MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə63/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   59   60   61   62   63   64   65   66   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

194 



O  vaxtdan  biz  Azərbaycan  Milli  Elmlər  Akademiyasında 

problemləri  bu  və  digər  dərəcədə  araşdırmağa  çalışaraq  müəyyən 

təcrübə  əldə  etdik.  Düşünürük  ki,  bu  digər  ölkələrdən  olan 

həmkarlarımıza  maraqlı  olacaq.  Belə  ki,  multikulturalizm  və  onun 

milli  mədəniyyətin  inkişafında  rolu,  mədəniyyətlərin  dialoqu 

mövzusunda çoxlu məqalələr var.*  Qeyd etmək istərdik ki, bizim 

filosoflar  Rusiya  Akademiyası  Fəlsəfə  İnstitutundan  olan 

həmkarları  ilə  multikulturalizm  məsələlərinin  həllinin  dərk 

edilməsi,  mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  və  digər  mövzularda 

müntəzəm olaraq birgə tədqiqatlar aparırlar. 

 

Etiraf etmək lazımdır ki, multikulturalizmin tədqiqi birinci növbədə 



kompleks,  inzibati  yanaşma  tələb  edir  və  məsələ  təkcə  onda  deyil 

ki,  o,  siyasi,  beynəlxalq  iqtisadi  hüquqi,  etik  və  digər  aspektlərə 

malikdir. Hər bir mədəniyyət problemi inzibati əhəmiyyət daşıyır. 

 

İkincisi,  multikulturalizmə  aid  hər  bir  yanaşma  müasir  dünyada 



fəlsəfənin  üstün  məqsədi  haqda  eyniliyin  dərk  edilməsi, 

qiymətləndirməsi, milli eyniliyin olması, bu  eyniliyin dəyişməsinin 

səbəbi,  eyniliyin  dərəcəsi  və  s.  kimi  məsələlər  üzərində  yenidən 

düşünməyə, baş sındırmağa filosofları məcbur edir. 

 

Üçüncüsü, bu sualın araşdırılmasına dair fəlsəfi aspekt böyüməkdə 



olan  nəslin  tərbiyəsində  digər  mədəniyyətlərin  nümayəndələrinə 

hörmətin, 

digər 

mədəniyyətlərin 



xüsusiyyətlərinin 

dərk 


olunmasında zərurətin, ideoloji kontekstin aktualliğını ləğv etmir. 

 

Dördüncüsü, 



multikulturalizm 

haqqında 

düşüncələrimizin 

kontekstində  biz  qərb  fəlsəfəsində  multikulturalizm  məsələlərinin 

dərkində  çoxlu  əlavələr  olduğuna  diqqət  yönəltmək  istərdik  və 

bizim bunları dərk etməyimz lazımdır. İlk növbədə söhbət XX əsrin 

II  yarısının  fəlsəfəsi  haqqında,  Y.Xabermas  və  milli  dövlət  və 

modernlə  əlaqədar  onun  diskursu  haqqında,  həmçinin  fransız 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

195 


xalqının  təşəkkül  tapması,  fransız  mədəniyyətində  digər 

mədəniyyətlərin  əhəmiyyətini  əsaslandıran  M.Fuko  haqqında 

gedir.*  Fransız    və  almanların  tarixdə  yekdil  etnos qurumunun  bir 

neçə  milli  mədəniyyətin formalaşmasına təkan  verməsi, XIX  əsrin 

sonlarında  Fransa  yəhudilərinin  Fransa  vətəndaşı  sayılması  çox 

maraqlıdır. Başqa  sözlə desək, milli eyniliyin təşəkkül problemi bu 

və ya digər  millətə mənsub olanlarların düşüncəsindəki dəyişiklik 

prosesini özündə ehtiva edir. Yəni etnos və millət anlayışı fərqlidir, 

vətəndaşlıq  təkcə  siyasi-hüquqi  anlayış  deyil,  o  özündə  mədəni, 

dini, etnik fərqləri birləşdirir. 

 

Beşinci,  qloballaşma  prosesi  mədəniyyətlərin  qarşılıqlı  əlaqə 



proseslərinə  yeni  çalarlar  daxil  etdi  və  eyni  zamanda  onları 

kəskinləşdirdi. Y.F.Fukuyamanın sözlərini yada salaq. O belə hesab 

edirdi ki, demokratiya «tarixin sonuna» gətirib çıxaracaq,  ideoloji 

qarşıdurmalar  dövrü  başa  çatacaq.  Əslində  ideoloji  qarşıdurmalar, 

dövlətlərarası  münaqişələr  bütün  dünyanı  əhatə  etdi.  Yeni 

imperializmdən  və  yeni  millətçilikdən  əbəs  yerə  danışmırlar. 

Fransızlar  ərəb  mənşəli  fransızlardan,  Rusiyada  ―qafqazlılardan‖ 

narazıdırlar,  Ermənistan  isə  nəyin  bahasına  olursa-olsun,  «öz 

mədəniyyətinin  və  qanının    təmizliyini»  qoruyub  saxlamağa  cəhd 

edir. 


 

Altıncı,  multikulturalizmin  dissiplinar  tədqiqatlarının  zərurəti  iki 

vacib şəraiti nəzərdə tutur: etnokulturologiya və etnopolitologiyanın  

təmin etdiyi  konkret sosioloji tədqiqatlar, statistika lazımdır. Lakin 

konkret  göstəricilər  öz  növbəsində  anlayışların  məzmununun 

tədqiqinə imkan verən fəlsəfi yanaşmanın spesifikliyini şərtləndirir 

(yeni  metafizika).  Bu  kontekstdə  fəlsəfənin  germenevtik 

funksiyalarını  yada  salmaq  yerinə  düşərdi.  Bu  halda  müqayisəli 

təhlil  təkcə    əlamətlərin  müqayisəsinə  yönəlmir.  Belə  ki, 

multikulturalizmin  digər  ölkələrdə    və  mədəniyyətlərdə  necə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

196 



qavaranıldığından,  reallıq  qazanmasından  və  s.-dən  çıxış  edərək 

müqayisə aparmaq vacibdir. 

 

Yeddinci,  müasir  multikulturalizmin  spesifikasını,  onun  mümkün 



inkişaf  tendensiyasını  və  qloballaşma  şəraitində  kütləvi  şüura 

reaksiyasını  anlamaq  üçün  onu  yanaşı  gedən  üç  proses  kimi 

təsəvvür  etmək  lazımdır.  Və  nəhayət  müxtəlif  mədəniyyətlərdə 

müxtəlif tezliklə dini, etnik və fərdilik arasındakı ierarxiya pozulur. 

Cəmiyyət  bu  proseslərə  yalnız  kütləvi  şüurda  təzyiq  göstərə  bilər, 

lakin  onları  tədqiq  etməkdən  ötrü  müasir  ictimai  elm,  ekspert 

zəmanəti və idarəedici qərarlar lazımdır. 

 

Səkkizinci, 



multikulturalizm, 

əlbəttə 


ki, 

mədəniyyətlərin 

dialoqudur,  lakin  bu  dialoq  cəmiyyətin  daxilində  də, 

submədəniyyətlər 

və 

mədəniyyətlər 



arasında 

da 


gedir. 

Azərbaycanda  digər  submədəniyyətləri  özündə  birləşdirən 

mədəniyyəti  qəbul  etmək  ənənəsi  formalaşıb.  Yəqin  buna  görə  də 

kütləvi şüurda multikulturalizmə münasibət ümumilikdə pozitivdir. 

Lakin digər cəmiyyətlərin bizə münasibətində müəyyən inamsızlıq 

mövcuddur.  Müasir  informasiya  texnologiyalarına  dərindən 

yiyələnmək  «mozaik  şüur»  adlanan  anlayışı  genişləndirir,  halbuki 

universal şeylər getdikcə daha çox arxaikləşir. 

 

Doqquzuncu,  sosioloqlar  çox  vaxt  bir  insanda  bir  neçə  bənzərliyi 



müəyyən  edirlər:  etnik,  dini,  peşəkar,  cinsi  və  s.  Onların  hər  biri 

konkret  bir  məqamda  əsas  kimi  qəbul  oluna,  sonra  isə  onu  digəri 

əvəz edə bilər. Bir çox sosioloji tədqiqatlar göstərir ki, diasporlarda 

etniklik,vətəndaşlıq,  dini  etniklik,  ruhani  diaspora  anlayışları 

işlədilir. 

 

Və  nəhayət  qeyd  etmək  lazımdır  ki,  multikulturalizmin  həm 



empirizmə,  həm  nəzəriyyəyə,  həm  də  fəlsəfəyə  ehtiyacı  var. 

Multikulturalizmin  fəlsəfəsi  mədəniyyətdə,  insanların  şüurunda 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə