MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə51/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   47   48   49   50   51   52   53   54   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

156 



İndiki əsrə, iyirmi birinci əsrin əvvəlinə qayıdaq! Bizim artıq başqa 

prioritetlərimiz  var.  Bəşəriyyət  ilk  növbədə  sülh  və  ekologiyanın 

qorunması,  yeni  xəstəliklər  və  insan  hüquqlarının  pozuntuları  ilə 

mübarizə  aparmağın  qayğısına  qalır.  ―Şər  imperiyası‖  –  Sovet 

İttifaqının  dağılmasından  sonra  sərhədlər  genişləndi,  insanların 

ölkədən-ölkəyə  köçməsi  prosesi  gücləndi,  qarışıq  nikahların  sayı 

dəfələrlə artdı, köhnə ehkam və məhdudiyyətlərdən azad olan yeni 

nəsil meydana gəlib uğurla inkişaf etməkdədir, İnternet milyonlarla 

insanın  vaxt  və  ağlının  sahibinə  çevrilib.  Miqyasca  kiçik  ölkələrin 

qarşılıqlı  mənfəətli  ticarət  və  təhlükəsizlik,  inam  və  hüquq 

bərabərliyi prinsipləri əsasında birləşmələri əhəmiyyət kəsb etməyə 

başlayıb.  Dahi  Nizami  çox  əsrlər  əvvəl  bu  barədə  yazırdı:  ―Həyat 

nəyə gərəkdir, bir həmdəmin olmasa?İnsan çətin yaşayar dosta əmin 

olmasa‖. 

 

Bu baxımdan, Avropa İttifaqının hansı istiqamətdə inkişaf etdiyi və 



bu inkişafın nəticələri məsələsi bizim üçün ən önəmli məsələ olaraq 

qalır. O, adından və formasından (federasiya, konfederasiya, ittifaq 

və  ya  başqa  bir  birlik)  asılı  olmayaraq,  ölkələri  vahid  xarici 

siyasətlə – ən azı müasir dövrün əsas məsələləri üzrə, habelə vahid 

super-dövlət  kimi  böyük  ―oyunçulara‖  qarşı  durmaq  üçün  – 

birləşdirəcək qədər yaxınlaşdıra biləcəkmi? Mən artıq kifayət qədər 

köhnəlmiş  ―çağırış‖ sözünü  yenə işlədirəm,  ancaq  cəsarətli,  böyük 

və  icrası  asan  olmayan  ―Avropa  İttifaqı‖  layihəsinin  özünü  yalnız 

belə  adlandırmaq  olar.    Onun  təşkili  imperiyanın  yaradılmasına 

oxşamır, çünki zorakılıq və məcburiyyətdən istifadə edilmir, burada 

tabeliyində  əyalətləri  olan  mitropoliya  ola  bilməz.    Onu  Amerika 

Birləşmiş Ştatlarının yaranması ilə də müqayisə etmək olmaz, çünki 

bu  quruma  daxil  olanlar  cəmi  200  il  əvvəl  geniş  ərazilərdə 

məskunlaşan  təsadüfi  mühacirlər  deyil,    minillik  tarixi,  dərin 

mədəni, dini və hərbi ənənələri olan dövlətlərdir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

157 


Ona görə də Avropa İttifaqına üzv ölkələrin inteqrasiyasını ittifaqın 

bir super dövlət kimi çıxış etməsi, bu zaman onu təşkil edən böyük 

dövlətlərin  –  onların  heç  biri  öz  simasını,  əhəmiyyətini  itirməyə 

razılaşmayacaq  –  suverenliyinə  zərər  yetirməyəcək  şəkildə 

gücləndirmək  çətin,  az  qala  qeyri-mümkün  olacaqdır.  Digər 

tərəfdən əslində Avropa İttifaqı üzv ölkələrin simasını itirməsində, 

unifikasiyasında  maraqlı  deyil,  çünki  bizim  fərqlərimizin  inkar 

edilməsi  Avropanın  yüz  illərlə  deyil,  min  illər  ərzində  toplanmış 

siyasi, mədəni və hərbi irsindən imtina etmək demək olardı. Burada 

fərqlərə  təhlükəsiz  şəkildə  riayət  edilməsinin  kövrək  sərhədini 

tapmaq  üçün  problemi  hər  dəfə  ətraflı  şəkildə  düşünmək  lazım 

gələcək. 

 

Əgər  ―İyirmi  birinci  əsr  necə  olacaq  –  birqütblü  ya  çoxqütblü?‖ 



mövzusuna  qayıtsaq,  bir  şeyi  əminliklə  demək  olar:  ikiqütblü 

olmayacaq. Ötən əsrdə dünyanın bu quruluş modeli özünü tamamilə 

etibardan  saldı,  çünki  onun  əsasında  hərbi-siyasi  və  ideoloji 

qarşıdurmalar var idi ki, bunlar da qanlı müharibələrlə bitdi. Əsrin 

əvvəlində  bir  neçə  böyük  dövlətin  iki  antaqonist  blokda 

qruplaşmasından sonra Antanta və Üçlük koalisiyası Birinci Dünya 

Müharibəsini alovlandırdı. Və nəhayət artıq yalnız Avropanın deyil, 

digər  qitələrin  də  bir    qrup  dövlətləri  tərəfindən  başlayan  İkinci 

Dünya Müharibəsi. Yenə iki blok formalaşdı – faşistlər və antihitler 

koalisiyası.  Bu  qarşıdurmanın  nəticələrini  xatırlatdım,  amansız 

müharibənin nəticələri isə hələ də hiss edilməkdədir. 

 

―Soyuq  müharibə‖nin  səbəbi  də  iki  hərbi  quruluşun:  NATO  və 



Varşava  sazişinin  meydana  gəlməsi  oldu.  Bəxtimiz  gətirdi  ki,  bu 

müharibənin  qan tökülmədən  bitməsinə  şahid  olduq, ancaq  hər iki 

qrupun nüvə silahı və maksimal uzaqlığa malik raketə sahib olması 

bəşəriyyətin məhv edilməsinə səbəb olardı. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

158 



Mənim  acizanə  fikrimcə,  çoxqütblü  modelin  şansları daha  çoxdur. 

Bir neçə güclü ―oyunçu‖ nəzərə çarpacaq sürətlə formalaşmaqdadır, 

ABŞ-dan və Çindən başqa siyasi  səhnənin ön planına çıxır. Rusiya 

Federasiyası  da  cəsur  tələblər  irəli  sürür.  Başqa  kimdə  bu  qədər 

təbii  resurslar,  müasir  silahlar  var?  RF-in  kosmosdakı  yerini  də 

unutmaq olmaz. Milyarddan çox əhaliyə, inkişafda olan iqtisadiyyat 

və texniki tərəqqiyə malik olan Hindistan da yaddan çıxmamalıdır! 

 

Avropa  İttifaqı  500  000  000    əhalisi,  dünya  xəritəsində  iqtisadi 



qüdrəti  və  genişlənmə  perspektivləri  ilə  bu  ―oyun‖da  ən  gənc 

oyunçu olacaq. 

 

Avropa  İttifaqının  iqtisadi  nəhəng  və  siyasi  cırtdan  olduğunu 



deyirlər ki, bu da əsassız deyil. Bu ―qayçılar‖ı  heç siyasətdən başı 

çıxmayan insanlar da adi gözlə görür. Hər hansı siyasi məsələ üçün 

kim  və  nə  vaxt  Aİ-nin  fikri  ilə  maraqlanıb?  Bu  fikirlə  kim 

hesablaşar?  Heç  kim.  Çünki  Avropa  İttifaqının  üzvləri  olan  ayrı-

ayrı  ölkələrin  fikirləri  var,  bu  fikirlər  çox  vaxt  fərqlənir.  Məsələn, 

―Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdırmı?‖ sualına 

Almaniya və Fransa ―yox‖ dedi. Yunanıstan da onları dəstəkləyirdi. 

Böyük  Britaniya  ―hə‖  dedi.  Aİ-nin  üzvü  olmasa  da,  ABŞda  bu 

namizədliyin ―lehinə‖dir. Türkiyəni Bolqarıstan, Rumıniya və başqa 

Balkan ölkələri də dəstəklədi. 

 

Məhz  Türkiyənin  Avropa  İttifaqına  qəbul  edilməsi  qədim  qitənin 



siyasətçiləri  və  dövlət  başçıları  qarşısında  İttifaqın  öz  gələcəyinə 

dair  suallar  qoyur.  Onların  bu  suallara  verəcək  aydın  bir  cavabı 

yoxdur.  Hətta  dəvəquşu  kimi  başını  qumun  altında  gizlətsən  belə, 

problemin  öz-özünə  itdiyini,  həll  olunduğunu  hesab  etmək  olmaz.  

Variant  kimi,  yeni  bir  terminologiya  quraşdırılır,  məsələn, 

―imtiyazlı partnyorluq‖. Bu statusun məqsədi Türkiyənin qəbulunu 

qeyri-müəyyən  müddətə,  çox  güman  ki,  özünün  imtina  edib, 

namizədliyini geri çəkəcəyi zamana kimi uzatmaqdır. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə