MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə56/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   52   53   54   55   56   57   58   59   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

171 


 

Bununla  yanaşı,  əgər  Avropada  həqiqətən  də  multikulturalizm 

olsaydı,  imiqrant  və  qaçqınlara  dövlət  həyatında  iştirak  etmələri 

üçün  geniş  imkanlar  verilərdi.  Bu  imkanlar  o  qədər  genişdir  ki, 

Avropa  dövlətləri-millətləri  bu  imkanları  tamamilə  təmin  edə 

bilmir. 


 

Beləliklə,  Avropadakı  multikulturalizm  haqqında  hətta  əvvəllər  də 

əsasən  şərti  olaraq  danışmaq  olardı.  Avrointeqrasiya  prosesinin 

siyasi  çərçivələrindən  birinə  çevrilmək  üçün  bu  konsepsiyanın 

bütün  şansları  var  idi,  ancaq  demokratiyadan  sui-istifadə  və  insan 

hüquqlarının  təhrif  edilmiş  şəkildə  şərh  edilməsi  bir  sıra  böyük 

Avropa  dövlətlərinin  yeni  vətəndaşlarına  ―azad  dünyanın‖ 

bəhrələrindən  tam  mənasilə  yararlanmağa  imkan  vermirdi.  Şərti 

Avropa  multikultiralizmi  şərti  dözümlü  Avropa  cəmiyyətində 

özünün məntiqi şərti tənəzzülünü yaşadı. Beləliklə, mulikulturalizm 

siyasətinin nəticəsi istər ənənəvi, istərsə də yeni gəlmiş mədəniyyət 

nümayəndələrinin  mühitinə  cavab  olaraq  fərdi  və  qrup  şüurunda 

nisbətən  zəif  dəyişikliklərlə  səciyyələnən  uzunmüddətli  adaptasiya 

prosesi olmalıdır. 

 

Bugün  keçmişin  incikliklərinin,  şovinist,  millətçi,  islamofob 



təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin təkibinə 

daxil  olan  bütün  xalqların  azad  inkişaf  etmək  imkanına  malik 

olmaları çox vacibdir. Təəssüf ki, çox vaxt millətlərarası, dinlərarası 

təfriqələrə  yol  verməyən  konstitusiya  müddəaları  deklarativ  olaraq 

qalır. Dövlət səviyyəsində xalqların inteqrasiyası, onların qarşılıqlı 

hörmət,  etibar,  ümumi  problemlərin  müasir  həlli  əsasında 

birləşdirilməsi siyasətini həyata keçirmək zəruridir. 

 

Bütün deyilənlərdən də göründüyü kimi ―multikulturalizm‖ termini 



Rusiya və bir sıra digər ölkələrə münasibətdə başqa məna qazanır. 

Rusiyanın  tarixi  göstərir  ki,  onun  bir  çox  xalqları  əsrlər  boyu  yox 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

172 



olmamış,  tamamilə  assimilyasiyaya  uğramamışlar,  onlar  öz  həyat 

tərzlərini,  dillərini,  mədəniyyətlərini  saxlayaraq,  rus  mədəniyyəti, 

rus  hüquq  sistemi  əsasında  inkişaf  etmişlər.  Bu  baxımdan  demək 

olar ki, Rusiya onun siyasi və mədəni təsiri altına düşən xeyli sayda 

xalqı qoruyub saxlamışdır. Rusiya xalqlarının mədəniyyətləri daima 

qarşılıqlı  təsirdə  olmuş,  bir-birinin  təsiri  altında  zənginləşmişlər. 

Puşkin,  Lermontov,  Tolstoy  və  digər  dahi  yazıçılar  öz 

yaradıcılıqları ilə Qafqaz xalqlarının milli şüurunun formalaşmasına 

yardımçı  olmuşlar.  Rus,  ümumrusiya  mədəniyyəti  Qafqaz  xalqları 

və  digər  Rusiya  xalqlarının  bu  mədəniyyətə  töhfəsi olmadan  xeyli 

kasıb  olardı.  Rusiya  xalqları  arasında  sosiomədəni  dostluq, 

qardaşlıq  əlaqələrinin  qurulması  ziddiyyətlərin,  qara  qüvvələrin  və 

irtica güclərinin qarşıdurmalarının aşılmasından keçir. 

 

Məhz bu mənada Azərbaycanın dövlət siyasəti daha düşünülmüş və 



müdrikdir.  Birliyin  dağılması  yalnız  territorial  deyil,  həm  də 

dinlərarası xarakter daşıyan bir çox millətlərarası münaqişələrin  baş 

qaldırması  ilə əlamətdar oldu, əhalisi bir çox millət və xalqlardan 

ibarət  olan  Azərbaycan  bu  vəziyyətdə  ən  optimal  yolu  tapdı.  Belə 

ki,  Azərbaycanda  mədəniyyətlərarası  və  dinlərarası  dialoqun təşkil 

edilməsi məqsədilə sosializmin respublikada hökm sürdüyü dövrdə 

dağıdılmış  bir  çox  sinaqoqlar,  kilsə  və  baş  kilsələr  bərpa  edildi. 

1920-ci  ildə  bağlanmış  və  70  il  ərzində  tamamilə  dağılmaq  üzrə 

olan  Svyatıx  Jen  Mironosets  kilsəsi  1991-ci  ildə  rus  provaslav 

icmasına verildi. Moskva və bütün Rusiyanın Patriarxı II Aleksinin 

səfəri zamanı məbəd təqdis edilərək kafedral baş kilsə statusu aldı. 

Bu  zaman  məbədin  yenidən  bərpa  edilməsi  üçün  bütün  işlərin 

biznesmen-mesenat  Aydın  Qurbanovun  şəxsi  vəsaiti  hesabına 

həyata  keçirilməsi  faktını  da  unutmaq  olmaz.  1999-2001-ci  illərdə 

isə Bakıda digər provaslav məbədi   – Sobor Rojdestva Presvyatoy 

Boqoroditsı  – rekonstruksiya olundu. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

173 


Bununla  yanaşı,  ənənəvi  yəhudi  memarlıq  üslubunda  yeni  bir 

sinaqoq binası tikildi. Yəhudilərin kompakt yaşadığı regionlarda da 

sinaqoq tikintisi davam edir. 

 

Əgər  ölkədə  yaşayan  böyük  diaspora  ilə  əlaqədar  olaraq  kilsə  və 



sinaqoqların  tikintisi  izah  olunsa  belə,  katolik  kilsəsinin  tikintisi 

respublika sakinlərinin neft bumu ilə əlaqədar olaraq, ölkəyə gələn 

Qərbi Avropa ölkələrinin nümayəndələrinə olan ehtiram əlamətidir. 

Təsadüfi  deyil  ki,  2004-cü  il  iyun  ayının  22-də  Bakı  şəhərində 

Beynəlxalq Mətbuat mərkəzində Fridrix Nauman Fondu (Almaniya) 

və  Amerika  Yəhudi  Komitəsi  (ABŞ)  tərəfindən  təşkil  edilmiş 

―Cənubi  Qafqazda  tolerantlığın formalaşdırılmasında islamın  rolu‖ 

seminarı  baş  tutdu.  Almaniyanın  Azərbaycandakı  Fövqəladə  və 

Səlahiyyətli səfiri Klaus Qrevlix seminarda çıxış edərkən qeyd etdi 

ki,  ―Dövlət  və  din  münasibətləri  sahəsində  Azərbaycan  modeli 

başqa  ölkələrə  də ixrac edilə  bilər.  Dini  tolerantlıq  və  dözümlülük 

sizin malik olduğunuz zənginliklərdir‖ (2, s.4). 

 

Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında bu fikri Roma 



Patriarxı  I  Varfolomey  də  2003-cü  ildə  ölkəmizə  səfər  edərkən 

demişdir:  ―Burada  dini  dözümlülüyün  səviyyəsindən  məmnun 

qaldım.  Azərbaycanda  hər  kəs  öz  arzusuna  görə  dininə  etiqad  edə 

və ayinlərini keçirə bilər‖ (2, s.4). 

 

Daha bir nümunə, Azərbaycan Respublikasının Prezidenti  Heydər 



Əliyev  başda  olmaqla  respublika  hökuməti  dinlərarası  dialoq 

təşəbbüsünü nəzərə çatdıraraq, 2004-cü ildə Roma Papası II  İohan 

Pavelin respublikaya səfərini təşkil etdi. Papanın  səfəri böyük əks-

səda doğurdu. Onunla görüşdə Azərbaycanın bütün dini icmalarının 

nümayəndələri iştirak etdi: Qafqaz müsəlmanları idarəsinin rəhbəri  

Şeyx-ül-İslam  Allahşükür  Paşazadə,  Bakı  və  Xəzər  Rus  provaslav 

Kilsəsinin  yepiskopu  Aleksandr,  Dağ  yəhudilərinin  dini  icmasının 

sədri Semen İixilov. Roma Papası II İohan Pavel Qafqazdakı zorakı 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə