MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə40/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   36   37   38   39   40   41   42   43   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

123 


 

Qafqazda multikulturalizm: Azərbaycan modeli 

 

 XX əsrin sonlarında məlum siyasi hadisələr postsovet məkanında o 



cümlədən, Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni 

modellərinin  formalaşmasına  gətirib  çıxardı.  Lakin  bir  sıra  hərbi-

siyasi  və  iqtisadi    xarakterli  hadisələr  Gürcüstanda  millətlərarası 

münasibətlərin  mövcud  tarazlığını  deformasiyaya  uğratdı. 

Azərbaycanlıların,  etnik  azlıqların  Ermənistandan  kütləvi 

deportasiyası  bu  respublikanı  faktiki,  olaraq  monoetnik  dövlətə 

çevirdi.  Öz  növbəsində,  Azərbaycan  Respublikası  ölkənin  dağılma 

tendensiyasının qarşısını almağa, müxtəlif mədəniyyətləri və dinləri 

birləşdirən dövlət olaraq qalmağa nail oldu. 

 

Multikulturalizm nədir? Bu ilk növbədə, bir ölkədə mədəniyyətlərin 



qarşılıqlı təsirində müəyyən ―keyfiyyət‖ə nail olunmasına yönəlmiş 

demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən 

tanınan,  müxtəlif  mədəniyyətlərə  tolerant  münasibətə  əsaslanan 

dinc,  yanaşı  yaşama  prinsipidir.  Azərbaycan  üçün  fərqli  baxışlara, 

adətlərə,  vərdişlərə  dözümlülük  mövqeyi  bəsləmək  əlbəttə  ki, 

təbiidir.  Müxtəlif  xalqların,  millətlərin,  dinlərin  xüsusiyyətlərinə 

tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. 

 

Azərbaycan  Respublikası  polietnik  dövlətdir.  Xalq  dövləti  təşkil 



edən  etnosdan  –  Azərbaycan  türklərindən  və  avtoxton  milli 

azlıqlardan  –  udinlərdən,  ingiloylardan,  qrızlardan,  xınalıqlardan, 

buduqlardan,  tatlardan,  talışlardan,  ləzgilərdən  və  b.  təşkil  

olunmuşdur.  Bu  millətlərin  tarixən  Azərbaycandan  başqa  vətənləri 

olmamışdır və buna görə də Azərbaycan  türkləri ilə birlikdə vahid 

polietnik  Azərbaycan  millətinin  nümayəndələri  hesab  olunmaqda 

haqlıdırlar.  Onlardan  başqa  respublikada  ruslar,  ukraynalılar, 

belaruslar,  kürdlər,  yəhudilər,  yunanlar,  almanlar  və  tatarlar 

yaşayırlar.  Bu  milli  azlıqların  hər  birinin  muvafiq  olaraq  tarixi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

124 



vətəni  vardır  və  Azərbaycan  ərazisində  yaşayan  alloxton  milli 

azlıqlara  aid  edilirlər.  Təkcə  Bakıda  iyirmidən  yuxarı  müxtəlif 

mədəni  icmalar  fəaliyyət  göstərir.  Bunların  arasında:  rusların, 

ukrainlərin,  kürdlərin,  lakların,  ləzgilərin,  slavyanların,  tatların, 

tatarların,  gürcülərin,  ingilayların,  talışların,  avarların,  axıska 

türklərinin,  Avropa  və  dağ  yəhudilərinin,  gürcü  yəhudilərinin, 

alman  və  yunanların  cəmiyyətləri  vardır.  Ümumiyyətlə,  etnik 

azlıqların  kompakt  şəkildə  yaşadıqları  bütün  rayonlarda  belə 

icmalar mövcuddur. 

 

Azərbaycan  Respublikasında  kompakt  şəkildə  müxtəlif  etnosların 



nümayəndələri  yaşayır  və  onların  hər  biri  öz  maddi  və  mənəvi 

mədəniyyətini,  dilini,  tarixi  yaddaşını,  mentalitetini,  etnik 

özünüdərketmə  və  etnopsixologiyasını  qoruyub  saxlayan  unikal 

xüsusiyyətlərin  daşıyıcılarıdır  (4,  s.5).  Məhz  Azərbaycanda  dağ 

yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, 

udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur 

olan  Xınalıq  kəndi  və  başqa  milli  azlıqların  yaşadığı  onlarla  belə 

məskənlər 

mövcuddur 

və 


onların 

hamısı 


Azərbaycan 

ictimaiyyətinin  ayrılmaz  hissəsidir.Etnik  azlıqlara  yerli  əhali  ilə 

bərabər  mədəni  hüquqlar  və  ölkənin  mədəni  irsindən  istifadə 

hüququ verilmişdir. 

 

Etnik  azlıqların  kompakt  yaşadığı  yerlərdə  ümumtəhsil 



məktəblərinin ibtidai siniflərində doğma dil tədris olunur: müvafiq 

dillərdə  tədris  proqramları  və  dərs  vəsaitləri,  folklor  və  şeir 

məcmuələri,  bədii  ədəbiyyat  nəşr  olunur;  qəzet  və  jurnallar  çıxır, 

dövlət  milli  teatrları  və  bədii  özfəaliyyət  kollektivləri  fəaliyyət 

göstərir. 

 

Azərbaycanda mövcud olan mədəni simbioz (müştərək yaşama) və 



müxtəlif  ənənələr  maddi  və  mənəvi  mədəniyyətin  tarixi 

abidələrində  həkk  olunmuşdur.  Belə  ki,  maddi  mədəniyyət 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

125 


abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və 

digər  rayonların  tarix-ölkəşünaslıq  muzeylərində,  həmin  ərazilərdə 

yaşayan  etnik  azlıqların  irsini  və  ənənələrini  əks  etdirən 

ekspozisiyalar  təşkil  olunur.  Bu  sahədə  kitabxanalar  da  səmərəli 

fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının 

təqdimatı keçirilir və bu kitablar kitabxananın fonduna daxil olur. 

 

Ölkə  daxilində,  eləcə  də  beynəlxalq  arenada  mədəniyyətlərarası 



ünsiyyətin  tarazlı  şəkildə  qurulmasında,  üç  dini  dövrdən  – 

zərdüştlük,  xristianlıq  və  islamdan  keçən  və  öz  şüuruna  bunları 

həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. 

Azərbaycanda  dinlərarası  dialoq  və  tolerantlığın  dünyanın  bir  çox 

polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuşdur. 

Dövlət-din 

münasibətlərinin 

müasir 


Azərbaycan 

modeli 


çərçivəsində, bütün dinlər qanun qarşısında bərabər status almışlar. 

Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların 

hüquqlarını  təmin  etməklə  yanaşı,  dövlət  respublika  ərazisində 

yayılan bütün ənənəvi dinlərə qayğı göstərir. 

 

Öz  tarixi  ənənələrinə  söykənən  Azərbaycanda  vətəndaşların 



mədəni,  o  cümlədən  dini  tələbatlarının  təmin  edilməsinə 

aşağıdakılar  nümunədir:  sovet  ateizmində  boşluq  dövründən  sonra 

Bakıda ―Müqəddəs qadınlar ‖ kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə 

XX  əsrin  əvvəllərində  məşhur  xeyriyyəçi  Hacı  Zeynalabdin 

Tağıyevin fəal dəstəyi ilə tikilmiş, XXI əsrin əvvəllərində isə digər 

azərbaycanlı  xeyriyyəçinin  səyləri  nəticəsində  yenidən  bərpa 

olunmuşdur; 

 

–  pontifik  II  İohann  Pavelin  Azərbaycana  səfəri  zamanı  tikintisinə 



xeyir-dua  verdiyi  yeni  katolik  kostyolu  (polyak  kilsəsi)  açılmışdır. 

Bu  kilsə  1930-cu  illərdə  dağıdılmış  əvvəlki  məbədin  ənənələrini 

davam etdirəcək; 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə