Aytən Quliyeva
34
açmaq
da haqlıdır. Hikmət onun qardaşı idi. Zəhra qardaşının ta-
leyi
nə biganə baxa bilməzdi” (12,55).
Hikmət hər bir fikri, şərhi qəbul edən, onunla razılaşan bir in-
san
dır. Hekayədəki bütün situasiyalarda bu özünü aydın göstərir.
Baş verən hər bir hadisədə, fərqli yanaşmalarda Hikmət hər iki
tərəfə haqq verir. Qarşılaşan tərəflərin hər birinin öz həqiqəti,
nəzəriyyəsi olduğunu duyur, dərk edir: “Hikmət bilirdi: Ələsgə-
rov
la Nəimənin Zəhra deyən əlaqələrdə olduğunu aydın-aşkar
bil
sə, öz gözüylə görsə belə namusu tapdalanmış ərin iztirab və
in
tiqamı haqlı olduğu kimi, həyatının son bayramından imtina
et
mək istəməyən sinli professor da haqlıdır. Və nəhayət, Nəimə
də haqlıdır. Yəqin onun da müəyyən səbəbləri, dəlilləri, əsasları,
bəraəti var. Hikmət bilirdi: Bu dünyada haqsız yoxdur. Hərə bir
səbəbdən, hərə bir cürə haqlıdır”(12,56).
Hekayə gözlənilməz bir sonluqla bitir. Sonda Hikmətin inti-
har etm
əsi onun zahiri təmkininin və sakitliyinin altında, daxili
aləmində fırtınalar qopduğundan xəbər verir. O xaricən bütün
in
sanların düşüncələri ilə razılaşsa da, daxilən özü ilə barışa, ra-
zılaşa bilmir, intihar yolunu seçir. Bütün bu həqiqətlər içərisində
o, öz həqiqətini itirir. Həyatı boyu hər kəsi haqlı sayan Hikmətə
ya
zıçı onun ölümündən sonra sanki haqq qazandırır. “Gecə Hik-
mət özünü asdı.
Arvadı, uşaqları, dost-aşna, qohum-qardaş yasa batdı. Hamı
təəccüblənirdi.
–
Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yük-
sək mövqe. Sağlamlıq. Şöhrət. Pul.
Onlar haqlı idilər.
Amma Hikmət də haqlı idi” (12,57).
Cəmi iyirmi yaşlı gənc bir yazıçının həyatın fəlsəfi yönümü
ba
rədə düşünmək bacarığı, insan psixologiyasının dərin qatları-
nın incəliklərini bu qədər aydın, sərrast dərk etməsi çox müsbət
və təqdirəlayiq bir hadisədir.
“Sandıq hekayələri”nin sonuncusu “İztirabın vicdanı” adla-
nır. Anar “Şəhidlər dağı” kitabında bu haqda maraqlı məlumat-
|