Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə148/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   144   145   146   147   148   149   150   151   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

504 

 

Sensorla  işləyən  robotlar  avtomobil  sənayesində  tezliklə  özünə  yer 



tapır.  Optik  sensorlarla  təchiz  olunmuş  robotlar  bir  neçə  fəhlənin  işini 

görərək  yüksək  məhsuldarlıq  əldə  etməyə  imkan  verir.  Yığmada  tətbiq 

olunan  optik  sensor  sistemlər  bir  neçə  tapşırığı  yerinə  yetirmək  üçün 

nəzərdə tutulur (şəkil 3.40).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3.40. Senzorların köməyilə avtomobil şüşələrin quraşdırılması.



 

 

Hissələrin 



birləşdirilməsi 

zamanı 


obyektlərin 

identifikasiya 

olunması, onların mövqelərinin tapılması və lazım gələrsə tutma zamanı 

tətbiq  olunan  qüvvəyə  nəzarət  edilməsi  yerinə  yetirilir.  Birləşdirmə 

zamanı  hərəkətin  tətbiq  olunan  qüvvə  və  moment  vasitəsilə  nəzarəti 

vacibdir.  Birləşdirmədən  sonra  görülən  işlərin  nəticələrinə  nəzarət 

edilməsi  də sensorların payına düşür. Bu işlərin  yerinə yetirilməsi üçün 

binar  şəkillər  əsasında  işləyən  sensorların  avtomobillərin  yığılmasında 

tətbiqini  misal  göstərmək  olar.  Bu  sensorlar  dörd  komponentdən- 

kamera, verilənləri qiymətləndirmək üçün elektronika, idarə qurğusu və 

monitordan  ibarədtir.    Kameraların  götürdükləri  informasiyalar 

qiymətləndirici  qurğunun  köməyi  ilə  əvvəlcə  binar  şəkilə  çevirilir. 

Sonra  bu  şəkilin  analizi  əsasında  verilmiş  tapşırıqdan  asılı  olaraq 

hissələrin kontrastı, kantları və deşikləri aşkar edilir. Bu informasiyadan 




Avtomatlaşdırmanın yayılması 

 

505 

istifadə  etməklə  hissələrin  yığmada  dəqiq  mövqeləşdirilməsi  mümkün 

olur.  Şəkil  3.40-da  verilmiş  prosesi  buna  misal  göstərmək  olar.  Burada 

axın  xəttinə  verilmiş  avtomobil  gövdəsinin  dəqiq  mövqesi  optik 

sensorlar  tərəfindən  ölçülərək  qiymətləndirilir  və  sonra  qabaq  şüşənin 

oturdulmasında istifadə edilir.  

 

Hal-hazırda  yığma  zamanı  fotoqrametrik  prinsiplə  işləyən  3D  ölçmə 



sistemləri  geniş tətbiq  edilir. Bu sistemlərin  köməyi  ilə yığılan  hissənin 

verilmiş  vəziyyətdə  mövqeləşmə  dəqiqliyi  3  ölçülü  şəkillərin  əsasında 

yerinə yetirilir [3.27].   

 

Robotların  çevikliyi  və  sərtliyinin  artması,  onların  təkcə  daha  dəqiq 



işlərin  yerinə  yetirilməsində  yox,  həm  də  mexaniki  emal  kimi  nisbətən 

böyük  güc  tələb  olunan  proseslərdə  tətbiqinə  imkan  vermişdir. 

Robotların  mexaniki  emalda  tətbiqi  hələ  80-ci  illərdən  məlumdur. 

Ancaq  onlar  ilk  zamanlarda  yalnız  az  qüvvə  tələb  olunan  və  kobud 

işlərin yerinə yetirilməsində istifadə olunurdular. 

 

Sənaye  robotlarının  mexaniki  emal  texnologyasında  tətbiqinə  aid 



misal kimi metal lövhələrin təzyiq altında soyuq emalını göstərmək olar. 

Bu  işlə  məşğul  olan  Stuttqart  Texniki  Universitetinin  elmi  işçiləri 

sənaye  robotuna  xüsusi  alətə  malik  olan  başlıq  birləşdirmişlər  (şəkil 

3.41).  Bu  başlıqda  bərkidilmiş  çəkic  müəyyən  tezliklə  pəstahı 

döyəcələyir. Başlığın hərəkət trayektoriyası pəstahın həndəsəsi əsasında 

əvvəlcədən  CAD/CAM  sisteminin  köməyi  ilə  hazırlanır.  Hissə 

yuxarıdan  aşağıya  doğru  döyəcələnərək  ona  lazımi  forma  verilir. 

Prosesin üstünlüyü ondan ibarətdir ki, hər bir verilmiş hissə üçün xüsusi 

alət  formasına  ehtiyac  qalmır.  Bu  prosesin  çevikliyini  artırır.  Tətbiq 

olunan  robotlar  başqa  texnoloji  tapşırıqların  yerinə  yetirilməsi  üçün  də 

tətbiq oluna bilir. Lövhələrin qalınlığı 2 mm-ə qədər, maksimal mailliyi 

isə 60°-dir.      

 

Alüminiumdan  və  süni  materialdan  hazırlanan  kompleks  gövdə 



hissələrin  emalında    tətbiq    olunan  müxtəlif  proseslərin  (təmizləmə,  

mexaniki  emal,  səthin  kimyəvi  emalı)  bir  işçi  yerində  aparılmasında 

robotların tətbiqi böyük imkanlar açır.  



Avtomatlaşdırmanın yayılması 

 

506 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



    Şəkil 3.41. Sənaye robotunun köməyi ilə soyuq emal.  

 

 



Nisbətən  ucuz  başa  gələn  sənaye  robotunun  əl  hissəsində 

yüksəksürətli  şpindelin  bərkidilməsi  ilə  yeni  texnoloji  məsələlərin  həlli 

mümkündür  [3.28].  Prosesin  aparılması  adi  dəzgahlar üçün  hazırlanmış 

NC  proqramlarının  köməyi  ilə  yerinə  yetirilə  bilir  (şəkil  3.42).  Bunun 

üçün  robotun  idarə  sistemində  xətti  koordinatları  polyar  koordinatlara 

çevirən  proqramın  olması  lazımdır.  Müasir  sənaye  robotları  dəqiqliyi 

±

0,05 mm həddində olan hissələrin emalına imkan verir [3.28].      



 

 

 



 

 

 




Avtomatlaşdırmanın yayılması 

 

507 

   Robotların  sənayedə  uğurlu  tətbiqi,  onların  hazırlanması  və 

istismarına  qoyulan  təhlükəsizlik  qaydalarına  riayət  olunması  ilə 

bağlıdır.  Bu  qaydalar  robotların  tətbiq  sahəsindən  asılı  olaraq  tərtib 

olunur.  Adətən  robotların  işçi  sahələri  istehsalın  başqa  sahələrindən 

metal  tor  və  ya  lövhələrdən  hazırlanmış  məhəccərlə  təcrid  olunur. 

Bundan  əlavə  xüsusi  cihazlarla  robotların  hərəkətləri  daimi  nəzarət 

edilir. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.42. Robotla frezləmə.

 

 

Görülmüş  təhlükəsizlik  tədbirlərinə  baxmayaraq,  robotlar  insan 



həyatı üçün müəyyən təhlükə yaradırlar. İndiyə qədər baş verən bədbəxt 

hadisələr  ya  robotun  təmiri,  ya  da  proqramlaşdırılması  zamanı  baş 

vermişdir.  1981-ci  ildə  Kavasaki  firmasında  fəhlə  robot  tərəfindən 

öldürülmüşdür.  Fəhlə  robotu  təmir  edən  zaman  idarəetmə  sistemində 

baş  verən  qısa  qapanma  nəticəsində  robotun  əli  işçinin  başını  tutaraq, 

onu  qətlə  yetirmişdir.  Bu  hadisədən  sonra  robotların  hazırlanması  və 

tətbiqinə qoyulan təhlükəsizlik qaydaları sərtləşdirilmiş və  ümumi  nor- 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə