MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə43/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   39   40   41   42   43   44   45   46   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

132 



 

YUNESKO-nun sabiq Baş katibinin nitqi 

 

Multikulturalizmlə  bağlı  bu  tədbirdə  mənə  də  yer  verdiyiniz  üçün 



sizə  çox  minnətdaram.  Mən  son  10  ildə  UNESCO-nun  baş  katibi 

olmuşam.  Ona  görə  də  bugünkü  dünyada  multikulturalizmin 

dəstəklənməsi  məqsədi  ilə  UNESCO  tərəfindən  həyata  keçirilən 

beynəlxalq  cəhdləri  gücləndirməkdən  çox  şadam.  Açılış 

mərasimində  prezident  İ.Əliyev  multikulturalizmin  güclənməsinin 

vacibliyini  vurğuladı.  Yəqin  ki,  hamı  hətta  mənim  özüm  də  bizim 

qarşımızda  duran  ən  əsas  sualın  bunun  necə  həyata  keçirilməsi 

olduğu  ilə  razılaşarıq.  Ona  görə  də  mən  yoldaşlarımın  çıxışlarına, 

xüsusilə  də  Azərbaycanda  multikulturalizmin  güclənməsi  üçün 

hansı  konkret  addımların  atıldığını  izah  edən  azərbaycanlı 

yoldaşımın çıxışına çox diqqətlə qulaq asdım. Bu çox həlledici bir 

haldır.  Zənnimcə,  multikulturalizmi  gücləndirmək,  dəstəkləmək 

üçün  həyata  keçirilməli  iki  əsas  istiqamət  var:  bunlardan  birincisi 

zəngin  mədəni  irsi,  maddi  və  qeyri-maddi  mədəni  irsi  qorumaq, 

ikincisi isə müasir mədəniyyətdə həmin izləri qoruyub saxlamaqdır. 

 

Mən  Azərbaycana  ilk  səfərimi  2000  ci  ilin  aprel  ayında  prezident 



Heydər Əliyevin dəvəti ilə etmişəm. O zamanlar da Azərbaycanda  

irslə  bağlı  yanlışlıq    mövcud  deyildir.Lakin  o  vaxtdan  bəri 

Azərbaycanda  iki  yerli  istiqamət  yarandı.Bunlardan  birincisi,  Bakı 

şəhərinin  rolu  və  digəri  isə  UNESCO-nın    1972-ci  il 

konvensiyalarına  əsasən  Qobustanın  rolunun  yüksəlməsidir.Bunu 

aydınlaşdırmaq  üçün  bizim  iki  vasitəmiz  var.  Birincisi  odur  ki, 

məkan çox gözəl Avropa üslubuna malik olsa da, bu, kifayət deyil. 

İkinci vasitə isə, bu iki vasitəni yaratmış Bakı şəhəri və Qobustanın 

məhşur  dünyəvi  dəyərini  və  rolunu  qoruyan  idarəetmə  planının 

olmasıdır.  Ona  görə  də  Azərbaycan  indi,  ən  vacibi,  maddi  irsini 

qorumalıdır. Mən indi ikinci bir nümunə göstərmək istəyirəm. Hər 

halda  siz  Bakının  mərkəzində  yerləşən  Muğam  Mərkəzinə  baş 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

133 


çəkmisiniz.  İndi  UNESCO-nun  2003-cü  il  konvensiyasına  əsasən 

muğam  qeyri-maddi  mədəni  irsin  şedevri  hesab  olunur.  Qeyri-

maddi  irsə  milli  rəqslər,  milli  mahnılar,  milli  mərasimlər  və  çox 

vacib  ictimai-mədəni  tədbirlər  daxildir.  Multikulturalizmi  inkişaf 

etdirmək  üçün  həm  maddi,  həm  də  qeyri-maddi  mədəni  irs 

olmalıdır. Bu, mütləq olmalıdır və  UNESCO dövlətlərin qarşılıqlı 

hörmət  prinsiplərini  təsdiq  edən  iki  əsas  konvensiya  təsis  edib. 

Azərbaycan  bunu  öz  imzası  ilə  təsdiq  edib  və  70-80-ci 

konvensiyalara əsasən, o konvensiyanın özünün rolunu təsdiq edib. 

Təxminən 87 ölkə bununla bağlı bir çox məlumatı təsdiq etmişdir. 

 

Ona görə də konvensiyanın beynəlxalq üzvlərinin birgə yaradılmış 



bazasına zidd olaraq əl-ələ verib milli meylləri də inkişaf etdirmək 

çox  vacibdir.  Milli  meyllə  beynəlxalq  meyl  bir-birinə  müvafiq 

olmalıdır.  Və  mən  qeyd  etməliyəm  ki,  multikulturalizmdə  ikinci 

vacib məsələ müasir mədəniyyətlərdir ki, UNESCO 2005-ci ildə bu 

sahədə də vacib, – ölkə tədqiqatının rəngarəngliyinin qorunması və 

inkişafı üzrə konvensiya təsis edib. Bu bir az mürəkkəb məsələdir, 

amma  bunun  məqsədi  müasir  mədəniyyətlərin  həmin  sahələrini 

inkişaf  etdirməkdir.  İlk    növbədə,  müxtəlif  ölkələrdə  fərqli  müasir 

mədəniyyətləri  qorumaq  və  onları  inkişaf  etdirməkdir.  2005-ci  il 

konvensiyasının  əsas  məqsədi  belə  müasir  mədəniyyətləri  inkişaf 

etdirməkdir. 

Mən 


çox 

vaxt 


almağı 

xoşlamadığımdan, 

multikulturalizmin  inkişafı  üçün  bizim  həyata  keçirdiyimiz  milli 

cəhdləri əks etdirən bir sıra çıxışları bir daha vurğulamaq istərdim. 

Ancaq bununla bərabər beynəlxalq cəhdlərin də rolunu yada salmaq 

vacibdir. Milli cəhdlər beynəlxalq cəhdlərə müvafiq olmalıdır. 

 

 

Koitiro Mautsuura, 



 YUNESKO-nun sabiq Baş katibi (1999-2009) 

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

134 



 

Bakı Humanitar Forumu: mədəniyyətlərin 

dialoqu 

 

 



Mən  forumun  bütün  iştirakçılarını,  qonaqlarını  salamlayıram. 

Bildiyiniz  kimi,  ―miltikulturalizm‖  anlayışı    nisbətən  yaxınlarda 

əmələ  gəlib  və  əgər  biz  bu  termin  haqqında  danışmaq  istəyiriksə, 

bilməliyik  ki,  bu  terminin  yaranmasından  öncə  uzun  tarixi  dövrdə 

bu hadisə özü artıq mövcud idi.  Bu belədir, çünki qədim filosoflar, 

xüsusən,  yunan  filosofu  Platon  varlığı  və  dünya  qavrayışını 

idealiscəsinə  izah  edirdilər.  Platonun  yer  üzündə  bütün  canlıları 

birləşdirən vahid bütöv yanaşması var idi. 

 

Bu,  bəlkə  də,  bugünki  elmi  nöqteyi-nəzərdən  kifayət  qədər 



mübahisəli və müəyyən mənada arxaik hesab olunsa da, möhtəşəm 

qlobal  yanaşma  idi.  Ancaq  Platon  artıq  təsbitləyib  ki,  bu  anlayış 

kütləvi  şüurdan  başqa  yaranışdan  insan  təbiətinə  xasdır.  Yəni,  bu 

həm də qeyri-şüuri amildir. Bu formula ilə razılaşsaq, belə çıxır ki, 

bəşəriyyətin  inkişafının  bütün  mərhələlərində  multikulturalizm,  bu 

termin  və  hadisənin,  indi  istifadə  etdiyimiz  mənada,  obyektiv 

dünyaya  aid  olduğuna  dair  bir  çox  nümunələr  taparıq.  Və  belə 

demək  mümkünsə,  dünya  heç  bir  vaxt  bu  təzahürdən  təcrid 

olunmayıb. 

 

Əgər  düşündüyümüz  kimi  olmasaydı,  onda  heç  vaxt  çoxmillətli 



mədəniyyətlər  olmazdı,  heç  vaxt  böyük  bəşər  mədəniyyətləri 

olmazdı,  çünki  özü  üçün  hər  hansı  sərhədlər  müəyyənləşdirən  və 

yalnız öz hüdudlarında fəaliyyət göstərən hər bir mədəniyyət özünü 

tənəzzülə məhkum edərdi. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə