Antik dövrdə maşınqayırma
62
keçdikdən sonra bu valın köməyi ilə hər hansı bir fiqur hərəkət etdirilir
və ya düdəklərdən səslər çıxarılır və i.a. O dövrdə geniş yayılmış
mexanizm hər saatdan bir quşun hərəkət edərək oxuması idi.
Ktesibios
dəqiqliyi
yüksək
olan
başqa
bir
saat
da
düzəltmişdir. Bu saatda da üç
qabdan istifadə edilmişdir. Qabda
üzən ağac lövhənin üzərinə bir
fiqur bərkidilir. Bu fiqur yuxarıya
hərəkət
etdikcə
onun
əlində
bərkidilimiş
çubuq
yaxınlıqda
yerləşmiş
silindrin
üzərindəki
bölgüdə saatı göstərir (şəkil 1.28).
Bu
saatın
düzəldilməsində
Ktesibios
müəyyən
çətinliklə
üzləşir. O dövrdə saat günəşin
çıxması və batması ilə bağlı olaraq
günün
1/12
hissəsi
kimi
hesablanırdı.
Saatı
müxtəlif
uzunluqda
olan
vaxtlara
uyğunlaşdırmaq üçün o, suyun
axmasını
konik
ventillə
tənzimləyir. İkinci variantda aralıq qabın deşiyi böyüdülərək orada
yuxarı-aşağı hərəkət edə bilən üzük yerləşdirilir. Üzüyü hərəkət
etdirməklə suyun sürətini tənzimləmək mümkün olurdu. Üçüncü üsulda
üzərində vaxt qeyd olunmuş silindr dönən formada hazırlanır və onun
üzərindəki bölgü dönmə bucağından asılı olaraq müxtəlif vaxtları
göstərirdi. Bununla da Ktesibiosa antik dövrdə işləyən saatların
dəqiqliyini artırmaq nəsib olur.
Ktesibios apardığı tədqiqatlarını kitablar şəklində yazmışdır. Çox
təəssüflər olsun ki, onun məşhur əsərləri “Mexanikanın protokolu” (yun.
"Memorandum on mechanics"), “Döyüş maşınları”(yun. "Belopoeica"),
Şəkil 1.28. Su saatı.
Antik dövrdə maşınqayırma
63
“Pnevmatika” (yun. "Pneumatica") və apardığı elmi işlər haqqında
ümumi mənzərə yaradan “Yaddaş qeydləri” (yun. "
Memorabilia")
tamamilə itmişdir. Ktesibiosun ixtiralarından bir neçəsi ondan sonra
yaşamış isgəndəriyyəli Heronun və romalı Vitruvinin işlərində yenidən
baxılmış və ətraflı təhlil edilmişdir.
Antik dövrdə maşınqayırma
64
Şəkil 1.29. İsgəndəriyyəli Heron.
Isgəndəriyyəli Heron ( b.e.
Ι
−
ΙΙΙ
əsrlər)
B
izim
eranın
əvvəllərində
isgəndəriyyəli Heron (şəkil 1.29) öz
dövrünün ən məşhur mühəndisi
sayılırdı. Heronun tərcümeyi halı
üzün müddət müəmmalı olaraq
qalmışdır. Əsərlərində özünü “Heron
Ktesibiu”
adlandırması
tarixçilər
arasında çaşqınlığa səbəb olmuşdur.
Tərcümədə bunun “Heron Ktesibios
oğlu” alınması onun məşhur alim,
b.e.ə.
ΙΙΙ
əsrdə yaşamış Ktesibiosun
oğlu olmasına şübhə yaratmışdır.
Heron öz başqa əsərlərində ayın
üzünün tutulmasından yazır ki, bu da
onun
bizim
eranın
əvvəlində
yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara
görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun
Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər
ki, onun atasının adı sadəcə olaraq “Ktesibios” olmuşdur.
Heron
gördüyü
işlərinin
nəticələrini
“Mexanika”
(yun.“Mechanica”), “Pnevmatika” (yun.“Pneumatica”), “Mudafiə
maşınları” (yun. “Belopoeica”), “Avtomatika” (yun.“Automatics”) və
“Ölçmə alətləri” (yun.“Dioptra”) əsərlərində təsvir etmişdir [1.45,
1.46]. Bundan başqa o “Ölçmə” (yun.“Metrica”) adlı həndəsə və
“Güzgü” adlı optika haqqında iki kitab yazmışdır. “Mexanika” kitabında
Heron əsasən qaldırıcı mexanizmlər haqqında məlumat verir. O bu
əsərdə müxtəlif mexanizmlərin köməyi ilə qol effektinin praktikada
tətbiqini araşdıraraq ling, paz, sonsuz vint və dişli çarxların
kombinasiyasını təsvir edir. Bir riyaziyyatçı kimi Heron, təsir edən
qüvvənin və qolun qiymətindən asılı olaraq lingdə qol qaydasının işlə-
Antik dövrdə maşınqayırma
65
məsini göstərmişdir. Heron həmçinin kranların və böyük həçmli tikinti
daşlarının kəlbətin və pazların köməyi ilə qaldırılmasını da izah edir.
“Müdafiə maşınları” əsərində Heron o dövrə qədər məlum olan
katapultların işləmə prinsipini göstərərək, böyük katapultlarda ağır
daşları atdıqdan sonra katapultun əvvəlki vəziyyətə gətirilməsini
sürətləndirmək üçün əlavə mexanizm təklif etmişdir.
Heronun “Ölçmə alətləri” əsəri antik dövr üçün çox təkmil olan ölçü
alətini təsvir edir (şəkil 1.30).
Şəkil 1.30. Dioptra.
Bir tutgacda bərkidilmiş ağac silindrik lövhə sonsuz vintlərin köməyi
ilə şaquli və üfiqi istiqamətlərdə hərəkət etdirilə bilir. Silindrin vəziyyəti
Heronun düzəltdiyi su tərəzisinin köməyi ilə tarazlaşdırılırdı.
Lövhənin üzərində şaquli ox ətrafında fırlana bilən, iki ucunda nişan-