Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə33/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   29   30   31   32   33   34   35   36   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



38 

cə  mədəni,  nəzakətli,  həmişə  bir  qulağı  ayıq,  xoş  təbəssümlü, 

kos bəbəkli adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir an-

lığa bir nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı 

da vərdiş etmişlər. Tramvaya minəndə qoca kişiyə yol verir, qa-

dınlara yol göstərirlər, uşaqlara qalxmağa kömək edirlər. Lakin 

ora gələndə həmin bu mədəni, nəzakətli, sağlam və güclü gənc-

lər cəld üst paltarlarını, vətəndaş paltarlarını çıxarır, öz iş forma-

la

rında qalır və işə başlayırlar. Onlar küçədə yol verdikləri qoca-



la

rı yumruqla vurub yerə sərir, təpikləyib küncə itələyir”(12,35). 

O, kütləvi cinayət əməlləri törədən, insanlara acımadan müxtəlif 

əziyyətlər verən şər qulluqçularının daxili mahiyyəti böyük usta-

lıqla qələmə alır.  

Bu ilk yazılarında Anar sənətkarlıq nöqteyi-nəzərindən tama-

mi

lə yetişmiş bir qələm sahibi təsiri bağışlayır. Hekayədəki də-



rin  psixologizm,  qəhrəmanın  haldan-hala, dondan-dona girmə-

sin


dəki inandırıcılıq, orijinal və yaddaqalan obrazlar, dil və üs-

lub sərrastlığı deyilənlərin tutarlı təsdiqidir.  

Anarın əsərlərinin dil, üslub keyfiyyətlərini araşdıran S. Əs-

gərova yazır: “...Anarın dili, həqiqətən, dövrünün dil-üslub özü-

nəməxsusluğunu  əks  etdirir;  yazıçı  istər  hekayələrində,  istərsə 

də povest və romanlarında çox zaman dramatik, bir həyat yaşa-

yan insanları, onların hiss-həyəcanlarını təsvir edir. Ona görə də 

Ana


rın dili həm də dramatik, emosional bir dildir. Məsələn, rep-

ressiya döv

rünün  mürəkkəb  ovqatından,  hər  an  həbs  olunmaq 

təhlükəsi  ilə  yaşayan  insanların  qeyri-adi  psixologiyasından 

bəhs edən “İztirabın vicdanı” hekayəsinin qəhrəmanı bu cür dü-

şünür: “Bir-birindən  dəli  fikirlər  başımda  atlanıb–düşürdü. Qa-

pını  açmamaq,  sındıranacan  gözləmək.  Yox,  pəncərədən  atıl-

maq, xurd–

xəşil  olub  ölmək.  Yox,  ağır  kağızbasanı  içəri  girən 

bi

rinci adamın başına çırpmaq. Yox, əlimə nə keçsə qapıya vı-



yıldatmaq, sonra yenidən əlimə nə keçsə girənlərin başına çırp-

maq, yox... bəs nə etmək, nə etmək?... “Olum, ya ölüm” dilem-

ma

sı qarşısında keçirilən bu mürəkkəb psixoloji ovqatın ifadəsi 



üçün çox mü

rəkkəb  olan  daxili  monoloq,  sintaktik  parelelizm-





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə