MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə41/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   37   38   39   40   41   42   43   44   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

126 



–  Bakıda,  hətta  sovet  dövründə  belə  dağıdılmaqdan  xilas  olan 

sinaqoq yenidən bərpa edilmiş və genişləndirilmişdir. 

 

Respublikada 



millətlərarası 

münasibətlərdən 

danışarkən 

aşağıdakıları qeyd etmək istərdim. 

 

Etnik  dinindən  və  mənsubiyyətindən  asılı  olmayaraq,  bütün 



vətəndaşların  bərabərliyini  təmin  edən  milli  siyasətin  əsas 

müddəaları 

Azərbaycan 

konstitusiyasında 

göstərilmişdir. 

Azərbaycan  Respublikasının  milli  siyasət  konsepsiyası  həmçinin 

aşağıdakı  beynəlxalq  sənədlərə  əsaslanır:  BMT-nin  ―İnsan  haqları 

ümumi  deklarasiyası‖,  Avropa  Şurasının  ―Əsas  azadlıqların  və 

hüquqların  qorunmasına  dair    konvensiyası‖,  BMT-nin  ―İqtisadi, 

sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı‖, ―Avropada 

təhlükəsizlik  və  əməkdaşlıq  üzrə  İclasın  Yekun  Aktı‖,  ―ATƏT-in 

insan  meyarları  üzrə  Konfransının  Kopenhagen  sənədi‖,  Avropa 

Şurasının  ―Milli  azlıqların  müdafiəsi  üzrə  Çərçivə  Konvensiyası‖, 

Müstəqil  Dövlətlər  Birliyinin  üzvləri  tərəfindən  qəbul  edilmiş 

―Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi 

üzrə  konvensiya‖.  Həmçinin  Azərbaycan  Respublikasının  milli 

siyasətinə  həsr  olunmuş  dövlət  sənədi  –  ―Azərbaycan 

Respublikasında yaşayan  milli azlıqların, azsaylı xalqların və etnik 

qrupların  hüquq  və  azadlıqlarının  qorunması,  dilinin  və 

mədəniyyətinin  inkişafına  dövlət  qayğısı  haqqında‖  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanı  qəbul  edilmişdir.  Başqa  sözlə, 

milli  azlıqların  qorunması  Azərbaycan  rəhbərliyinin  apardığı 

siyasətin  əsas  istiqamətlərindən  biridir.  Belə  ki,  Prezident 

aparatında  milli  siyasət  üzrə  dövlət  məsləhətçisinin  başçılıq  etdiyi 

xüsusi  struktur  yaradılmışdır.  Analoji  struktur  Milli  Məclisdə  də 

mövcuddur.     Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar 

və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri 

cəmiyyətin  ayrı-ayrı  sahələrində  məhsuldar  işləyərək  ölkənin 

inkişafına  layiqli    töhvələr  verirlər.  Belə  ki,  milli  azlıqlar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

127 


Azərbaycan  Respublikasının  hökumətində  və  digər  dövlət 

strukturlarında təmsil olunmuşlar. Respublikanın milli parlamenti – 

Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları o cümlədən, rus, ləzgi, 

tat, talış və b. öz nümayəndələri ilə təmsil olunmuşdur. 2010-cu il 

parlament seçkiləri zamanı ATƏT-in demokratik institutlar və insan 

haqları  üzrə  bürosu  və  müşahidə  komissiyası  göstərdi  ki, 

Azərbaycanda, dövlət ərazisində yaşayan etnik azlıqların seçkilərdə 

iştirakı məsələsində heç bir problem yoxdur. 

 

Beləliklə,  respublikada  müxtəlif  etnik  qrupların  mövcudluğu  üçün 



bütün  mümkün  şərait  yaradılmışdır.  Lakin  burada,  bir  daha  qeyd 

etmək  lazımdır  ki,  bizim  ölkəmizdə  mədəni  müxtəliflik  etnik 

azıqların  sadəcə  cəmlənməsi  kimi  başa  düşülmür,  Azərbaycan 

ümummilli  həmrəyliyin  inkişafı  üçün  əlverişli  mühitdir.  Başqa 

sözlə,  etnik,  dini  və  digər  mənsubiyyətindən  asılı  olmayaraq 

ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir. 

 

 

 

İrina Kunina, 

 Bakı Slavyan Universiteti  

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

128 



 

İki dünya arasında mədəni meyllər 

 

―Dünya‖ sözü ontoloji vahid çərçivəsində varlıq məhfumunu ifadə 



edir.  Mədəni  nəzəriyyə  göstərir  ki,  hər  hansı  ontologiya,  istənilən 

quruluş  həmişə  müxtəlif  monoloqlarla  fərqli  olur.  Yenidən  bərpa 

metodu  ontologiyanın  sabit  bir  kələyidir.  Amma  bu  yaradıcı 

ontologistləri onları qiymətləndirməkdən, reallığı başa düşməkdən, 

özlərinin  sosial  və  mədəni  təcrübələri  üçün  onlara  uyğun  səddlər 

müəyyənləşdirməkdən  çəkindirir.  Ancaq  məsələn,  heç  bir 

mədəniyyət təbii hüquqları ilə birtərəfli dəyişilməz deyil. Beləliklə, 

bizim müzakirədə iki qütbümüz var. Bir tərəfdə daimi dəyişikliyin, 

daimi mübadilənin axıcılığı anlayışı, digər tərəfdə qiymətli mədəni 

təcrübə  və  onun  ontoloji  cəhətdən  reallığa  uyğunlaşması. 

Multikulturalizm  mənim  zənnimcə  bu  iki  aspekt,  daha  çox  da 

tərcümə arasında əlaqədir. Multi-  prefiksi ümumi nəzəriyyələrdə ən 

azı  iki  göstərilən  anlayışın  birgə  mövcudluğu  anlayışıdır. 

Terminologiya  müəyyən  yayılmanı  ifadə  edir,  amma  o  bir  sıra  öz 

anlayışları ilə birgə irəliləyən korlanmış quruluşları nəzərə almır. 

 

Bəs biz mədəni tarixçilər kimi ontologiyanın daxilində qarşısı alına 



biləcək zərərli qüvvələri müəyyən etmək, bu quruluşların prinsipləri 

arasında mədəni və yerli mübadilələrin tədqiqi üçün nə edirik? Biz 

axındakı  mübadiləni  dağıda  və  əlaqələrin  açıq-aydın  tədqiqinə 

başlayacağıq. Biz belə birgə olduğumuz zaman heç bir problemimiz 

olmur.  Başqa  sözlə,  bizim  məqsədimiz  mədəniyyətlər  arasında 

proseslərə  nəzər  salaraq  daha  uğurlu  multikulturalizmə  nail  ola 

bilməni  araşdırmaqdır.  Mədəni  tarixçilərin  nöqteyi-nəzərindən  bu 

mədəniyyətlərin  həm  uğurlu,  həm  də  uğursuz  əlaqələri 

öyrənilməlidir. Mən tərcümə prosesinə də nəzər salmaqla Rusiya ilə 

Qərbi  Afrika  Setedalistləri  arasında  uğurlu  mədəni  tərcüməni  bir 

nümunə kimi göstərmək istərdim. Mən öz nümunələrimi ədəbiyyat 

və filmlərdən götürmüşəm. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə