MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə48/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   44   45   46   47   48   49   50   51   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

147 


çağırış bu vacib məsələni vətəndaşların şüuruna yerləşdirə bilmək, 

gənc  nəsli  tolerantlıq  və  bərabərlik  ruhunda  tərbiyə  etməkdən 

ibarətdir.  Millətlərarası  sülh  və  razılıq  göydən  enəcək  nəsnələr 

deyil, dövlətin gündəlik siyasət və təcrübəsinin və bizim hamımızın 

əldə etdiyimiz nəticələrdir. 

 

Yəqin ki, sizlərdən bir çoxunuz Qazaxıstanın istər milli, istərsə də 



beynəlxalq  səviyyədə  mədəniyyətlərin  və  sivilizasiyaların 

yaxınlaşması sahəsindəki fəaliyyətindən xəbərdarsınız. 

 

Müstəqillik  illərində  ölkədə  etnik  və  dini  bərabərliyinin  effektiv-



hüquqi  bazası  yaradılmışdır.  Bu  bazanın  əsasını  Qazaxıstanda 

yaşayan xalqların dini etiqad və dil  azadlığı haqqındakı qanunları 

təşkil edir. 

 

Ötən il qəbul edilmiş milli vəhdət doktrinası bu sahədə vacib addım 



oldu. Qazaxıstanda yaşayan xalqların konstitusuya statusuna malik 

olan assambleyası ölkəmizdə millətlərarası sazişin baza institutuna 

çevrilmişdir. Bu institutun tərkibinə 820 etnomədəni birlik daxildir. 

2003-cü  ildən  etibarən  ölkənin  paytaxtı  Astana  qlobal  dinlərarası 

dialoq mərkəzinə çevrilmişdir. Dünya dinlərinin və ənənəvi dinlərin 

liderlərinin, müxtəlif dinlərə mənsub nümayəndələrin 2003, 2006 və 

2009-cu  illərdə  Qazaxıstan  Respublikasının  prezidenti  Nursultan 

Nazarbayevin  təşəbbüsü  ilə  dəyirmi  masa  arxasında  görüşlər 

şəklində  keçirilən  qurultaylarında  sülhün  bərqərar  olması  ideyası 

tolerantlıq  və  yüzillik  bəşəri  dəyərlərin  prinsipləri  əsasında  öz 

praktiki təcəssümünü təcəsümünü tapır. 

 

Qazaxıstanın  da  iştirakçısı  olduğu  sonuncu  təşəbbüslərdən  biri 



beynəlxalq  mədəniyyətlərin  yaxınlaşması  forumudur.  Ötən  il 

YUNESKO  tərəfindən  keçirilən  bu  forum  dünya  xalqlarının 

qarşılıqlı  anlayış  çağırışlarını  yeni  baxış  bucağından  görməsinə 

səbəb oldu. Sirr deyil ki, xalqlar bu problemlərlə tez-tez üzləşir və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

148 



maneləri  dəf  etmək  yolları  barədə  suallar  ortaya  çıxır.  Son  dərəcə 

aktual  olan  bu  çağırış  YUNESKO-nun  iştirakçısı  ölkələrind  geniş 

əks-səda  doğurdu.  Bütün  dünya  üzrə  mədəniyyətlərin  beynəlxalq 

yaxınlaşmasına  yönəlmiş  minə  qədər  tədbir  keçirildi.  Bu,  milli  və 

dini  dözümsüzlük  zəminində  münaqişələrlə  çirklənmiş  müasir 

dünyanın oxşarə layihələrə ehtiyacı olduğunun göstəricisidir. 

 

Hesab  edirik  ki,  bu  il  ərzində  alınan  sağlam  impuls  və  universal 



yönləndirmə  dünya  əhalisinin  sonrakı  qlobal  fəaliyyətinə  də  öz 

müsbət  təsirini  göstərəcəkdir.  Bununla  əlaqədar,  2013-cü  ildən 

2022-ci  ilə  kimi  beynəlxalq  mədəniyyətlərin  yaxınlaşması 

onilliyiinin  elan  edilməsi  məsələsini  YUNESKO-nun  baş 

konfransının  gələcək  sessiyasının  gündəliyinə  daxil  etmək    barədə 

Qazaxıstan  Respublikasının  qərarını  bəyan  etmək  istərdim.  Bu 

təşəbbüsün realizəsi sülhün qurulması prosesində qlobal dialoqlara 

yardımçı  olmaq  üçün  dünya  ictimaiyyətinin  göstərdiyi  səylərin  və 

YUNESKO-nun  XXI  əsrdə  yeni  humanizm  strategiyasının  davamı 

ola bilər. 

 

Mən bu gün tədbirdə iştirak edən dövlətlərin rəsmi nümayəndələrini 



bu  təklifə  qoşulub  layihənin  həmmüəlliflərindən  biri  kimi  çıxış 

etməyə  çağırıram.  Hesab  edirəm  ki,  bu  lazımlı  təşəbbüs  gələcək 

onillikdə yerli, milli və regional səviyyədə mədəniyyətlərin dialoqu 

ideallarının  yayılması  işində  dünya  ictimaiyyətinin  istinadgahına 

çevriləcəkdir. 

 

Təəssüflər olsun ki, yeni dövrün real çağırışları multikulturalizmin 



gələcəyinə inamla baxmağa imkan vermir. Bu gün dünyanın bir çox 

regionları  etnoslararası  və  dinlərarası  münasibətlərlə  əlaqədar 

təhlükələrdən  zərər  çəkməkdədir.  Dünyada  dini-etnik  dözülməzlik 

müşahidə olunur. Bu qarşılıqlı olaraq müqəddəs yerlərin, ibadətgah 

və 

qəbirlərin 



təhqir 

olumasında, 

müqəddəs 

kitabların 

yandırılmasında, hansı dinin daha düzgün olub-olmaması haqqında 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

149 


mubahisələrdə müşahidə olunur. Ayrı-ayrı ölkələrdə daha cox milli 

identikliyi qorumaq kimi radikal metodlar istifadə olunur. Hətta cox 

inkişaf  etmiş  ölkələrdə  belə  qloballaşmaya  belə  reaksiya  bir  cox 

etnik immiqrantların və milli azlıqların marağına toxunur. Qarşılıqlı 

incikliklər, etnik məsafələr və insanların bir-birinə qarşı inamsızlığı 

artır. 


 

Bu  gün  Avropanın  bir  çox  ölkələrində  mədəniyyətlərarası 

siyasətinin  tənəzzülü  göz  qabağındadır.  Bunun  nəticəsində  

çoxmillətlilikdən və müxtəlif mədəniyyətlilikdən imtina təmayülləri 

ortaya 

çıxmışdır. 



İnanıram 

ki, 


beynəlxalq 

birliklərin 

multikulturalizm  böhranının  qarşısını  almaq  üçün  kifayət  qədər 

imkanları var. 

 

Burda  ulu  mütəfəkkir  Abayın  sözləri  çox  aktual  səslənir:  ―Sübh 



çağının  qaranlığı  ən  qatı  qaranlıqdır‖.  Onu  da  bilmək  vacibdir  ki, 

multikulturalizm  dünyanın  eybəcərliyi  yox,  onun  sərvətidir. 

Qloballaşma  dövründə  xalqların    dinc  şəkildə  yan-yana  yaşaması 

ümumi  dəyərlərə  və  səylərə  söykənən  daimi  və  konstruktiv 

mədəniyyətlərarası dialoq deməkdir. 

 

 



Aysel  Qutikyanova, 

 YUNESKO işləri üzrə Qazaxıstan Milli komissiyasının 

məsul katibi 

 

 



 

 

 



 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə