Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə60/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   56   57   58   59   60   61   62   63   ...   90
2013-2444

Anar – 75  

 

65 



zəminində ədəbiyyatda yeni dövrün mollanəsrəddinçiliyinin ya-

ra

dılması demək idi. O vaxt cəmi otuz yaşında olan Anar parlaq 



is

tedadın  məhsulu  olan  bu  satirik  hekayələr  silsiləsinə  görə 

Azərbaycan ədəbiyyatı yeni dövrünün Molla Nəsrəddini olmaq 

səlahiyyətini qazana bilmişdir” (42).



 

Bu hekayələr silsiləsini oxuduqca hiss edirsən ki, Anar milli 

və ictimai problemləri qüdrətli yazıçı Cəlil Məmmədquluzadəyə 

is

tinad  edərək,  ondan  öyrənərək,  orijinallıqla,  onu  təkrar  etmə-



dən yalnız özünəməxsus bir şəkildə ifadə edərək öz məharətini 

but  edir.  “Molla  Nəsrəddin-66”  əsəri  XX  əsrin  son  illərinin 



Mol

la Nəsrəddinidir. Anar elə Molla Nəsrəddinin layiqli  xələfi-

dir. 

Təbiətindəki incə yumor hissləri qələmində də var. O da öz 



döv

rünün  Molla  Nəsrəddini  kimi  oxucularına  “bir  para  ciddi 

söz”  demək  istəyir,  bir  para  mətləblərdən  agah  etmək  istəyir 

oxucusunu

. Elə ilk cümlələrindən gülüş doğurur onun demək is-

tədiyi sözlər” (67,171).



 

Silsilənin sadəcə adında deyil, ruhunda, məğzində əsl vətən-

daş  yanğısından,  təbii  millət  sevgisindən  yoğrulmuş  mollanəs-

rəddinçilik ab-havası  duyulmaqdadır.  “Müəllif  bu  uyğunluğu, 

bənzərliyi gizlətməyə çalışmır, əksinə, hətta  “...Zarafatsız əziz 

oxu


cum,  sənə  bir  parça  ciddi  söz  demək  istəyirəm  və  bir  para 

mətləblərdən  agah  eləmək  istəyirəm  səni—deyə  müəlliminin 

çox  sevdiyi  və  işlətdiyi  müxtəlif  duzlu-məzəli,  mənalı-kəsərli 

fel


yetonlarının  ibarə  və  tərkiblərindən  yeri  gəldikcə,  “birdən, 

məsələn, tutalım”, “o vədə sən istəyəcəksən ki”, “əgər ki”, “aya” 

və s. kimi xarakterik söz və birləşmələrdən, təkrirlərdən istifadə 

edərək,  məqsədli  effektə  nail  olur,  ciddiliyin  önündə  dayanmış 

“za

rafatlarına” başlayır” (60,50).



 

“Molla  Nəsrəddin-66”  silsiləsinə  daxil  olan  kiçik  hekayələr 

həm də  bir növ lətifəyə oxşayır. Bu da Anar yaradıcılığının şifa-

hi 


xalq ədəbiyyatından, folklor nümunələrindən qaynaqlandığını 

gös


tərir. Bu hekayələri oxunaqlı edən cəhətlərdən biri də məhz 

bu

dur. Çünki bu hekayələrdə xalq üçün yad olan heç nə yoxdur. 



İstər sadəliyi, istərsə də, hadisələrin reallığı baxımından bu he-



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə