MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə54/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   50   51   52   53   54   55   56   57   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

165 


obyekti olmalıdır. Qərb dövlətləri tərəfindən dəstək alan bu hərakat 

haqlı tələşla və  Şərqdən mühacirlərin sayının artmasından yaranan 

qorxu  ilə  qarşılandı.  Bu  qorxu  eyni  zamanda,  yeni  gələn 

mühacirlərlə  onlardan  əvvəl  gəlmiş  və  məskunlaşmış  mühacirlərin 

mümkün birləşməsi proqnozu ilə də artır. Müasir tarixin göstərdiyi 

kimi,  əsas  millət  arasında  artan  işsizlik  və  imkansızlıq  sosial 

müdafiənin  forması  kimi  tətillər  ―əsas  millətlə‖  ―əsas  hakimiyyət‖ 

arasında qarşıdurma işığında belə birləşmə ehtimalını nəinki təkzib 

etməməlidir,  bu  hətta  qanunauyğundur.  Qərb  siyasətçiləri  qərbdə 

olan ―külək əkən, tufan becərər‖ atalar sözünü unutmamalıdır, onu 

da unutmamalıdırlar ki, Qərbin bir sıra dövlətlərinin fəal iştirakı ilə 

həyata keçirilən qanlı ―ərəb baharı‖ elə özləri üçün də ―payıza‖ və 

―qışa‖ dönə bilər. 

Vəhdət  konsepsiyası  zəminində  multikulturalizmin  problemlərinin 

uğursuz  həlli  nəticəsində  kəskinliklə  artmaqda  olan  situasiyadan 

çıxış aşağıdakı hallarda görünür: 

Əsas  millətlərin  nümayəndələrinə  və  mühacirlərə  bölünməmək 

şərtilə  əhalinin  sosial  cəhətdən  əzilmiş  bütün  təbəqələrinin  sosial-

iqtisadi  problemlərin  həlli  üçün  düşünülmüş  iqtisadi  islahatların 

qəbulu ilə real təkamül yollarının axtarışında; 

Qlobal  mədəniyyətin  bir  hissəsi  kimi  mühacirlərin  mədəniyyətinə 

hörmətdə; qeyri-peşəkar əmək növlərini icra edənləri  yalnız –  real 

və ya potensial asayişi pozan qastrabayterlər kimi, əgər onlar islam 

ölkələrindəndirsə  gələcəyin  terrorçuları  kimi  təqdim  etməkdən 

imtina  etməkdə.  Mühacirlərin  elitası  və  otra  təbəqəsi  tərəfindən 

Qərbə  gətirilən  ―intellekt‖  və  ―investisiya‖lar  isə  bilərəkdən  yada 

salınmır. İndiki dövrdə  mühacirlər üçün qərb siyasəti çıxış yolunu 

onların mədəni assimiliyyasiyasında görür. 

İslam dünyasını təmsil edən mühacirlərə təcavüzkar münasibətdən, 

müxtəlif  müasir tədqiqatlarında  islam  dünyası  fəlsəfəsinin  tarixini, 

onların  mədəniyyətini  qəsdən  saxtalaşdırmaqdan  imtinada.  Müasir 

Qərbdə  islam  dünyasının  nümayəndələrinə  olan  ədavət  başqa  dini 

təmsil  edən  mühacirlərə  olan  münasibətdən  tamamilə  fərqlidir,  ba 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

166 



da qərb dünyasının idealı olan tolerantlığın təbliğinə ziddir və qəbul 

edilməzdir. 

Müqayisəli  planda  obyektiv  elmi  tədqiqatların  müxtəlif  etnik  və 

müxtəlif  regional  mədəniyyətlərinin  oxşar  və  fərqli  cəhətlərini 

aşkarlayan  milli  və  regional  mədəniyyətlərin  tarixi  və  müasir 

vəziyyətinin müsbət rolunun qəbul edilməsində oxşarlıqlar müxtəlif 

mədəniyyətlər  daşıyıcılarının  tarixi  mənəvi  birliyinin  sübutu  kimi 

dini  sabitliyin  əsaslarını  pozmadan  ayrı-ayrı  dövlərlərdə  müxtəlif 

etnik  və  din  nümayəndələrinin  harmonik  birgə  yaşamalarına  və 

tolerantlığa  imkan  yarada  bilərdi.  Beləliklə,  müasir  Qərb 

dünyasında 

mühacirlərə, 

xüsusən 

də 


İslam 

dünyasının 

mühacirlərinə, neqativ münasibət aradan götürülərdi. 

Tədqiqatın  maraqlı  obyektlərinin  sırasına  mədəniyyət  və  müasir 

mulrikulturalizm  və  sahələrində  aparılan  qərb  mərkəzçiliyin 

müqayisəli 

tədqiqatlarını, 

həmçinin 

sovet 

və 


postsovet 

məkanlarındakı multikulturalizmi də  aid etmək olar. 

 

Beləliklə,  özündə  dövlətlərin  siyasi  tarixini  də  ehtiva  edən 



multikulturalizm  mədəniyyət  sahəsində  cəmiyyətin  siyasi  tarixinin 

üzvü  hissəsi  və  deməli,  cəmiyyətdəki  etnomilli  və  konfessional 

menasibət kimi, həm onun inkişafının nisbi sabitlik dövrünün, həm 

də müxtəlif xarakterli böhran dövrlərini elmi tədqiqatlarının aktual 

obyektlərindən biri olub və olaraq da qalmaqdadır. 

 

Zümrüd Quluzadə, 



professor, Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə, 

Sosiologiya və Hüquq İnstitutu 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

167 


 

 

Multikulturalizm şəraitində dinlərarası dialoq 

 

XX  əsrin  sonu  XXI  əsrin  əvvəlləri  qloballaşma  prosesi  ilə 



əlamətdardır. Bu kontekstdə adıçəkilən prosesdə mədəniyyətlərarası 

və  dinlərarası  dialoq  problemi,  habelə  multikulturalizmlə  əlaqədar 

problemlər xüsusi yer tutur. 

 

―Multikulturalizm    termini  ötən  əsrin  60-cı  illərində  Kanadada 



meydana gəlmiş və rəsmi olaraq 1971-ci ildə qəbul edilmişdir‖ (1, 

səh.189).    Termindən  vahid  mədəni  məkanı  ifadə  etmək  üçün 

istifadə  edilir.  Multikulturalizm  mədəniyyətlərin  assimilyasiya 

(birləşmə)  olmadan  inteqrasiyasını  (qovuşma)  təklif  edir.  Ötən  əsr 

boyunca  assimilyasiya  Avropanın  bir  çox  dövlətləri  tərəfindən 

gəlmə  (immiqrant)  mədəniyyətlərə  münasibətdə  istifadə  edilən 

strategiya kimi bir çox hallarda özünü doğrultmadı. 

 

Multikulturalizm siyasətinin əsasında üç əsas prinsipi fərqləndirmək 



mümkündür: 

 

dövlətin mədəni plüralizmi qəbul etməsi (vətəndaş cəmiyyətinin ən 



mühüm xarakteristikası); 

marjinal  mədəni  qrupların  sosiallaşmasına  mane  olan  əngəllərin 

aradan qalxması; 

müxtəlif  mədəniyyətlərin  yenidən  dirçəlməsi  və  inkişafının 

dəstəklənməsi. 

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  multikulturalizm  dar 

mənada qloballaşma şəraitində mədəni dəyərlərin demokratiyası və 

ya bərabərhüquqluluğudur. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə