MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə55/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   51   52   53   54   55   56   57   58   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

168 



Multikulturalizmin 

xarakterik 

xüsusiyyəti 

 

tolerantlıqdır 



(dözümlülükdür). 

 

Məsələn,  BMT-nin  keçmiş  baş  katibi,  hazırda  isə  Beynəlxalq 



Frankofoniya  təşkilatının  baş  katibi  Butros  Qali  deyirdi:  ―Biz 

dayanmadan qloballaşmadan bəhs edirik. Bu, həqiqətən də mövcud 

gerçəklikdir.  İqtisadiyyat,  maliyyə,  kommunikasiya  qloballaşır. 

Dünya  ekologiya,  mütəşəkkil  cinayətkarlıq  sahələrində  qlobal 

miqyas  alan  problemlərlə  üzləşir,  qlobal  epidemiyalarla  mübarizə 

aparır.  Bizdə  çatışmayan  demokratiyanın  qloballaşması,  onun 

beynəlxalq  münasibətlərdə  genişlənməsidir.  Buna  nail  olmağın  ən 

yaxşı  üsulu  mədəni  müxtəlifliyin  dəstəklənməsidir  ki,  mən  bunu 

multikulturalizm adlandırıram‖. 

 

Günümüzdə  multikulturalizm  tədricən  ümumavropa  probleminə 



çevrilməkdədir  ki,  bu  da  imiqrasiya  və  inteqrasiya  sahəsində 

siyasətlə 

bağlıdır. 

İmiqrasiya 

problemi 

iqtisadiyyatın 

yenidənqurulması, 

məşğulluq 

sahəsində 

böhran, 


şəhər 

seqreqasiyası,  aşağı  ixtisaslaşmaya  malik  olan  işçilərin 

marjinallaşması,  təhsil  sisteminin  yenidən  gözdən  keçirilməsi 

zərurəti,  rasizmin  təzahürləri  və  s.  kimi  analoji  ümumavropa 

problemləri  ilə  bir  sırada  durur.  Multikulturalizm  bütün  bu 

problemlər  üçün  özünün,  mübahisəsiz  və  qəti  olmasa  da  müəyyən  

həlli  yolunu  təklif  edir.  Onun  zamanın  çağırışına  ümumavropa 

cavabına 

çevrilib-çevrilə 

bilməməsi 

məsələsini 

zaman 


göstərəcəkdir. 

 

Multikulturalizm  tolerantlığın  daha  bir,  kütləvi  mədəniyyətin 



ümumbəşəri  axınında  mədəniyyətlərin  qarşılıqlı  şəkildə  bir-birinə 

nüfuz  etməsi,  zənginləşməsi,  inkişaf  etməsi  məqsədləri  ilə  paralel 

mövcudluqlarını  sürdürməsi  tələbindən  ibarət  olan  aspektlərindən 

biridir.  Multikulturalizm  ideyası,  əsasən,  yüksək  mədəni  inkişaf 

səviyyəsinə  malik  olan  yüksək  inkişaf  etmiş  Avropa 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

169 


cəmiyyətlərində irəli sürülür. Müasir Avropada multikulturalizm ilk 

növbədə  ―üçüncü  dünya‖  dövlətlərindən  (o  cümlədən  Avropa 

ölkələrinin  keçmiş  müstəmləkələrindən)  olan  imiqrantların 

(mühacirlərin) mədəniyyət elementlərinin onu – qəbul edən ölkənin 

mədəni sahəsinə daxil edilməsini nəzərdə tutur. 

 

BMT-nin Ümumi insan hüquqları bəyannaməsinin azadlıq hüququ, 



milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və ünsiyyət 

dili seçimi  azadlığı,  etiqad  azadlığını bəyan  etməsinə  baxmayaraq, 

faktiki  olaraq,  bu  hüquqlar  öz  qrup  mənşələri  etibarilə  şifahi 

bəyannaməyə  müncər  edilir.  Burada  onu  gündəlik  təcrübə  ilə 

möhkəmləndirmək  hüququ  da  yoxdur.  Bütün  bunlara  baxmayaraq, 

Avropa  dövlətləri  insan  hüquqlarının  üzərindən  keçir,  onları 

görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür. 

 

Multikulturalizmin ―açıq-aşkar‖ nümunələrindən bir neçəsinə nəzər 



salaq: 

 

İtaliya məktəblərində xaç gəzdirmək və yerləşdirmək



İsveçrədə minarələrin tikilməsinə qadağa; 

Etnik  əlamətə  görə  dövri  təqiblər  (Fransadan  qaraçılar,  Böyük 

Britaniyadan irlandiyalılar və s.) 

müxtəlif geyim növlərinə, dini simvollara qadağa və s. 

Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab 

daşımaq yasağı. 

2008-ci  ildə  Fransa  və  Belçika  ictimai  yerlərdə  baş  örtüklərinin 

geyilməsinə  qadağa  qoydu.  İtaliyanın  konstitusiya  məsələləri  üzrə 

parlament komissiyası    2011-ci ilin avqust ayında ictimai yerlərdə 

pərəncə  geyməyi  qadağan  edən  qanun  layihəsini  təsdiq  etdi. 

Qadağanı pozanlar ―islami cinayətdən ötrü‖ 150€-dan 300€-a kimi 

ən  sərt  cərimə  ödəməli,  habelə  ictimai  işlər  yerinə  yetirməlidirlər. 

Bu qadınların ərləri 30.000€-a qədər cərimə edilə və ya bir ilə kimi 

həbs  cəzası  ala  bilərlər.  2011-ci  ilin  27  sentyabrında  İsveçrənin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

170 



Milli  Şurası  77  razılaşmayan  üzvə  qarşı  101  ―lehinə‖  səslə 

xalqçıların  ―sağ‖  partiyasından  deputat  Oskar  Frayzingerin 

təxribatçı  şəkildə  ―Maskaları  atın!‖  adlandırdığı  analoji  təklifini 

qəbul  etdi.  Başqalarının  paltarları  ilə  mübarizə  heç  də  özgə  həyat 

tərzini ―qəbul və təqdir etmə‖ devizi ilə uyuşmur. Ancaq mahiyyət 

etibarilə multikulturalizm əslində elə bundan ibarətdir. 

 

Yaxud sonuncu nümunə. 



 

Amerikalı  İrum  Abbasi  mart  ayında  Kaliforniyada  təyyarə  reysinə 

buraxılmadığına  görə  Southwest  Airlines  aviakompaniyasını 

məhkəməyə verdi. Abbasinin iddia etdiyi kimi, bütün bunlar onunla 

bağlı olub ki, başında  müsəlman qadınların baş örtüyü – hicab var 

imiş.  İddiada  deyildiyi  kimi  ―o,  qorxudulmuş,  pərt  edilmiş,  təhqir 

edilmiş,  mat qalmışdı‖. ABŞ vətəndaşı olan Abbasi San-Dieqodan 

San-Xoseyə  gedən  reysdən  endirilmişdi.  Abbasinin  sözlərinə  görə, 

stüardessaya elə gəlib ki, o, kiməsə mobil telefonla ―qərara alındı!‖ 

deyib (―it’s a go‖). Əslində, Abbasinin dediyinə görə, o söyləyirmiş 

ki,  getməlidir  (I  have  to  go),  çünki  təyyarə  artıq  havaya  qalxmaq 

üzrəymiş.  Qadının  üzərində  axtarış  apardıqdan  sonra  təyyarənin 

göyərtəsinə  qayıtmasına  icazə  vermişlər.  Ancaq  pilot  bildirib  ki, 

ekipaj  onunla  uçmaq  istəmir  və  beləliklə  Abbasini  laynerə 

buraxmırlar.  Ona  sonrakı  reyslə  uçmaq  üçün  icazə  vermişlər.  Los 

Angeles Timesin verdiyi xəbərə görə üç gün sonra aviakompaniya 

üzr istəmişdir. 

 

Bütün bu faktları assimilyasiya siyasətinin aktları adlandıra bilərik. 



Adıçəkilən  siyasətin  məqsədi  azadlıqların  müdafiəsi,  dini  və  ya 

etnik  asılılığın  bu  və  ya  digər    növləri  ilə  mübarizə  deyil.  Bu 

siyasətin  mahiyyəti  ölkəyə  gələn  əmək  miqrantları  və  qaçqınların 

assimilyasiyası  və  onların  mühacir  qəbul  edən  cəmiyyətə  xas  olan 

və qəti şəkildə təsbit edilmiş milli əlamətləri daşıyan vicdanlı yerli 

bürgerlərə çevrilməsidir. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə