MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə59/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   55   56   57   58   59   60   61   62   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

182 



yerli  vətəndaşlar  haqqında  danışırıq.  Biz  buna  nəinki  qərbdə, 

həmçinin  Rusiyada  da  rast  gələ  bilərik,  məsələn,  Domodedovoda. 

Bu  getdikcə  daha  geniş  vüsət  alır,  islamın  radikal  formasına 

uyğunlaşma  Krasnodar  ərazisində,  Stavropolda  və  s.  yerlərdə  baş 

verir.  Bu  hərbiləşmiş  Qərbdə,  Əfqanıstanda,  İraqda  baş  verir. 

Onlardan  bəziləri  terror  aktlarını  ehtiva  edir,  onlara  ABŞ  və 

Avropanın  mərkəzində  güclü  müdafiə  olunan  hərbi  obyektlər 

şəklini  verir.  Fərdin  fərdi  qrup  eyniliyinə  ehtiyacı  var.  Biz  radikal 

islamın digər alternativ həllini tapmalı yaxud onu anlamalıyıq. 

 

Çifu Yulian, 



 Siyasi və inzibati elmlər üzrə Buxarest məktəbi  

(Rumıniya) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

183 


 

Bu günün reallıqlarında multikulturalizm 

ideyaları: müsbət və mənfi cəhətlər 

 

Mədəni  eyniyyət  axtarışları  və  onun  qorunub  saxlanması  cəhdləri 



inkişafın  xüsusi  mədəni  strategiyaları  cərgəsində  əvvəllər 

formalaşmış  konsepsiyalara  yenidən  baxmaq  zərurəti  yaradır.  XX 

əsrin  sonu  –  XXI  əsrin  başlanğıcı  dünya  ictimaiyyətinin 

qloballaşma problemlərinə xüsusi marağı ilə səciyyələnir ki, bunun 

da  nəticəsində  bu  və  ya  digər  ölkələrin  milli  həyatının  bir  çox 

aspektləri  ümumdünya  kontekstində  nəzərdən  keçirilir.  Dini 

intibahla əlaqədar, mənəviyyatın dünyəvi, yaxud digər formalarının 

təcrübəsilə  bağlı  ümidlər  artıq  bir  xəyal  kimi  görünür.    Müasir 

sivilizasiya  dünyadan  sanki  nəhəng  bir  dalğa  kimi  keçmiş 

millətçiliyin  artmasıyla    şərtlənən  bir  sıra  ciddi  problemlərlə 

üzləşib.  Bu o deməktir ki, Qərbdə start götürmüş multikulturalizm 

siyasəti  mədəni  siyasətinin  universal  modeli  qismində  ümidləri 

doğrultmadı. Multikulturalizm çoxsaylı mədəri birliklərin bir sosial 

məkanda heç bir münaqişəyə yol verilmədən, dinc yanaşı yaşamaq 

nəzəriyəsini  və  praktikasını  birləşlirir.  Bu  modeldə  fərdi  qrup 

fərqləri  siyasətindən  digər  mədəniyyətlər  cəmiyyətində  birgə 

mövcudluq hüquqlarının tanınması siyasətinə keçid həyata keçirilib. 

Multikulturalizmlə bağlı əsas dilemma birgəyaşayış praktikalarının 

çoxluğu  haqqında  müddəanın  nə  qədər  doğru  olmasında  deyil, 

birliyin əsasında duran fərqlərin nə qədər dərin olmasındadır. ABŞ-

da işlənib hazırlanmış «əridici qazan» deyilən nəzəriyyə və praktika 

uzun  büddət  oxşar  məsələnin  həlli  nümunəsi  sayılırdı.  Digər  bir 

dövlətdə,  lap  bu  yaxınlara  qədər  firavan  bir  ölkə  kimi  tanınan 

Fransanın cənubundakı nizamsızlıq göstərdi ki, yalnız Qərb mədəni 

dəyərlərinin  və  rasionallığının  əsasında  qurulan  və  ümumi  qəbul 

olunmuş dünya miqyaslı standart və dəyər kimi nəzərdən keçirilən 

Avropa cəmiyyətinin sosiomədəni həyatının bürokratlaşması da da 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

184 



özünü  doğrultmayıb.  Lakin  zaman  göstərdi  ki,  ―titullu‖  millətdən 

dil,  din  və  mədəniyyət  baxımından  fərqlənən  icmaların  qatıldığı 

cəmiyyətlər «əriməyə» heç də can atmayan və etnomarginal adlanan 

dayanıqlı  etnoqam  icmaların  yaranmasına  gətirib  çıxartdı.  Bu 

icmaların  üzvləri  öz  mədəniyyətlərinin  təsdiqinə  can  atmalarını 

nümayiş etdirirlər, baxmayaraq ki, digər məsələlərdə  milli dövlətin 

tələblərinə  uyğunlaşırlar.  Belə  ki,  ―bir  ölkə  –  bir  xalq‖  siyasəti 

özünün qeyri-perspektivliyini üzə çıxartdı. Beləliklə, yuxarıda qeyd 

etdiyimiz  kimi,  Avropa  cəmiyyətinin  yalnız  Qərb  mədəni 

dəyərlərinə  və  rasionallığına  əsaslanan  sosiomədəni  həyatının 

bürokratlaşdırılması, mümkün ola bilən tanınmış standart və dünya 

miqyaslı  dəyər  kimi  özünü  doğrultmadı.  Hər  hansı  bir 

cəmiyyətlərdə  mövcud  olan,  sosial  quruma  inteqrasiya  etməyən, 

aşağıstatuslu, fərdlərin və ya qrupların  birgə yaşayışı mədəniyyətin 

marginallığına  gətirib  çıxara  bilməzdi.  Eyni  zamanda  iki  və  daha 

çox mədən dünyaya məxsus olmaq və fərdin şüurunda dünyanın bir 

neçə  mənzərə  qrupunun  birgə  mövcudluğu  lap  əvvəldən  özündə 

nifaq  toxumu  daşıyır  ki,  bu  da  artan  sosial  gərginlik  təhlükəsi 

yaradır.  Nə  qədər  arzulansa  da,  həyati  təcrübələrin  bütün 

iştirakçılarının imkan bərabərliyinə nail olmaq mümkün deyil, lakin 

fərdlərin  və  vahid  sosial  məkan  təşkil  edən  sosial  qrupların 

tarixindəki,  dinindəki,  həyat  tərzindəki  fərqlərə  qiqqət  yetirmək 

zəruridir. Multikulturalizm nöqteyi-nəzərindən tarixə baxış, xüsusən 

də  son  hadisələrin  işığında  yüksək  rifahlı  Avropa  ölkələrinin 

görünüşü  birbaşa  deməyə  məcbur  edir  ki,  dünya  inkişafının  artan 

xətt üzrə mütərəqqi anlamına yönəlmiş qloballaşma nəzəriyyəsinin 

köklü düzəlişlərə və hətta, ola bilsin ki, yenidən baxılmağa ehtiyacı 

var.  Mədəniyyətlərin  qərb  və  belə  demək  mümkünsə,  şərq 

mədəniyyətləri  də  daxil  olamaqla  digər  bütün  mədəniyyətlərə  

bölünməsi,  qərb həyat  tərzli ilə  qərb  mədəniyyətlərinin  digərlərinə 

son bir neçə əsrdə müşahidə edilən dominant təsiri, belə görünür ki, 

tam  əsaslı  deyil.  Multikulturalizm  konsepsiyasında  əsas 

mədəniyyəti  gündəlik  davranış  faktlarında  müəyyən  edən  mədəni 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə