Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə25/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   21   22   23   24   25   26   27   28   ...   159

Antik dövrdə maşınqayırma 

70 

 

Şəkil 1.35. Öz-özünə tənzimlənən lampa. 



 

qulpdakı  deşik  barmaqla  tutularaq,  ilkin  töküləcək  maye  qabın  üst 

tərəfindəki  kameraya  tökülür.  Əgər  qulpdakı  deşik  barmaqla  tıxanaraq 

saxlanarsa,  onda  qabdan  yalnız  üst  tərəfdə  olan  maye  axacaq.  Bundan 

sonra  barmaq  götürülərsə,  onda  aşağıdakı  hissəyə  hava  daxil  olaraq 

mayenin  axması  üçün  şərait  yaradacaq  və  maye  yuxarıdakının  dalınca 

axacaq.  Deşik  başdan  açıq  olarsa  onda  mayelər  bir  birinə  qarışaraq 

axacaq.  

 

 

 



 

 

 



 

 

 



 

a) 


 

 

 



b) 

Şəkil  1.34. Hidravlik qurğular.   

 

Daha  maraqlı  bir  qurğu  öz-özunə  sazlanan  neft  lampasıdır  (şəkil 



1.35).    Lampanın  daxilində  yerləşmiş  mexanizm  vaxt  keçdikcə  qısalan 

fitilin    uzunluğunun  avtomatik  sazlanmasına  xidmət  edir.    Bunun  üçün 

lampanın  daxilində,  üzərində  dişlər  bərkidilmiş  valın  (

η

)  ətrafına  fitil 



dolanır.  Bu  val  öz  oxu 

ətrafında  fırlana  bilir. 

Sonra  lampanın  içərisinə 

öz  oxu  ətrafında  dönə 

bilən  bir  dişli  çarx  (

ε



yerləşdirilir. 

Bu 


dişli 

çarx  üzərində  fitil  olan 

dişli  valla əlaqələndirilir. 

Belə  ki,  dişli  çarxın 

dönməsi  valda  fırlanma  



Antik dövrdə maşınqayırma 

71

 

yaradır.  Lampaya  neft  tökmək  üçün  onun  orta  hissəsində  qapaq  vardır. 



Qapağın  altinda  şaquli  oxdan  sərbəst  asılmış  kiçik  qapalı  qab  elə 

bərkidilir  ki,  o  dişli  çarxla  kontaktda  olsun.  Bu  qab  lampadakı  neftin 

içərisində  üzür.  Neftin  səviyyəsi  lampanın  daxilində  aşağı  düşdükcə  o 

dişli  çarxı  döndərir,  bu  da  eyni  zamanda  uzərində  fitil  olan  valı 

döndərərək fitili lampanın ağzına tərəf itələyir.     

Bizə, bu günə qədər gəlib çatmış və tibbdə geniş tətbiq olunan şprisin 

ilk  quruluşu  və  işləmə  prinsipi  də  Heronun  kitabında  öz  əksini 

tapmışdır.  Heronun  “Piuleus”  adlandırdığı  qurğu  bir-birinin  içərisinə 

keçirilmiş  iki  borudan  ibarətdir  (şəkil  1.36).  Boruların  diametrləri  elə 

seçilir ki, biri o birinin içərisinə keçə bilsin. Kiçik diametrli borunun bir 

ucuna  pardaqlanmış  lövhə  (

γ

)  və  digər  ucuna  tutqac  bərkidilir.  Eyni 



qayda  ilə  böyük  diametrli  borunun  ucu  tıxanır.  Burada  ancag  bir  deşik 

nəzərdə tutulur və bu deşiyə ucluq (

υ

) keçirilir. Əgər bu alətlə hər hansı 



maye  götürülməsi  lazım  gələrsə,  onda  ucluq  bu  mayeyə  batırılır  və 

tutqac  çəkilir.  Əgər  bunun  əksinə,  hər  hansı  bir  mayeni  püskürtmək 

lazım  gələrsə,  onda  alətin  içərisinə  doldurulmuş    maye  tutqacı 

itələməklə püskürdülür.   

   

 

 

 

 

Şəkil 1.36. Piuleus. 

 

Bu oyuncaqlarla   bərabər Heron məişət üçün lazımi texniki maşınlar 



da işləyib hazırlamışdı. Onun əsərlərində, ümumi də olsa küləklə işləyən 

çarxlar  haqqında  ilk  dəfə  olaraq  mülahizələr  söylənmişdir.  Başqa 

maraqlı  qurğu  yanğın  söndürən  su  nasoslarıdır.  Heron  kitabının  bu 

hissəsində  Ktesibiosa  məxsus  olan  su  nasoslarının  işləmə  prinsipini 

təsvir  edir.  Su  nasoslarının  bu  yaxınlara  qədər  Avropada  yanğın 

söndürmək üçün tətbiq olunduğu bizə məlumdur. Nasoslar əl ilə  daşına- 




Antik dövrdə maşınqayırma 

72 

 

Şəkil 1.37. Su nasosu. 



 

bilən  çənlərdən  və  çənin  üzərində  bərkidilmiş  iki  silindrdən  ibarətdir 

(şəkil 1.37). Suyu püskürtmək üçün qabda silindrlərin köməyi ilə təzyiq 

yaradılır.  Təzyiq  altındakı  su  püskürdücülərin  köməyi  ilə  yanğına  tərəf 

yönəldilir.  Tarixi  dəlillərə  əsasən,  birinci  əsrdə  bu  nasoslar  böyük 

şəhərlərdə  geniş  yayılmışdır.  O  dövrdə  quldarlıqdan  azad  edilmiş 

adamlardan ibarət yanğınsöndürən dəstələr mövcud idi. Bəzi şəhərlərdə 

bu işi əsgərlər görürdülər.    

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Heronun  ən  məşhur  ixtirası,  18-ci  əsrdə  buxar  maşının  əsası  sayılan 

buxar  püskürdücü  maşın  olmuşdur  (şəkil  1.38).  O,  öz  “Pnevmatika” 

kitabında  bu  maşının  işləmə  prinsipini  belə  izah  edir:  “  Ocağın  üstünə 



bir  qazan  qoy;  iki  tutqac  arasında  bərkidilmiş  kürə  fırlanacaq. 

İçərisində  su  olan  və  üstü  qapaqla  örtülmüş  qazanın  altında  ocaq 

yandırılır. Kürə  qazanla,  əyilmiş  boru  vasitəsilə əlaqələndirilir. Boru- 


Antik dövrdə maşınqayırma 

73

 

Şəkil 1.38. Buxar maşını. 



 

nun  ucları  tutqacda  hərəkətli  yerləşdirilir,  onun  digər  ucu  qazanla 

birləşdirilir.  Kürəyə,  bir-  birinin  əksinə  yönəlmiş  iki  əyilmiş  boru 

bərkidilir.  Borular  tutqacları  birləşdirən    müstəviyə  perpendikulyar 

yerləşdirilir.  Qazan  qızdıqda  görmək  olur  ki,  borular  vasitəsilə  kürəyə 

daxil  olan  buxar  əyilmiş  borulardan  xaricə  püskürdülür  və  kürə  ,  rəqs 

edən fiqurlarda olduğu kimi fırlanmağa başlayır!” 

Heronun düzəltdiyi buxar 

kürəsi  “Aeolipile”  adlanan, 

bizə  məlum  olan  buxar 

maşınının işləmə  prinsipi ilə 

eyni 


olmuşdur. 

Heron   


malik  olduğu  bilik  əsasında 

buxar  maşınını  düzəltməyə 

qadir  olmuşdur.  Ancaq  onun 

düzəltdiyi 

bu 

qurğular 



oyunçaqdan başqa bir maraq 

doğurmamışdır.    Onun  işləri 

uzun  müddət  çox  kiçik 

oxucu 


dairəsinə 

məlum 


olduğuna  baxmayaraq  bu 

günə 


kimi 

gəlib 


çata 

bilmişdir. 

Heron 

Orta 


əsrlərdə,  Avropada  renes- 

sans  dövründə  mühəndislər 

tərəfindən 

çox 


böyük 

maraqla  öyrənilməyə  başlamışdır.  XVII  əsrin  70-ci  illərində,  uzun 

müddət  Çində,  Pekində  missioner  kimi  səyahətdə  olmuş        Ferdinand 

Verbiest  60  sm  uzunluğunda  buxar  arabası  hazırlamışdır.  Onun  arabası 

bir  neçə  santimeter  olsa  da  yol  qət  edə  bilmişdir.  Vorçesterli    Markiz 

(ingl.  Marquis  of  Worcester)  də  Heronun  buxar  maşınının  işləmə 

prinsipinə  istinad  edərək    su  üzərində  hərəkət  edə  bilən  buxar  maşını 

düzəltməyə cəhd etmişdir. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə