Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə31/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   27   28   29   30   31   32   33   34   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



36 

də bu sistemin növbəti qurbanına çevrilmiş bir insanın etirafları 

üzərində qurulmuşdur.  

Hadisələr  Moskvada  bir  mehmanxanada  baş  verir.  Əsərin 

qəhrəmanı tanımadığı bir insanın qapısını döyərək onunla danış-

maq istədiyini deyir. Yazıçı onun xarici görünüşünü belə təsvir 

edir: “Saqqalını görünür təzə qırxdırmışdı, lakin alnında və yor-

ğun çöhrəsində dərin qırışlar, əzab izləri onun sifətini qoca gös-

tərirdi.  İztirab  izləri  sönük  gözlərində  daha  çox  qalmışdı” 

(12,15).  Bu  sətirlərdə  sənətkar  ustalıqla  obrazının  bədii  portre-

tini yaradır.  

Bu təsvirlər qəhrəmanın keçdiyi ağır həyat yolu oxucuda mü-

əyyən  təsəvvür  yaradır.  Qəhrəmanın  daxili  dünyasındakı  əzab-

la

r, psixoloji vəziyyətindəki sarsıntılar onun hərəkətlərində özü-



nü  aydın  büruzə  verir.  “Bayaq  qapıda  durduğu  vaxt  üzünün 

utan


caq ifadəsiylə indi əsəbi ifadəsi arasında sonsuz bir kontrast 

var


dı. Bütün axşam ifadəsi min dəfə dəyişən bu adamın üzü san-

ki təzadlardan yapılmışdı. Gah uşaq kimi utancaq, gah dəli bir 

eh

tirasla yanan, gah mehriban, gah qəzəbli, gah kinli, gah yal-



taq, gah xoş, gah məsum, gah məğrur, gah yazıq”(12,15). Bir-bi-

rin


dən ağır günahlar etdiyinə görə iztirablar içində, vicdan əzabı 

ilə çırpınan, heç olmasa kiməsə ürəyini boşaltmaq istəyən və öz-

özü

nü ifşa etməklə vicdani rahatlıq tapacağını düşünən bu insa-



nın monoloqları olduqca təsiredicidir.  

O, gah törətdiyi ağır cinayətlərdən, o dövr üçün “günahkar” 

sa

yılan  insanlara  qarşı  etdiyi  iyrənc  hərəkətlərdən  danışır,  gah 



insan

lara olan dərin sevgisindən, onlara verdiyi yüksək dəyərdən 

söh

bət açır. Bu haqda N. Əliyeva yazır: “Əsərdəki bu daxili mü-



rəkkəblik,  psixoloji  situasiyaların  tez-tez  və  gözlənilmədən 

əvəzlənməsi onu göstərir ki, Anar elə ilk yaradıcılıq nümunələ-

rin

dən başlayaraq sadəlikdən, bəsitlikdən qaçmağa çalışmış, da-



ha doğrusu, həyatdakı ən sadə situasiyalarda belə, mürəkkəblik-

lər, çalpaşıq ziddiyyətlər axtarıb tapmağa can atmışdır”(32,7). 

Gənc ədib Sənanın dili ilə bir çox mənəvi-əxlaqi məsələlərə 

to

xunur. Sovet dövründəki insana qarşı süni qayğıkeşliyi, zahiri 





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə