin  inkişaf  prosesinə  öz  anlayışını  ortaya 

qoyur. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə