MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə44/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   40   41   42   43   44   45   46   47   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

135 


Lakin  kataklizmlərə,  hansısa  sosial,  məişət,  siyasi  xarakterli 

problemlərə  baxmayaraq  bəşəriyyət,  dünya  inkişaf  edir.  Biz 

razılaşmalıyıq  ki,  bütövlükdə  intellekt,  idrak,  şüur  və  mədəniyyət 

irəli  gedir.  Multikulturalizm  ümumi  bəşər  varlığının  inkişafının  

əsaslarından biridir. 

 

Multikulturalizmə dair çox  misallar gətirmək olar. Mən bir filoloq 



kimi  ədəbiyyata  müraciət  etmək  istərdim.  Məsələn,  əgər  insanın 

şüurunda  və  intellektində  mücərrəd  təfəkkür,  yaradıcı  fikrində 

multikulturalizm  ideyası  olmasaydı,  onda  Nizami  hələ  o  vaxt,  XII 

əsrdə  yeddi  mədəniyyəti  təsvir  etdiyi  ―Yeddi  gözəl‖  əsərini 

yazmazdı.  Höte,  deyək  ki,  ―Şərq  divanı‖nı  yazmazdı.  Yalnız 

ədəbiyyat  və  poeziya  sahəsində  deyil,  eyni  zamanda  memarlıq 

sahəsində də dünyaya öz incilərini – şah əsərlərini bəxş edən ərəb-

ispan mədəniyyəti yaranmazdı. Orta əsrlərdə islam  və xristianlığın 

belə sintezi  mədəniyyətlərin  dialoqu,  yəni  yenə  də  multikulturanın 

çiçəklənməsidir.  Bu  proses  bugün  də  davam  edir.  Yəni 

miltikulturalizm  hadisəsi  yeni  deyil  və  biz  çağırışlarımızla 

insanların  yaddaşlarında,  kütlənin  şüurunda  həmişə  olanları  bərpa 

etmək istəyirik. Bunsuz bəşər inkişafı mümkünsüzdür. 

 

Lakin  bu  gün  müasir  dünyada  bu  terminlə  bağlı  yeni  problemlər 



yaranır.  Və  bügün  o,  bir  başqa  məna  əldə  edir.  O,  Amerika  kimi 

ölkələrə,  ―qaynar  qazan‖    ideyasına,  yəni  bir  ölkədə  bir  çox 

millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət 

anlayışı  olmayan  dövlətlər  modelinə  yaxındır.  Eyni  şey  sovet 

dövründə,  fərqli  mədəniyyətlərə,  fərqli  dünyagörüşlərinə,  fərqli 

mentallılıqlara  aid  insanların  bir  dövlətdə  birləşdiyi  beynəlmiləl 

sovet dövlətində də var idi. 

 

Bu gün Avropa multikulturalizmin iflasa uğradığını qəbul və bəyan 



edir.    Hətta  bəzən  bunu  dövlət  xadimlərinin  dilindən  də  eşitmək 

olur.  Yəni  bu  multikulturalizmin  fərqli  şərhlərinin  mövcudluğunu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

136 



bildirir.  Multikulturalizmin  iflası  ictimai  məsələlərdə,  siyasi 

məsələlərdə ola bilər, ―titul millətin‖ öz üstunlüyünü vurğuladığı və 

beləliklə də ən yaxşı halda multikulturalizmin daha az inkişah etmiş 

komponentləri  özünü  təcrid  olunmuş  vəziyyətdə  hiss  edir,  ən  pis 

halda  isə  müəyyən  natamamlıq  kompleksləri  duyur.  Belədə 

münaqişələr yaranır. Onlar daha çox ictimai, siyasi xarakterli olur. 

Bu  aspekt  multikulturalizmi  müəyyən  edən  yeganə  və  ən  vacib 

aspekt  olmadığından  mən  diqqəti  digər,  ümumbəşəri  humanitar 

aspektə  yönəltmək  istəyirəm.  Rumıniyanın  möhtərəm  sabiq 

prezidenti  Emil  Konstantinesku  yaxşı  bir  fikir  söylədi:  ―Dünya  – 

Allahın  adıdır‖.  Həqiqətən,  multikultura  çətin  məqsəd  və  çətin 

ideyadır. Bəşəriyyət hər zaman qarşısına məqsəd və hədəflər qoyub. 

Hal-hazırda 

qlobal 


məqsəd 

çoxmədəniyyətli 

cəmiyyət, 

çoxmədəniyyətli  məkan  yaratmaqdır.  Multikulturalizm  mürəkkəb 

məqsəd,  mürəkkəb  ideyadır.  Belə  ki,  dünya  daha  çox  inkişaf 

etdikcə,  hər  bir  fərd  özünü  daha  çox  müstəqil  şəxsiyyət  kimi  dərk 

edir.  Və  hər  bir  fərdin  maraqları  ilə    ümumi  maraqlar  arasında 

qarşıdurma  yaranır.    O  cümlədən,  ayrı-ayrı  dövlətlər  və  ya 

bütövlükdə dünya maraqları arasında münaqişələr yaranır. 

 

Bununla bərabər, etiraf etməliyəm  ki, bu münaqişələr həmişə olub 



və  olacaq.  Əgər  bu  münaqişələr  olmasaydı,  cəmiyyətin  dialektik 

inkişafı olmazdı.  Düşünürəm  ki,  biz  alimlərin, ədəbiyyatşünasların 

hədəfimiz  cəmiyyətin  əbədi  mənalara,  əbədi  ideyalara,  dünən 

səsləndiyi  kimi,  ―Dünya  Allahın  adıdır‖  fikrinə  meyllənməsi  üçün 

çalışmaq  olmalıdır.  Xristian  dininin  daşıdığı  mərhəmət  ideyası 

çoxlarını  birləşdirdi.  Ədalət  ideyasını  daşıyan  islam  dini  də 

çoxlarını  birləşdirib.  Qeyd  edək  ki,  tarixi  inkişafın  ayrı-ayrı 

dövrlərində  bunlar  müxtəlif  cür  baş  vermişdir.  Mənə  elə  gəlir  ki, 

müasir dövrdə bu humanitar aspekt, humanitar anlayışlar müəyyən 

münaqişələrdən xilas olmağa kömək edə bilər. O zaman XXI əsrin 

əvvəllərində norveçli Anders Breyvik adlı şəxsin törətdiyinə bənzər 

cinayətlər olmaz. O, günahsız insanların öldürülməsi kimi dəhşətli, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

137 


müdhiş cinayətini digər mədəniyyətlərlə yanaşı yaşamağa öz etirazı 

kimi bəyan etdi. 

 

Müasir dövrün mürəkkəblikləri unudulmuş haqq-ədalət ideyaları ilə 



bağlıdır.  Onlar  haqq-ədalətin  özündən  yox,  onun  şərhindən  asılı 

olmağa  başladılar.  Və  əgər  hələ  də  bu  şərhlər  ümumbəşəri 

dəyərlərdən  yox,  maddi  rifahdan  və  ya  başqa  dəyərlərin  rəyindən 

asılı  olacaqsa,  təəssüf  ki,  bu  münaqişələr  yaranmaqda  davam 

edəcəkdir.  Yalnız  Avropa  və  Şərq  mədəniyyətinin  yox,  hər  bir 

mədəniyyətin  əsasını  təşkil  edən  baza  anlayışları  bəşəriyyəti  xilas 

edə  bilər.  Yalnız  onlar  insanların  bir  dövlətdə,  bir  məkanda  birgə 

yaşamalarına  imkan  yarada  bilər.  Bu,  müasir  dünyada  alimlərin, 

siyasətçilərin,  ayrı-ayrı  insanların,  ictimai  təşkilatların  can  atmalı 

olduğu həmin məna, həmin ideyadır. 

 

Çıxışımı Fitscerald Skottun  bir məqaləsində yazdığı dahiyanə fikri 



ilə  bitirmək  istəyirəm:  ―Çoxdan  anlamaq  lazımdır  ki,  bu  dünyada 

hər  şey  ümidsizdir,  ancaq  onu  dəyişmək  üçün  qətiyyəti  itirməmək 

lazımdır.‖ 

 

 



 

Nərgiz Paşayeva, 

 professor. Moskva Dövlət Universiteti Bakı filialının rektoru 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə