MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə25/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

_____________Milli Kitabxana______________

Sağ gündə dolar taxta-tabaq ədviyə ilə,

Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,

Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,

Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

İnsan odu, tutsun bu zəlil xalqın əlindən,

Allahı sevərsənsə, bu insan zəlil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,

Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,

Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,

Onda ki nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,

Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdi,

Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə

Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

ZAMAN SƏSİ

Sübh oldu, hər tərəfdən ucaldı əzan səsi,

Guya gəlir məlaikələrdən Quran səsi.

Bir səs tapanmıram buna bənzər, qoyun deyim:

Bənzər buna, əgər eşidilsəydi can səsi.



_____________Milli Kitabxana______________

Sanki uşaqlığım kimi nənnimdə yatmışam,

Laylay deyir mənə anamın mehriban səsi.

Sanki səfərdəyəm, oyadırlar ki, dur çatax,

Zəngi-şütür çalır, keçərək karvan səsi.

Sanki çoban yayıb quzunu dağda ney çalır-,

Röya dogur quzu qulağında çoban səsi.

Cismim qocalsa da, hələ eşqim qocalmayıb,

Cingildəyir hələ qulağımda cavan səsi.

Sanki zaman güləşdi, məni güpsədi yerə,

Şerim, yazım olub yıxılalı pəhləvan səsi.

Axırzamandı, bir qulaq as, ərşi titrədir

Millətlərin haray-mədədi, əl-aman səsi.

İnsan xəzanıdır, tökülür can xəzəl kimi,

Saztək xəzəl yağanda sızıldar xəzan səsi.

Qırx ildi dustağam, qala bilməz o yağlı səs,

Yağsızsa da, qəbul elə məndən yavan səsi.

Mən də, səsim ucalsa, gərəkdir, yaman deyəm,

Millət acıxlıdır, ucalıbdır yaman səsi.

Doldur nəvarə qoy qala, bir gün bu körpələr,

Alqışlasınla zövq ilə bizdən qalan səsi.

Miğnatis olsa səsdə çəkər, inqilabda bax,

Azadlıq aldı Sərdarımın qəhrəman səsi.

İnsan qocalmış olsa, qulaqlar ağırlaşar,

Sanki yazıq qulaqda guruldar zaman səsi.

Bax bu dərin sükutə səhər, hansı bir nəvar

Zəbt eyləyə bilər belə bir cavidan səsi?

Sancır məni bu fışqa çalanlar da, Şəhriyar,

Mən neyləyim ki, fışqaya bənzər ilan səsi.

1355

AZADLIQ QUŞU "VARLIQ"

Hərçənd qutulmaq hələ yox darlığımızdan,

Amma bir azadlıq doğulub varlığımızdan.

"Varlıq" nə bizim təkcə azadlıq quşumuzdur,




_____________Milli Kitabxana______________

Bir müjdə də vermiş bizə həmkarlığımızdan.

Bəh-bəh, nə şirin dilli, bu cənnət quşu tuti,

Qəndin alıb ilham ilə dindarlığımızdan.

Dil açmada karlıq da gedər, korluğumuz da,

Çünki lallığımız doğmuş idi karlığımızdan.

Düşmən bizi əlbir görə, təslim olu naçar,

Təslim oluruq düşmənə naçarlığımızdan.

Hər inqilabın vur-yıxı son bənnalıq istər,

Dəstur gərək almaq daha memarlığımızdan.

Huşyar olasız, düşməni məğlub edəcəksiz,

Düşmənlərimiz qorxuri huşyarlığımızdan.

Birlik yaradın, söz bir olar biz kişilərdə,

Yoxluqlarımız bitdirəcək varlığımızdan.



Təbriz, 15 Xordad, 1358

O TAYDAN GƏLƏNƏ

Vətəndən ayrı düşən övladım! Qayıt vətənə!

Qayıt ki, göz yola tikmiş anan qayıtdı sənə.

Anan səni itirib, axtarıb yenə tapdı,

Deyir: Bala, sayıq ol, tapdığın itirmə yenə.

Cəvahiri itənin dərdini kimə deyəsən?

Yenə tapılsa, deyin bəs cəvahiri itənə.

Xəzanda ol qara yel bülbülə dedi: Qoy, get!

Gül ilə qaldı görüş, ölməsək, göy ot bitənə.

Göy ot bitib, gül açıb, yaz gəlib, oxur qazalaq,

Qışı çıxardıb uşaqlar, qaçılla çay-çəmənə.

Sənin tanışlarının çoxları qabaqda gedib,

Dalı qalan elə bir təkcə münhəsirdi mənə.



_____________Milli Kitabxana______________

Sənə tanış qalan olsa mənim kimi qocalar,

Cavansa sən gedən illərdə körpə bir ətənə.

Gül əkmədə, qoca bağban, bükülsə bel nə qəmin?

Dalınca rəhmət oxullar bu gülləri əkənə.

Mənim də qədrimi bil, gül başın tikan saxlar,

Canın da, ta dirisən, ehtiyacı var bədənə.

Adın nə qoysa qoyub, şeytanımızdır, bu gədə,

Sadizmi var, nə dədə xərcinə gəlir, nə nənə.

Əcinnətək təmiz insanlar kəsib biçdi,

Bizim cəzirəmizi qoydu xali əz səkənə.

O, Allahın danıb, öz nəfsinə tərəhhümü yox,

Desən də bu nədi, oğlum? Deyər: - Əmi, sənə nə!

O taylı sizsiz olan yerdə Şəhriyar qəzəli

Oxunsa da, elə bil müşkü yollusan Xütənə.

Təbriz, 4.4.1358

SƏNƏTİ MƏMLƏKƏT

Keçən gecə bir kürəyim qovuşdu,

Əcəl mənə yaxınlaşıb, yovuşdu.

Sonra yene çaldı, keçdi, sovuşdu,

Bu it canım qurdu yenə qaçırtdı,

Qurd da ancaq kürəyimi bir çırtdı.

Hey uydum, hey ayıldım, ta oyandım,

İlan kimi bir qıvrılıb dayandım,

Fikrə gedib, yenə od tutdum, yandım,

Bu sür-sümük evcik ki, qurdu yıxmaz,

Kənkan deyər: İp qırtlmaz, can çıxmaz.



_____________Milli Kitabxana______________

Düşmən bizə dişlərini qıcırdır,

Körpə kimi belimizi qacırdır,

Xəmir kimi ayaqlayıb acırdır,

Belə bu yurd yapır bizi təndirə,

Udur, amma inanmıram sindirə.

Dini-dəbi alıb bizdən tünlədi,

Dədələri xoruz kimi dənlədi,

Uşaq da ki, bilməz vətən, din nədi,

Uşaqları hammal edib işiədir,

Çini qabı sındırıban pişlədir.

Mülkü gərək ərbab verə kətdiyə,

Kətdiyə də şəhərdə iş bətdiyə,

Kətdə qarı-qoca başın bitdiyə,

Kətdə daha bir hampalıq sürən yox,

İtlərdə də bir çömbəlib hürən yox.

İndi gərək Amrikadan dən gələ,

Çörək gedə, Fransadan pən gələ,

Dən-düşümüz İsveç, Norveçdən gələ,

Gəlməsə bir gün, acımızdan ölək,

Qapış-qapış bir çörəyi min bölək.

Minnət qoyur, ölkə olub sənəti,

Səktədi, sildi, sərətan-sövqəti,

Ətlər olmuş at əti, ya it əti,

Donmuş ətin iysi başı çatladır,

Qarnımızı qovuq kimi patladır.

Hey burs açrr, hey seminar-sendika,

Montajnı da adın qoyub fabrika,

Dəmir-dümür mark ingilis-Amrika,

Göz baxdıqca hey maşındır, hey qaraj,

Amma dibdə cibim dolu, qarnım ac!



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə