Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə21/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   17   18   19   20   21   22   23   24   ...   159

Antik dövrdə maşınqayırma 

56 

 

yerləşən  əsgərlər  arasında  vahimə  yaradırdı.  Onlar  qaçaraq  gizlənməyə 



məcbur  olurdular.  Sonra    Arximedin  göstərişi  ilə  gəmilərin  üzərinə 

ipdən  asılmış  metallik  qarmaqlar  sallanır.  Qalaya  yaxınlaşan  gəmilər 

kranlardakı  qarmaqlar  vasitəsilə  bir  ucundan  tutularaq  yuxarıya 

qaldırılır,  sonra  böyük  hündürlükdən  suya  buraxılırdı  (şəkil  1.25). 

Beləliklə,  böyük  sürətlə  suya  düşən  gəmi  ya  yanı  üstə  düşür,  ya  da 

sürətlə suya girərək içərisinə su dolduqdan sonra  batırdı.  

Marçelli  çətin  vəziyyətdə  idi.  Onun  ordusu  bütün  istiqamətlərdə 

məğlubiyyətə  uğrayırdı.  Romalıların  gecə  vaxtı  şəhərə  hücumunun 

qarşısını almaq üçün  Arximed  qala divarlarında adam boyunda deşiklər 

açır  və  bu  deşiklərdən  düşmənləri  skorpionlarla  atəşə  tutur.  Uzun 

müddət  mühasirədə  qalandan  sonra  Sirakusi  şəhəri  daxildən  olunan 

xəyanətin  hesabına  Marçellinin  qoşunları  tərəfindən  tutulur.  Şəhər 

alınandan  sonra  romalılar  böyük  qəzəb  içərisində  şəhəri  qarət  etməyə 

başlayırlar.  Marçelli  ona  qarşı  maşınlarla  cəsarətlə  döyüşən  Arximedin 

salamat  tapılıb  onun  yanına  gətirilməsinə  göstəriş  versə  də,  Arximed 

əsgərlərin qəzəbinə düçar olur. Əsgərlər onun evini axtaran zaman, goca 

bir  kişinin  qum  lövhənin  üstündə  nə  isə  çəkərək  dərin  fikrə  getdiyini 

görürlər.  Əsgər  gocadan  onunla  getməsini  tələb  edəndə  Arximed 

Mənim  çevrələrimi  dağıtma!”  deyərək  əsgərə  qəzəblənir.  Bu  sonuncu 

kəlmə  Arximedin  ölümü  ilə  nəticələnir.  Əsgər  əlindəki  xəncərlə  onu 

qətlə yetirir.  

Arximed haqqında əfsanəvi 

şəkildə  təsvir  olunmuş  bu 

tarixin nə qədər reallığa uyğun 

gəlməsi  hələ  də  tarixçilər 

arasında  mübahisəli  olaraq 

qalır.  Amma  buna  baxmaya- 

raq  Arximedin  oz  ağlının 

hesabına  böyük  Roma  ordu- 

sunun  qarşısını  aylarla  alması 

onun düzəltdiyi maşınların  ef-  

 

Şəkil  1.26.  Arximedin  güzgülərlə  düşmən 



gəmilərini yandırmasını təsvir edən rəsm. 

 



Antik dövrdə maşınqayırma 

57

 

fektiv tətbiq olunmasından xəbər verir.  



Tarixi mənbələrin yazdığına görə, Arximed həm də optika ilə məşğul 

olub.  Onun  haqqında  mövcud  olan  əfsanəyə  görə,  ona  Sirakusinin 

müdafiəsi  zamanı  romalıların  gəmilərini  uzaq  məsafədən  cilalanmış, 

bürüncdən  olan  parabolik  güzgülərin  köməyi  ilə  yandırmaq  nəsib  olub 

(şəkil  1.26).  Tarixi  dəlillərə  görə  Arximed  düz,  qabarıq  və  çökük 

güzgülərin  xassələrinə  yaxşı  bələd  olub,  işığın  sınmasına  aid  sınaqlar 

aparıb. Lakin  optika haqqında onun  yazdığı “Katoptrika” adlı  əsər bizə 

gəlib çatmamışdır.  

 Arximed  Evkliddən  və  başqa  alimlərdən  fərqli  olaraq  antik  dövrdə 

nadir  hallarda  yada  salınırdı.  Arximedin  əsərlərinin  bizə  qəlib  çatması 

VI-IX  əsrlərdə  Konstantinopolda  onun  işinə  olan  marağın  sayəsində 

olmuşdur.  V  əsrdə  yaşamış  bir  riyaziyyatçı  onun  üç  əsərini  yenidən 

baxaraq  təhlil  etmişdir.  IX  əsrdə  Konstaninopolda  riyaziyyat  elmini 

təlim  edən  Lev  Fassalonski  Arximedin  işlərinin  toplanması  ilə 

maraqlanır.  Bundan  sonra  Arximed  Yaxın  Şərq  riyaziyyatçılarına 

məlum olur və bir neçə dəfə ərəb dilinə tərcümə olunur.  

Latın dilli alimlər Arximed haqqında ilk dəfə olaraq, XII əsrdə onun 

“Çevrənin  ölçülməsi”  əsərinin  ərəb  dilindən  latın  dilinə  tərcümə 

edildikdən  sonra  xəbər  tuturlar.  Qerard  Kremonskiyə  mənsub  olan  ilk 

tərcümə  ondan  sonrakı  300  ildə  Arximedin  işlərinin  Avropada 

araşdırılmasında  əsas  rol  oynayır.  Ərəb  riyaziyyatçılarından  Banu 

Musanın  tərcüməsi  avropalılar  üçün  maraq  doğurub.  Bundan  sonra 

müxtəlif  avropalı  alimlər  müxtəlif  vaxtlarda  Arximedin  işlərinə 

müraciət  etmişlər.  1269-cu  ildə  bizanslı  Merbekili  Vilhelm  (ingl. 



Willhem van Moerbeke)

 

 Arximedin bütün işlərini birbaşa qədim yunan 

dilindən  latına  tərcümə  edir.    1544-cü  ildə  Merbekili  Vilhelmin  işləri 

yenidən  toplu  şəklində  çap  etdirilir.  Bundan  sonra  Arximedin  şöhrəti 

getdikcə artır və alimlər arasında özünəlayiq  yer tutmağa başlayır. Belə 

ki,  onun  işləri  bir  çox  alimlərin,  o  cümlədən  Simon  Stevin  və  Qalileo 

Qaliley kimi dahi alimlərin formalaşmasında böyük rol oynamışdır.  

 



Antik dövrdə maşınqayırma 

58 

 

Isgəndəriyyəli Ktesibios  ( b.e.ə. 

ΙΙΙ


 əsr) 

 

Y

unan  mühəndisi  və  ixtiraçısı  Ktesibios  (yun.  Ctesibios),  b.e.ə. 

ΙΙΙ

 

əsrdə 



Ι

  və 


ΙΙ

  Ptolomeyin  dövründə  yaşayaraq  İsgəndəriyyənin  Musey 

məktəbində  fəaliyyət  göstərmişdir.  Əslində  Ktesibios  etdiyi  ixtiralarına 

görə  antik  dövrün  birinci  yunan  alimi  idi.  Arximedlə  eyni  vaxtda 

yaşamış,  istedadlı  ixtiraçının  etdiyi  texniki  yeniliklər  Arximedin 

işlərindən  əvvəl  işıq  üzü  görmüşdür.  Buna  baxmayaraq  mütəxəssislər 

tərəfindən  o,  yunan  riyaziyyatçıları  və  mühəndisləri  arasında 

Arximeddən sonra ikinci yerə qoyulur.  

Ktesibiosun  havanın  elastikliyi  haqqında  apardığı  işlər  texniki 

elmlərin  inkişafında  çox  mühüm  rol  oynamışdır.  Ona  görə  də,  onu 

“pnevmatikanın  atası”  adlandırırlar.  Sıxılmış  havanın  ilk  dəfə  elmi 

araşdırılması  və  praktiki  tətbiq  olunması  onun  adı  ilə  bağlıdır. 

Ktesibiosun  sıxılmış  hava  haqqında  apardığı  elmi  işləri  təsvir  edən 

“Pnevmatika”  əsəri  və  başqa  dəyərli  yazıları  bizə  gəlib  çatmamışdır. 

Ktesibiosun  işləri  haqqında  məlumatlara  yalnız  ondan  sonra  yaşamış 

antik dövrün alimlərinin işlərində rast gəlinir. 

Ktesibios  Musey  məktəbində  riyaziyyatın  və  mexanikanın  təməlini 

qoyanlardan  sayılır  və  o,  bu  məktəbin  əsas  “beyinləri”ndən  hesab 

edilirdi.  Apardığı  elmi  işlər kimi, onun  özünün həyatı  haqqında da bizə 

çox  az  məlumat  gəlib  çatmışdır.  Onun  atasının  bərbər  olması  və  b.e.ə. 

285-222 ci illərdə İsgəndəriyyədə yaşaması  məlumdur [1.44, 1.45].  

“Pnevmatika  “  əsərində  o,  havanın  materiya  olması  barədə  fikir 

yürüdür.  Bu  ideyanın  əsasında  Ktesibios  ilk  ixtirası  olaraq  atasının 

bərbərxanasında  sıxılmış  hava  ilə  işləyən  “tənzimlənən  güzgünü”,  yəni 

yuxarı  və  aşağı  hərəkət  edə  bilən  guzgunu  düzəldir.  Güzgünü  hərəkət 

etdirən  mexanizmin  görünməməsi  üçün  o,  tavanda  kərənin  altinda 

yönəldici  bir  agac  lövhə  yerləşdirir.  Ağacın  uclarına  diyircəklər 

bərkidılir.  Sonra  bir  ucundan  güzgü  asılmış  ip  bu  diyircəklərdən 

keçirilərək  aşağıya  dartılır.  Onun  ucuna  qurğuşundan  hazırlanmış 

silindrik yük bağlanır. Bu yük silindrik  borunun  içərisində  yerləşdirilir 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə