MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə61/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   57   58   59   60   61   62   63   64   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

188 



―multikulturalizm  şəxsiyyəti  nəinki  öz  identikləşmiş  qrupunun 

əsirinə  çevirir,  həm  də  faktiki  olaraq  azlığı  əldə  etdikləri  hüquq 

müqabilində  çoxluğun  üzərində  qoyur.  Bu  isə  münaqişənin  çox 

ciddi  faktorlarından  biridir!‖  Ən  əhəmiyyətlisi  isə  Zorkin 

multikulturalizmi  ―vahid  olanı,  yüzillər  boyu  qurulmuş  milli 

dövlətin hüquq sferasını parçalayır ki, buradan da neqativ nəticələr 

çıxır‖  deyə  xarakterizə  etmişdir.  Məsələyə  daha  çox  siyasi 

mövqedən  qiymət  verən,  hörmətlə  yanaşan,  ictimai  siyasi  xadim, 

siyasi  elmlər  doktoru  ―Böyük  Rusiya‖  partiyasının  sədri  Andrey 

Savelyev  multikulturalizmi  ―dövlətin  altına  qoyulmuş    saatlı 

partlayıcı‖ adlandırır. 

Belə məlum olur ki, alman, fransız və ingilis xalqlarının milli şüuru 

iqtisadi,  siyasi  sahə  ilə  yanaşı,  mədəni  identikliyi  də  elə  bir 

səviyyədədir ki, başqa mədəniyyətləri özləri ilə ya eyni sıraya qoya 

bilmir, ya da qoymaq istəmirlər. ―Milli ruh‖ ―özününkünü‖ ―yad‖la 

eyniləşdirə bilmir. Hər nə qədər qloballaşmanın önündə getsələr də, 

onlar  öz  alman  və  ya  fransız  ruhunu  unutmurlar.  Çünki  məhz  bu, 

onlara  öndə  durmaq,  istənilən  güclü  axına  qoşulmaq,  hətta  onu 

istiqamətləndirmək imkanı verir. 

İkincisi,  demokratiyanın  beşiyi  olan  Amerika  niyə  mədəniyyətləri 

―əridən  qazanı‖nda  da  eyni  tolerantlığı  göstərmir?  Amerikanın 

gələcəyi,  proqressiv  ideyaları  barədə  yazan  Emersonun  əsərlərini 

şərh  edən  və  Amerikanı  Avropa  ilə  müqayisə  edən  Uitmen  deyir: 

―…Amerikanın məqsədi ilk dəfə dün­ya tarixində, Yerin nəhəng və 

müxtəlif  məkanlarında  –  qərbdə,  şərq­də,  şimalda,  cənubda  – 

böyük,  çoxqəbiləli  həqiqi  Xalq  ya­rat­maq­dır.  Bu  ada  layiq, 

qəhrəman şəxsiyyətlərdən, qadın və kişilər­dən iba­rət Xalq  – bax, 

Amerika  bunun  naminə  yaşayır‖.  Vahid  xalq  yaratmaq  istəyən  bir 

dövlət  təbii  ki,  daha  sabit  qalmaq  üçün  ―əridən  qazan‖dan  imtina 

edə bilməz. 

Nəhayət,  məsələnin  digər  bir  tərəfi  bütün  deyilənlərin  kütləvi 

mədəniyyət səviyyəsində ifadəsidir. Hər şeydən əvvəl xatırladaq ki, 

kütləvi mədəniyyət XX əsrin ortalarından, yəni kütləvi informasiya 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

189 


vasitələri  bütün  sosial  təbəqələr  arasında  yayılmaq  imkanı 

qazanandan sonra ortaya çıxmışdır. Maraqlı bir faktı da qeyd edək 

ki, hələ XX əsrin əvvəllərində sovet hakimiyyəti qurulanda yüksək 

mədəniyyəti  xalqın  səviyyəsinə  endirmək  məqsədi  ilə  alman 

marksist  Roza  Lüksemburqun  ―İncəsənət  xalq  üçün  anlaşıqlı 

olmalıdır‖ fikrini əsas götürmüşdülər. Lakin sonradan aydın oldu ki, 

əslində  Lüksemburq  ―Xalq  incəsənəti  anlamalıdır‖  demişdir.  Əgər 

birincidə 

incəsənətin, 

ümumiyyətlə 

mədəniyyətin 

primitivləşməsindən söz gedirsə, ikinci halda söhbət xalqın ümumi 

intellektual  və  mədəni  səviyyəsinin  yüksəlməsindən  gedir.  Bəs 

kütləvi mədəniyyət bu gün nəyə xidmət edir? Məlum olduğu kimi, 

kütləvi  mədəniyyət  elit  və  xalq  mədəniyyətinə  nisbətdə  daha  az 

bədii dəyərə sahib olsa da, daha geniş auditoriyaya malikdir. Daha 

çox  əhalinin  gündəlik  həvəsləri  üçün  nəzərdə  tutulan  kütləvi 

mədəniyyət  təbii  ki,  yüksək  mədəniyyətlə  müqayisə  edilə  bilməz. 

Yüksək  və  milli  mədəniyyət  xalq  və  ya  etnos  tərəfindən  deyil, 

cəmiyyətin savadlı və intellektual təbəqəsi – yazıçı, rəssam, filosof, 

alimlər  tərəfindən  yaradılır.  Başqa  sözlə  desək,  milli  nüvəni 

formalaşdıran  və  qoruyan  da  məhz  bu  intellektual  şəxsiyyətlər, 

ziyalı  təbəqəsidir.  Təsadüfi  deyil  ki,  ilk  vaxtlar  yalnız  yüksək 

təfəkkürlər və zövqlər üçün nəzərdə tutulmuş mədəniyyətin yüksək 

səviyyəsi, mütəxəssislərin də bildirdiyi kimi, yalnız 50 ildən sonra 

qeyri-mütəxəssislər aşağı təbəqə üçün anlaşılır. 

Müasir  dövrdə  informasiya  ötürücülərinin  artması  həm  də  kütləvi 

mədəniyyətin  daha  geniş  miqyas  kəsb  etməsi  deməkdir.  Kütləvi 

mədəniyyət  daha  çox  populyar,  primitiv,  eyni  zamanda,  xüsusi 

dəyər  kəsb  etməyən  keyfiyyətlərin  tərənnümüdür  və  bu  səbəbdən 

onların  hər  gün  dəyişməsi,  itirilməsi  az  qala  bir  zərurətə  çevrilir. 

Yəni  kütləvi  mədəniyyətdə  bir  nihilist  ruh  hakim  olmaqdadır. 

İnsanın  mənəviyyatsızlaşmasına  istiqamətlənmiş  və  hansısa  xarici 

qüvvələr  tərəfindən  məqsədyönlü  şəkildə  idarə  olunan  verilişlərin, 

filmlərin, musiqilərin yayılmasına xidmət edən kütləvi mədəniyyət 

o  dərəcədə  geniş  miqyas  almışdır  ki,  kəmiyyət  keyfiyyəti 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

190 



üstələməkdədir,  yəni  kütləvi  mədəniyyət  artıq  xalq,  hətta  elit 

mədəniyyət kimi təqdim olunmaqdadır. Bunun qorxulu tərəfi məhz 

ondadır  ki,  kütləvi  mədəniyyət  bütün  məkanı  doldurmaqla  bir 

tərəfdən  yüksək  mədəniyyətin  xalqa  açılan  yolunu  kəsir,  digər 

tərəfdən,  daha  geniş  auditoriyanı  əhatə  etməklə  və  bir  növ  yeganə 

mədəniyyət növü kimi qalmaqla xalqın təfəkkürünün, ümumiyyətlə 

mənəvi dünyasının istiqamətvericisi kimi çıxış edir. 

Deyilənlər ilk baxışda çox ziddiyyətli görünə bilər. Lakin məsələyə 

bir  neçə  kiçik  şərhlə  aydınlıq  gətirək.  Bəli,  multikulturalizm  üçün 

siyasi  və  iqtisadi  yüksəliş  azdır,  mənəvi  inkişaf  lazımdır.  Elə  bir 

inkişaf ki, özünü dərk etmiş ―milli mən‖ başqalarından qorxmur və 

onları  tanıya-tanıya,  özü  ilə  müqayisə  edə-edə  özünün  müsbət 

keyfiyyətlərini kəşf edir. Belə dialoq da hər kəsə yüksək tolerantlıq 

nümunəsi  ola  bilir.  Bu  mənada  Azərbaycanı  nümunə  göstərmək 

olar.  Muğamını  dünyaya  tanıdan  Azərbaycan  özü  də  musiqi 

festivallarına  ev  sahibliyi  edə  bilir. Təsadüfi  deyil  ki,  tədqiqatçılar 

multikulturalizmi  səslərin  polifoniyası  da  adlandırırlar.  Bu  gün 

dünya  vətəndaşına  çevrilmiş,  eyni  zamanda  öz  şəxsiyyətini  də 

qoruyub  saxlayan  Cəlaləddin  Ruminin  məlum  tezisini  bura  tətbiq 

edərək  demək  olar  ki,  Azərbaycan  ―bir  pərgar  kimidir,  bir  ayağı 

milliliyinə,  dərin  köklərinə  bağlı,  digər ayağı  ilə  yetmiş  iki  milləti 

dolaşır‖.  Göründüyü  kimi,  burada  iki  əsas  nöqtə  vurğulandı  – 

identiklik  və  multikulturalizm.  Bir  ayaq  yerdə  nə  qədər  möhkəm 

dursa, çevrə də o qədər aydın və düzgün çəkilər.  

 

 

Könül Bünyadzadə, 



 fəlsəfə elmləri doktoru 

 

 



 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə