MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə64/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   60   61   62   63   64   65   66   67   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

197 


rasionallığın  təsdiqinə  can  atmalı,  bu  anlayışı  müxtəlif 

mədəniyyətlərdə  müqayisə  edib  genişləndirməklə  humanizm 

ideallarını  təsdiq  etməlidir.  Buna  görə  də  fəlsəfə  müxtəlif 

təcrübələrin  məlumatlarını  özündə  birləşdirən  metadil  kimi  çıxış 

etməlidir. 

 

 



İlham Məmmədzadə, 

 fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli 

Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq 

İnstitutunun direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

198 



 



XXI Əsr: ümid və çağırışları” adlı forum  



Bəyannaməsi 

 

 



2011-ci ilin 10-11oktyabr tarixlərində keçirilən “XXI Əsr: 

ümid və çağırışları” adlı forum çərçivəsində dünyanın 20 

dən çox ölkəsindən qonaqlar iştirak ediblər. Yeddi sahə 

üzrə dəyirmi masalar təşkil edilmişdir. 

 

 



 Birləşmiş  Millətlər  Təşkilatının  ―Minillik  Bəyannaməsi‖ni  rəhbər 

tutaraq və qloballaşmanın yalnız və  yalnız bizim hamımızın bütün 

müxtəlifliyi  ilə  ümumən  bəşəriyyətə  mənsubluğumuza  əsaslanan 

ortaq  gələcəyimizin  formalaşdırılması  istiqamətində  genişmiqyaslı 

və  ardıcıl  səylərimizin  gerçəkləşdirilməsi  sayəsində  ədalətli  şəkil 

ala biləcəyiniqəbul edərək, 

 

-  qloballaşan  müasir  dünyada  dəyərlər  sisteminin  dəyişməsinin, 



sosial  və  mədəni  proseslərin  sürətlənməsinin,  həyatın  bütün 

sahələrində  stereotiplərin  alt-üst  olmasının  əvvəlki  tarixi  dövrlərdə 

cəmiyyətin  şüurunda  təşəkkül  tapmış  sosial  təsəvvürlərdə  əsaslı 

şəkildə dəyişikliklərə yol açdığını müəyyən edərək, 

 

-  elmin,  təhsilin  inkişafının  yeni  texnologiyaların  meydana 



gəlməsinin,  informasiya  cəmiyyətinin  təşəkkülünün  əvvəllər  sırf 

nəzəri görünən bir sıra problemləri aktuallaşdırdığını xatırladaraq, 

 

-  qloballaşma  prosesinin  genişlənərək  və  dərinləşərək  alimlər  və 



siyasətçilər  qarşısında  bəşəriyyətin  heç  zaman  üzləşmədiyi  yeni 

problemlər 

qoyduğunu 

və 


yeni 

humanitar 

gündəliyin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

199 


formalaşdırılmasını  tələb  edən  çoxsaylı  çağırışlar  meydana 

çıxardığını nəzərə alaraq, 

 

-  qloballaşmanın  humanitar  aspektlərinin  elmi  təhlilinin  böyük 



əhəmiyyəti və zərurətinitəsdiq edərək

 

- təbiətlə ahəngdar və harmonik şəkildə yaşamağa hazırlığımızın və 



bacarığımızın  olmaması  səbəbindən  planetar  miqyaslı  təhdidlərlə 

üz-üzə dayandığımızı etiraf edərək, 

 

-  qloballaşmanın  müxtəlif  modellərinin  və  variantlarının  nəzərdən 



keçirilməsinin  bugünkü  mövcud  mədəniyyətlərin  və  mənəvi 

oriyentirlərin  müxtəlifliyinə  adekvat  diqqət  yetirməyə  imkan 

verdiyini nəzərə alaraq, 

 

-  qloballaşma  şəraitində  mədəniyyətlərin  və  sivilizasiyaların 



qarşılıqlı  təsiri  prosesinin  heç  də  müəyyən  dəyərlər  sistemini 

hamıya qəbul etdirmək kimi bir məqsəd daşımadığını qeyd edərək, 

 

-  bir  ölkənin  və  ya  bir  sıra  ölkələrin  dəyərlər  sistemini  heç  də 



mütləq  həqiqət  kimi  qəbul  etməyərək  və  bununla  yanaşı  azadlıq, 

bərabərlik, həmrəylik, tolerantlıq, təbiətə ehtiram kimi fundamental 

dəyərlərin mühüm əhəmiyyətini dərk edərək, 

 

- sivilizasiyanın parçalanmasının qarşısını almağa qadir etik prinsip 



və  normaların  müəyyənləşdirilməsinin  və  qlobal  etikanın  bütün 

dünyada bərqərar olmasının vacibliyiniqəbul edərək, 

 

-  mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoqun  bütün 



cəhdlərinə  baxmayaraq,  sivilizasiyaların  münaqişəsi  təhlükəsinin 

kifayət qədər aktuallığını müəyyən edərək, 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

200 



-  qloballaşma  prosesinin  daha  güclü  sosial  yönüm  almasının 

vacibliyini  nəzərə  çatdıraraq  və  hər  bir  insana  onun  daha  dolğun 

töhfə verməsinin zəruriliyinə diqqət yetirərək

 

- sosial ədalət naminə ədalətli qloballaşma haqqında Bəyannamənin 



əsas  müddəalarına  şərik  çıxaraq,  müzakirələr  və  geniş  fikir 

mübadiləsi çərçivəsində nəzərdən keçirərək: 

 

Multikulturalizm: nailiyyətlər və problemlər; 



Dünyanı dəyişdirən müasir texnologiyalar

Elmlərin konvergensiyası; 

Biotexnologiyalar və etikanın problemləri; 

İnkişafın iqtisadi modellərinin humanitar aspektləri

Sosial jurnalistika və yüksək texnologiyalar; 

Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri 

- müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və 

imkanlarını  bir  daha  təhlil  etməyə,  etnik  və  mədəni  özünüdərk 

arasında  azad  seçimi  təmin  etməyə,  insanların  əsas  hüquq  və 

azadlıqlarının bərqərar edilməsinə nail olmağa, ksenofobiya, irqçilik 

və  dözümsüzlüyün  bütün  təzahürlərini  qətiyyətlə  pisləməyə 

çağırırıq; 

 

-  müasir  elmin  və  texnologiyaların,  informasiya  cəmiyyətinin 



bərqərar  olması  nəticəsində  ortaya  çıxan  çoxsaylı  humanitar 

problemlərinin  kompleks  şəklində  araşdırılmasının  zəruriliyini 

etiraf edirik; 

 

-  planetar  miqyaslı  fəlakətlərin,  ekoloji  və  texnogen  qəzaların 



mümkünlüyünün,  iqlim  dəyişikliyinin  və  təbii  resursların 

tükənməsinin  aktuallığı  ilə  bağlı  problemlərə  diqqət  yönəltməyi 

vacib hesab edirik; 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə