Anar – 75
53
“Mən indi bilirdim ki, səadət var və insan onun uğrunda döyüş-
məlidir. Bilirdim ki, əgər səadət üfüqə bənzəyirsə, bu bənzəyiş
ça
tılmazlıqda deyil, bu bənzəyiş ondadır ki, üfüq təki səadətə tə-
r
əf gedəndə də biz yeni-yeni aləmlər tapır, təzə-təzə həqiqətlər,
doğrular kəşf edirik. Səadət uğrunda, doğru uğrunda çarpışdıqca
biz vaxta qalib gəlirik”(5,57).
Həyatının müdrik çağında da o, aşiq olmuşdur. Yenə də qəlbi
in
tizar içindədir, yenə də tərəddüd edir, sevgisini etiraf edə bil-
mi
r. Lakin bu səfər real səbəblərdən. Çünki artıq sinli bir kişidir,
am
ma dostunun gənc qızı Nərgizə aşiq olmuşdur. O, gəncliyində
itir
diyi qadını Nərgizdə tapmaq, bununla gənclik məhəbbətini
qay
tarmaq istəyir. “Mən demək istəyirdim ki, mən vaxta qalib
gəlmişəm, bu yağışlı axşam, çox-çox illər bundan qabaq isti
gündüz ça
ğı itirdiyimi tapmışam və tapdığımdan elə muğayat
ola
cağam ki, bir də itirməyim, ömür gecəsinin sonuna kimi itir-
məyim”(5,64).
Bu dəfə isə ona mənəvi saflığı, əxlaqi təmizliyi mane olur.
Çün
ki Nərgiz onun dostunun qızıdır və Asəf adlı bir gənclə ni-
şanlıdır. O, bir zamanlar əldən buraxdığı şansını, sevgisini, səa-
dətini yenidən əldə etməyi nə qədər ehtirasla, nə qədər böyük
həsrətlə əldə etmək istəsə də, yüksək mənəviyyat sahibi olduğu
üçün vəziyyətdən faydalanmaq, əvəz çıxmaq istəmir. Nərgizi
sev
sə də, onun gələcək xoşbəxtliyi naminə yenidən səadətini
itir
məli olur. Və elə bu itki ilə də sanki özü-özünü anlayır, səa-
dətini tapır: “Birdən mən başa düşdüm ki, artıq mənə heç bir şey
la
zım deyil. Artıq nə istəsəm bayağılıq olardı. Bu obraz, bu ni-
ga
ran duyğulardan başqa mənə heç nə lazım deyildi. Bu təsəv-
vür, bu xəyal yaddaşımın, xatirələrimin əbədi, vəfalı, həmdəmi
ola
caqdı. Ayrı mənə heç nə, heç kim lazım deyildi”(5,67).
Göründüyü kimi, “Taksi və vaxt” hekayəsinin qəhrəmanı ori-
ji
nal, bənzərsiz, zəngin bir mənəviyyat sahibidir. Biz onunla
bağlı hər bir hadisədə bunun şahidi oluruq. Vaxt məfhumunu və
tak
sini də hekayənin simvolik qəhrəmanları kimi götürmək olar.
Çün
ki qəhrəman səadətini tapmaq, sevgisinə qovuşmaq, xoşbəxt
|