MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə46/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   42   43   44   45   46   47   48   49   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

141 


                                     

 

Müasir dövrdə multikulturalizm anlayişinda 

dəyərlərin transformasiyası 

 

İngilis  dilindən  hərfi  tərcümədə  multikulturalizm  ―çoxlu 



mədəniyyətlər‖ 

deməkdir. 

Lakin 

bir 


cəmiyyətdə 

çoxlu 


mədəniyyətlər  ola  bilərmi?  Əgər  elədirsə,  o  cəmiyyət  ölümə 

məhkumdur, 

çünki 

Fransada, 



Almaniyada,  Hollandiyada,  

Belçikada və Avropanın başqa dövlətlərində baş verdiyi kimi o öz 

eyniyyətini  itirir.  Əgər  bizə  belə  bir  qərb  anlamında 

―multikulturluluq‖  və  ya  ―çoxlu  mədəniyyətlilik‖  lazımdırsa,  onda 

o,  bizim  xalqların  illərlə  yığdığı  nəhəng  dəyərlər  qatının 

itirilməsinə, fəlakət və tənəzzülə gətirib çıxaracaq. 

 

İndi isə bumeranq effekti baş verir – multikulturalizm böyük  Qərb 



mədəniyyətini  yavaş-yavaş  məhv  olma  həddinə  çatdırmışdır.  Bu 

terminin  mənasında  iki  təzad  aydın  görünür.  İlkin  olaraq 

çoxmədəniyyətlilik  etnik  cəhətdən  rəngarəng  cəmiyyətdə  mədəni 

bərabərliyin  xüsusiyyətlərinin  qorunması  mənasını  daşıyır.  İkinci 

mənada  isə  mədəniyyətlərin  ümumbəşəri  məcrada  inkişafı, 

zənginləşməsi və bir-birinə qarşılıqlı keçməsi məqsədilə qarışmasını 

tələb  edən    tamamilə  bir-birinə  zidd  olan  postulatlardır.  Çünki 

bərabərlik, xüsusiyyətlərin saxlanılması, zənginləşməsi və bir-birinə 

qarşılıqlı  keçməsi  mədəniyyətlərin  qarışması  anlayışları  bir-birinə 

ziddir. 


 

Belə  nəticəyə  gəlinir  ki,  qərb  intellektualları  özləri  hələ 

multikulturalizm anlayışını axıra qədər müəyyənləşdirməyiblər. Bu 

terminin mənasına hər bir siyasətçi və ya intellektual insan öz dünya 

görüşü ilə, siyasi baxışları, həmçinin seçki qabağı vəziyyətlə  dərk 

edilmə mənasını qoyur. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

142 



 

Multikulturalizmin vaxtilə qlobal siyasətini aparan, Qərb dövlətlərin 

liderləri,  indi  də  öz  söz  və  məsləklərindən  iztirabla  imtina  edirlər. 

Bu 2010-cu ilin sentyabrında baş verdi: Fransanın prezidenti Nikola 

Sarkozi,  Almaniyanın  kansleri  Anqela  Merkel  və  Böyük 

Britaniyanın  baş  naziri  Ceyms  Kameron  multikulturalizmin  tam 

məğlubiyyətini  etiraf  edərək,  qərb  cəmiyyətinin  inkişafı  üçün 

təhlükəli olan, bir vaxtlar dəbdə olan multikulturalizm siyasətindən 

açıqcasına üz döndərdilər. 

 

Bəlkə  də  bu  qəribə  səslənir,  amma  mənə  elə  gəlir  ki, 



―multikulturalizm‖  termini  ―beynəlmiləl  sovet  mədəniyyəti‖  sovet 

fenomeninə  cavab  olaraq  uydurulmuşdur.  Qərbdə  70  il  ərzində 

onlarla  peşəkar  sovetşünaslar  bu  fenomenin  nadirliyini,  bəzən  ona 

ağlabatan  izah  tapmayaraq  öyrənirdilər.  Yeri  gəlmişkən,  ―homo 

sovetikus‖  termininin  yaranmasının  əsas  amili  də  elə  bu  oldu. 

Qərbdə  anlaşılmayan  rassional  və  praqmatik  xüsusiyyətlərə  malik 

olan insanı sovetşünaslar belə adlandırırdı. 

 

Rusiyanın  dünyaya  ibrət  dərsi  verməyinin,  qərb  nöqteyi-nəzəridən 



tamamilə  rassional  olmayan  yanaşmasını  iki  misalda  göstərmək 

istərdim. 1919-cu ildə Rusiyada hər tərəfdə aclıq, soyuq, yoxsulluq 

və  vətəndaş  müharibəsi  tüğyan  edirdi.  Əhalinin  böyük  əksəriyyəti 

kütləvi  savadsız  idi.  Düşünmək  olardı  ki,  bütün  ölkə,  ən  əsas  da 

mədəniyyət itirilmişdir. Və elə bu vaxt Maksim Qorkinin təşəbbüsü 

ilə Dünya Ədəbiyyatı kitabxanası nəşr olunmağa başlandı. 

 

İkinci  fakt.  1941-ci  ilin  19  oktyabrıdır.  Mühasirəyə  alınmış 



Leninqradda nə çörək, nə işıq, nə də istilik var, hücum etmiş alman 

ordusu Pyotr şəhərinin mərkəzini bombalamağa başlayır. Elə həmin 

vaxt,  Leninqrad  şərqşünaslıq  məktəbinin  nümayəndələri  Ermitajın 

binasında  görkəmli  Azərbaycan  şairi  və  mütəfəkkiri  olan  Nizami 

Gəncəvinin  təntənəli  yubileyini  qeyd  edərək,  Şestakoviçin  məşhur 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

143 


7-ci  simfoniyasını  səsləndirirlər.  Leninqrad  cəbhəsinin  siyasi 

idarəetməsi  şərqşünas-məruziçilərinə    əsas  cəbhə  xəttindən 

(Kolpino  və  Vnukova  ətrafından)  bir  günlüyə  uzaqlaşmağa  icazə 

verdi. 


 

Məhz intellektual və mədəni elitanın bu fədakarlığı və mücahidliyi 

əsas  amil  olaraq  ölkəyə  iki  güclü  dövlətdən  biri  olmağa,  ikinci 

dünya  müharibəsində  qalib  gəlməyə,  birinci  kosmosa  adam 

göndərməyə, idarə olunmayan iki kosmik aparatın Ayda və Marsda 

yerləşdirilməsinə,  atom  elektrik  stansiyasını  tikməyə,  lazer 

texnologiyaları yaratmağa imkan verdi. 

 

Multikulturalizm təkcə musiqi və ədəbiyyat sahələrini əhatə etmir, o 



həm  də  cəmiyyətin  bütün  təbəqələrinə  təsir  edən  siyasətə, 

iqtisadiyyata, dövlət idarəetmə sisteminə, ictimai həyata, elmə və s. 

təsir  edən  ictimai  fenomendir.  Rus  və  keçmiş  ittifaqın  başqa 

xalqlarının mədəniyyəti kimi, Azərbaycan mədəniyyəti də həmin o 

70 il ərzində beynəlmiləl sovet mədəniyyətinin məhsuludur. SSSR-i 

xalqlarının  milli  mədəniyyətləri  məhz  onların  həmahəng  qarşılıqlı 

təsirinə  görə  kifayət  qədər  formalaşıblar.  Buna  baxmayaraq,  biz 

azərbaycanlılar  öz  özünəməxsus  mədəni  dəyərlərimizi  qorumaq, 

ənənəvi  milli  dəyərlərimizi  zənginləşdirməyə  müvəffəq  olduq. 

Həmin  o  mədəni  və  milli  dəyərləri  ki,  terminologiyada  dolaşıb 

qalan qərb intellektual əqidəsi itir. 

 

Mənim  zənnimcə,  Rusiya  və  Azərbaycanın  tarixi  və  mədəniyyəti, 



hələ  multikulturalizm  termininin  yaranmasından  min  il  qabaq  baş 

verən  mədəniyyətlərin  qarşılıqlı  zənginləşməsi  və  dərindən 

çuğlaşmasının bariz nümunələridir. 

 

Biz  fəxr  hissi  ilə  muğamımızdan,  misiqimizdən,  memarlığımızdan 



və mədəniyyətimizdən  danişa bilərik, çünki Azərbaycan bir region 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə