Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə27/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   23   24   25   26   27   28   29   30   ...   159

Antik dövrdə maşınqayırma 

78 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.42a. Pnevmatika kitabının latın dilində I fəslindən fraqment, 

Bavariya dövlət kitabxanası, Münxen. 

 



Antik dövrdə maşınqayırma 

79 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.42b. Pnevmatika kitabının latın dilində IX fəslindən fraqment,  



Bavariya dövlət kitabxanası, Münxen. 


Antik dövrdə maşınqayırma 

80 

 

üzərində  apardığı  işlərdən  yazmışdır.  İkinci  kitabında  Filon  linglər 



haqqında  (yun.  Mochlica),  o  dövrdə  məlum  olan  ümumi  bilikləri  təsvir 

etmişdir.  Bunun  ardınca  yazdığı  başqa  kitabında  o,  limanlar  (yun. 



Limenopoiica) haqqında tətbiqi elmin nəticələrini təsvir etmişdir. Döyüş 

maşınları,  onların  quruluşuna  düzəlişlər  və  istismarı  Filonun 

Belopoiica”  kitabında  öz  əksini  tapmışdır  [1.49].  Bu  kitabda  Filon 

nizələri atmaq üçün qurğuların quruluşundan bəhs edir. O yeni bərkidici 

və  atıcı  düyüm  ixtira  edərək,  katapultların  hazırlanması  üçün  miqyas 

ölçülərini verir. Bu kitabda dəmir yaylardan və sıxılmış havadan istifadə 

etməklə  oxların  atılması  ilə  bərabər  ilk  dəfə  olaraq,  Filon  “avtomatik” 

yüklənən  katapult  təklif  edir.  Bu  katapult  XVIII  əsrdə  Galtingin 

düzəltdiyi avtomatik tüfəngə oxşayırdı.  

Döyüş  texnikasının  hazırlanması  texnologiyasından  əlavə,  o,  atıcı 

maşınlar,  qala  divarları  və  qüllələrin  tikilişi  və  mühasirədə  döyüş 

taktikasından  da  yazmışdır.  “Parasceuastica”  kitabında  Filon  müdafiə 

və  “Poliorcetica”  kitabında  isə  mühasirə    taktikalarını  təsvir  edir. 

Arxeoloqlar  tərəfindən  sonralar  tapılmış,  beş  statik  enerji  haqqında 

yazılmış  “Automatopoiica”  kitabının  da  Filona  məxsus  olduğu  sübut 

edilmişdir  [1.48].  Bu  kitabda  onun  işləri  əsasən  teatr  səhnələri  üçün 

düzəldilmiş “oyunçaqlar“a istinad edir.  

Beşinci  kitabında  Filon  “Pnevmatika”  haqqında  yazmışdır.  Bu 

kitabında  o,  hava  və  su  ilə  işləyən  78  qurğunun  konstruksiyasını  verir. 

Bu  qurğulardan  bir  neçəsinin  işləmə  prinsipi  aşağıda  ətraflı 

araşdırılmışdır.  

Filon  bu  qurğuların  layihələndirilməsində  oz  müəllimi  Ktesibiosun 

işlərinə  istinad  edir.  Onun  apardığı  ilk  sınaq  Ktesibiosa  görə  havanın 

materiya  olması  anlayışına  əsaslanırdı.  Havanın  bir  “cism”  olmasını 

sübut etmək üçün o boş qabı ağzı üstə suya salmaqla sınaq aparır. Qabı 

suya  saldıqda  onun  içərisindən  hava  çıxmağa  macal  tapmadığından 

oraya su daxil ola bilmir. Hava çıxdıqda isə onun yerinə su dolur. Başqa 

bir  sınaqda  qabın  dibində  açılmış  deşik  mum  ilə  tutulur.  Qab ağzı  üstə 

suya  salındıqda,  yuxarıda  olduğu  kimi burada da qaba su daxil ola bil- 



Antik dövrdə maşınqayırma 

81

 

mir.  Bunu  qabın  içərisinin  quru  qalmasından  görmək  olur.  Əgər  qab 



bütünlükdə suya batırılarsa və sonra tıxac kənarlaşdırılarsa, onda suyun 

tədricən qaba daxil olması və oradan sıxışdırılan havanın çixması sudakı 

köpüklərdən  aydın  görünür.    Havanın  hansı 

gücə malik olmasını bir daha göstərmək üçün 

Filon,  düzəltdiyi  birləşmiş  qablardan  ibarət 

sınaq  qurğusunda,  havanın  köməyi  ilə  suyu 

sormağı  nümayiş  etdirir.  Qurğunun  quruluşu 

şəkil 1.43-də verilmişdir. Uc hissəsində deşik 

olan  bir  öküz  buynuzu  (a)  götürülür.  Onun 

enli  hissəsinə  ağızlıq  keçirilərək  qapanır. 

Buynuz içərisində su olan qaba (b) salınır. Bu 

qabın  yanında  aşağıda  yerləşmiş  başqa  bir 

qab  (c)  qoyulur.  Böyük  qabla  (c)  buynuzun 

yuxarı hissəsi boru (e) ilə birləşdirilir. Böyük qabın (c) üst hissəsindəki 

deşikdən  (f)  qaba  su  tökülür.  Bu  qabın  aşağı  hissəsində  yerləşmiş 

lüləkdən  (d)  istənilən  miqdarda  su  buraxmaq  olur.  Lülək  açıldıqda 

oradan  axan  su  buynuzdakı  (a)  havanı  sorur.  Buynuzdan  sorulan 

havanın  yerinə  b  qabındakı  su  daxil  olur.  Bu  qabdakı  su  qurtardıqdan 

sonra buynuzun aşağı hissəsindən qapalı sistemə hava daxil olur. Böyük 

qabdakı  su  axıb  qurtardıqdan  sonra  oraya  hava  daxil  olduğundan 

buynuzun  içindəki  su  yenidən  b  qabına  axır.  Ancaq  Filon  bu  sınaq 

zamanı  havanın  genişlənməsi  və  qablarda  olan  suyun  səviyyəsi 

haqqında heç nə yazmır.  

Filon  havanın  istiliyin  təsirindən 

genişlənməsi haqqında da fikir söyləyir. 

Bu prosesin fizikasına varmadan o, belə 

bir 

sinaq 


aparır. 

Qurğuşundan 

hazırlanmış  yumurta  formalı  qabda 

deşik  açılaraq  oraya  boru  keçirilir  

(şəkil  1.44).  Boru  yumurtanın  içərisinə 

elə  keçirilir ki,  onun ucu  qabın  dibinə  

 

Şəkil 1.43. Sınaq qurğusu. 



 

Şəkil 1.44. Sınaq qurğusu. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə