Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə29/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   25   26   27   28   29   30   31   32   ...   159

Antik dövrdə maşınqayırma 

85

 

bağlı vəziyyətdə saxlayır. Qaşığa su dolduqda o, aşağıya hərəkət edir və 



qapılara bağlanan ip sərbəst buraxılır. Bu zaman sabun kürə ələ düşür, əl 

aşağıya  hərəkət  edərək  qapıları  itələyir  və  çölə  çıxır.  Sabun  əldən 

götürüldükdə o yenidən yuxarı qalxaraq qutuya daxil olur və özü ilə iplə 

bağlanmış  qapıları  çəkərək  bağlayır.  Qaşıqdan  tökülən  su  altda 

yerləşdirilmiş  qaba  axaraq,  oradan  boru  ilə  hərəkət  edərək  aşağıdakı 

qutunun  önündə  yerləşdirilmiş  iri  qaba  tökülür.  Borunun  ucundakı  quş 

dimdiyinə  oxşar  olan  başlıqdan  su  axaraq  xaric  olunur.  Su  aşağıya 

çatana qədər, adam əllərini sabunlamaq üçün, su qabdan qısa yolla nazik 

boru  ilə  tez  ağızlığa  axır.  Təsvir  olunmuş  qurğunu  dayandırmaq  üçün 

çəndəki kranı bağlamaq kifayətdir.  

Filonun  işlərində  bir  çox  maraqlı  konsturksiyalara  rast  gəlinir. 

Məsələn, bizə bu gün Kardan ötürməsi kimi məlum olan konstruksiyaya 

oxşar  olan  mürəkkəbqabı  hələ  Filonun 

dövründə  məlum  idi  (şəkil  1.50).  Bu 

konstruksiyanı  Filon  belə  təsvir  edir:  “Biz 

mürəkkəb  qabını  səkkiz,  altı,  dörd,  beş 

bucaqlı  və  ya  başqa  prizmatik  formalı 

hazırlayırıq.  Bu  mürəkkəb  qabının  hər 

tərəfində  mürəkkəb  götürmək  üçün  bir  yer 

vardır.  Mürəkkəbqabı  hansı  üzü  üstə 

qoyulmasından asılı olmayaraq, həmişə bir 

deşik  mürəkkəb  götürmək  üçün  yuxarıya 

baxır.  Bu  deşikdən    lələk  mürəkkəbə  batırılır  və  sonra  bununla  yazılır. 

Qabın  daxilində  a



b  oxu  üzrə  bir  üzük  bərkidilir.  Bu  üzüyün  üstündə 



c



d  oxu  üzrə  başqa  bir  üzük  yerləşdirilir.  İkinci  üzüyün  daxilində  e





oxu  üzrə  qab  bərkidilir  və  qab  mürəkkəb  üçün  istifadə  edilir.  Bu  qab 

ovsunlanmış  su  üçün  istifadə  edilən,  tarazlıq  halını  almaq  üçün 

avtomatik  dönən  yəhudi  qabı  ilə  oxşarlığı  olduğundan,  həm  də  yəhudi 

qabı adlandırılır...” [1.45].     

Sıxılmış  havadan  istifadə  edərək  müxtəlif  səslərin  yaradılması  üçün 

qurğuların hazırlanması da Filonu  maraqlandıran  məsələlərdən  olmuş- 

Şəkil 1.50. Mürəkkəb qabı. 




Antik dövrdə maşınqayırma 

86 

 

dur. 



O  “Pnevmatika”  kitabında  bunun  üçün  müxtəlif  konstruksiyalar 

verir.  Bu  konstruksiyalardan  ən  maraqlısı  fit  çalan  su  çarxıdır  (şəkil 

1.51).      Bunun  üçün  ağacdan  və  ya  misdən    müəyyən  endə  baraban 

formalı,  suvarmada  istifadə 

edilən çarxa bənzər bir çarx 

hazırlanır.  Çarx  diametri 

üzrə ikiqat doğuran səthdən 

(c

ibarətdir. 

Daxilində 

nəzərdə 

tutulan  

arakəsmələr 

çarxı 


10 

bərabər  hissəyə  bölür.  Bu 

arakəsmə,  xarici  və  daxili 

səthlər 


arasında 

kiçik 


kameralar  əmələ  gətirir. 

Kameralarda  xarici  səth 

üzrə 

kiçik 


dördkünc 

deşiklər  (f)  açılır.  Şəkil 

1.51-də  v  ilə  işarələnmiş  kamera  ilə  s  kamerası  arasında  kiçik  deşiklər 

nəzərdə tutulur. Çarxın mərkəzi valının diametri xarici diametrin 1/3-nə  

bərabər olur. Çarxın alt hissəsində böyük su çəni yerləşdirilir (eg). Sonra 

çarxın  üst  tərəfində  ağacdan  hazırlanmış  kanal  qoyulur.  Bu  kanaldan 

axan  su  çarxın  üstünə  tökülərək,  f  deşiyindən  kameraya  daxil  olur. 

Suyun həcmi müəyyən miqdara çatdıqdan sonra çarxı fırladır. Bu zaman 

içərisində  su  olan  kamera  (s)  çarxı  döndərir  və  böyük  çəndə  olan  suya 

batır.  Kameradakı  hava  tam  çıxmağa  macal  tapmayaraq  suda  qapanır. 

Buraya  iri  çəndən  daxil  olan  su  havanı  sixışdıraraq,  onu  kameranın 

yuxarı  hissəsindəki  deşikdən  çıxarır.  Bu  zaman  kiçik  deşiklərdən 

püskürən  hava  fit  səsi  çıxarır. Çarx  döndükcə  fit  çalma aramsız  davam 

edir.      

Şəkil  1.52-də  qüllədə  yerləşdirilmiş,  buxarla  işləyən  başqa  bir  fit 

çalan qurğu təsvir olunmuşdur.  Konstruksiyasından  asılı olaraq bu qül- 

 

Şəkil 1.51. Fit çalan su çarxı. 




Antik dövrdə maşınqayırma 

87

 

lələr  ya  fit  çalır,  ya  da  quş  kimi  cəh-



cəh vurur. Bu şəkildə ab su qabı, d od, 

e  su  daxil  olan  yerdir.  Bu  yerdə  su 

kranı  yerləşdirilir.  Qüllənin  ətrafına  su 

çənindən 

xaricə 


gedən 

borular 


bərkidilir.  Bu  boruların  çıxışında 

müxtəlif  fiqurlar,  məsələn,  quşlar 

yerləşdirilir.  Su  qaynadıqda,  buxar 

borulardan  keçərək  quşların  ağzından 

xaric olunur və burada səslər çıxarır.  

Filonun  quyudan  su  çıxarmaq  üçün 

düzəltdiyi  çarx  öz  orijinallığı  ilə 

başqalarından  fərqlənir.  Şəkil  1.53-də 

bu  çarx  sxematik  təsvir  olunmuşdur. 

Bunun  üçün  ağacdan  hər  tərəfində 

çoxlu  deşiklər  olan  qutu  götürülür. 

Sonra  onun  ortasında  dörd  künc  ağac 

boru  yerləşdirilir.  Bu  borunun  yuxarı 

ucu  su  quyusundan  təxminən  bir  qol 

uzunluğunda  xaricə  çıxarılır  və  oraya 

çarx  bərkidilir  (g).  Suyu  yuxarıya 

qaldırmaq  üçün  çarxı  fırlatmaqla  qutu 

sudan  yuxarıya  qaldırılır.  Sonra  o, 

sərbəst  aşağı  buraxılır.  Bu  ağac  qutu 

qurğuşunla 

örtülərək 

ağırlaşdırılır. 

Qutu  suya  batdıqdan  sonra  onun 

içərisindəki  hava  ağac  boru  ilə  xaric 

edilir. Sonra bu əməliyyat yenə təkrar  

olunur.  Borunun  yuxarı  hissəsində 

dişlər bərkidilir (h).  

Qutunun  aşağısında  bir  deşik  (i

nəzərdə tutulur. Quyunun içərisinə uzanan ağac boru qutunun dibinə 

 

Şəkil 1.52. Fit çalan qüllə. 



 

 

Şəkil 1.53. Su qaldıran qurğu. 



 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə