Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə39/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   35   36   37   38   39   40   41   42   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



44 

nin xarakterini açır: “Hə, bir dənə də şərfləri vardı, belə ağ yun 

şərflər olur e, kişi şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmi-

şə  onu  kişi  paltosunun  cibində  təhvil  alardım.  Amma  soyuq 

olan

da o şərf arvad paltosunun üstündə gələrdi”(7,103). Buradan 



qara paltolu 

kişinin qayğıkeşliyi, alicənablığı duyulur. Bir müd-

dət  sonra  isə  paltoların  sırasına  mixəyi  rəngli  palto  daxil  olur. 

Mi

xəyi paltolu kişinin geyimi də qadınınkı kimi təzə və bahalı 



parça

dandır.  “Hə,  bir  dənə  də  ayrı,  mixəyi  kişi  paltosu  vardı. 

Onu da həmişə tək asardım. Həmişə paltonu tək verərdi, bilirdim 

ki,  adama  yovuşmazdı.  Bu  idarədə  bir  tanışı,  bir  dostu,  aşnası 

yox

du ki, onunla bir yerdə gəlsin ya bir yerdə getsin. Bu mixəyi 



pal

to nədən belə yaxşı yadımda qalıb: bu palto çox təzəydi, özü 

də bahalı parçadandı” (7,104). Asılqanda işləyən qadının söhbə-

tin


dən aydın olur ki, mixəyi paltolu kişi insanlara saymazyana, 

bi

ganə münasibət bəsləyən bir insandır. 



Bir müddətdən sonra  mixəyi palto ilə sarı palto bir yerdə ve-

ri

lib bir yerdə də təhvil alınır. “Üç–dörd gün elə belə keçdi, bir 



gün  gördüm,  qara  paltolu  da  gəlib  öz  paltosunu  uzatdı.    ...Bir 

müd


dət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə yanaşdı, 

qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda var: kim 

ki,  hansı  nömrəni  verir  elə  həmin  paltonu  da  alır.  Lap  istəyir 

atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto vermərəm. Həm 

də  ki,  özgəsininkini.  Amma  buna  ürəyim  gəlmədi.  Qıymadım. 

Din


məz-söyləməz qızın sarı paltosunu ona uzatdım. Aldı, baxdı, 

bax


dı...  Sonra  qaytardı.  Çıxdı  getdi.  Bundan  sonra  bir  də  onu 

gör


mədim”(7,104). 

Bu  sətirlərdən  asılqanda  işləyən  qadının  qara  paltolu  kişiyə 

olan  həssas  münasibətinin,  onun  kədərəni  bölüşməsinin  şahidi 

olu


ruq. Elə buna görə də, o, sərt rəsmi qaydaları pozaraq ürəyi-

nin səsinə qulaq asıb sarı paltonu kişiyə uzadır. Qadın bu davra-

nışı ilə daxili dünyasının zənginliyini, yüksək psixoloji duyumu-

nu, mənəvi-əxlaqi aləminin  saflığını bir daha təsdiq edir.  

Oxucu  asılqanda  işləyən  qadının  nağılvari  anlatım  tərzi  ilə 

sanki qeyri-

adi  bir  eşq  hekayəsini  dinləyir.  “Sarı  paltolu  qa-




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə