MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

 
 
98
XII.
 
NTERNETDƏ PƏRAKƏNDƏ T CARƏT N 
TƏŞK L OLUNMASI  
 
1.
  nternet-mağazalar 
2.
  Pərakəndə  elektron  ticarətin  aparılmasının  müxtəlif 
sistemlərinin üstün cəhətləri və çatışmazlıqları 
 
1.  Ticarətin  avtomatlaşdırılması,  onun  miqyasları  art-
dıqda daha sərfəli olur. Alıcıların sayı az olduqda və onların si-
farişləri  bir  neçə  əməkdaş  tərəfindən  yerinə  yetirildikdə  n-
ternet  vasitəsilə  nternet-vitrin  əsasında  ticarətin  həyata  ke-
çirilməsi əlverişli olur. Lakin gün ərzində yüzlərlə işləri yerinə 
yetirən firmalar üçün bu, qəbul edilə bilməz.  
nternet-ticarətin  daha  kompleks  sistemi  –  nternet-
mağazadır. 
nternet-mağaza  ticarət  müəssisəsinin  bütün  əsas 
biznes-proseslərini:  malın  seçilməsini,  sifarişin  rəsmiləşdiril-
məsini, qarşılıqlı hesablaşmaların həyata keçirilməsini, sifariş-
lərin icrasının izlənilməsini və s. əhatə edir  
nternet-mağazanın  nternet-vitrindən  üstün  cəhəti  ondan 
ibarətdir  ki,  burada  alıcıya  fərdi  xidmət  göstərir,  çevik  güzəştlər 
sistemi  tətbiq  olunur,  malın  daşınma  xərcləri,  ödəniş  və  sığor-
talanma  növləri,  vergi  ödənişləri  daxil  edilməklə  hesab  yazılır. 
Elektron  kommersiyada  bu  modeldən  istifadə  olunması  anbar-
larda mal ehtiyatlarını əhəmiyyətli olaraq azaltmağa imkan verir.  
nternet-mağaza aşağıdakı tərkib hissələrə malikdir: 
–  nternet-vitrin  —  Web-serverdə  yerləşmiş  və  virtual 
alıcı səbəti ilə təmin olunmuş front-ofis (front-office); 
– ödənişlərin qəbulu sistemi; 
– sifarişlərin uçotu və onların icrasına nəzarət sistemi; 
–  informasiya  sistemi  front-ofislə  inteqrasiya  olunmuş 
bek-ofis (back-office)

nternet-mağaza  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi 
üçün nəzərdə tutulmuşdur: 
– alıcılara on-line köməyinin göstərilməsi; 


 
 
99
– alıcıların qeydiyyatdan keçirilməsi; 
–  satılan  malların  məlumat  bazasına  interfeysin  təqdim 
olunması (kataloq, prays-vərəqə formasında); 
– alıcının elektron səbəti («arabacığı») ilə iş; 
–  ödəniş,  çatdırılma,  sığortalanma  və  hesabın  yazılması 
metodunun seçilməsi ilə sifarişlərin rəsmiləşdirilməsi; 
– malların anbarda ehtiyatda saxlanılması; 
–  hesablaşmaların  aparılması  (ödənişin  elektron  me-
todlarını  seçən  zaman)  və  yaxud  ödənişə  nəzarət  (ənənəvi 
hesablaşma metodlarından istifadə edən zaman); 
–  malların  alıcılara  çatdırılması  üzrə  sifarişin  formalaş-
dırılması və müşayiətedici sənədlərin yazılması; 
– malların çatdırılmması; 
–  müxtəlif  marketinq  informasiyasının  toplanması  və 
təhlili; 
–  alıcıların  şəxsi  informasiya  təhlükəsizliyinin  təmin 
olunması; 
–  şirkətin  bek-ofisi  ilə  avtomatik  informasiya  mübadi-
ləsinin təmin olunması. 
Ümumi halda  nternet-mağazanın fəaliyyət göstərməsi üçün 
lazım olan minimum proqram-aparat tərkib hissələrinə aiddir: 
–  Web-server  ( nternetdən  daxil  olan  sorğuları  bölüş-
dürür, informasiyaya çıxışı ayırıb bölüşdürür); 
–  Server  əlavələr  (ticarət  sisteminin  işini,  o  cümlədən 
nternet-mağazanın biznes-məntiqini idarə edir); 
– SUBD (məlumat bazasının idarə edilməsi sistemi) – 
server  (mallar,  müştərilər,  hesablar  və  s.  haqqında  məlumat-
ların saxlanılmasını və işlənilməsini təmin edir). 
Mal  ehtiyatlarının  mövcudluğuna  görə  Internet-mağa-
zalar bölünürlər: 
– malgöndərənlərlə müqavilə ilə işləyənlər (hər hansı bir 
xüsusi mal ehtiyatlarının olmaması);  
–  xüsusi  anbar  təsərrüfatı  olan  (mal  ehtiyatlarının 
mövcud olması). 


 
 
100
2.  Pərakəndə  elektron  ticarətin  aparılmasının  müxtəlif 
sistemlərinin üstün cəhətləri və çatışmazlıqları 
 
Model 
Üstünlük 
Çatışmazlıq 



Elektron 
ticarət sırası 
Geniş çeşid; artıq mövcud 
olan mağazalarda mal 
təklifinin reklamının ucuz 
həlli yolu 
Vahid keyfiyyət standartlarının 
olmaması, ticarət sırasının 
inkişaf səviyyəsindən asılılıq, 
mal təklifinin 
fərdiləşdirilməsinin 
mürəkkəbliliyi, iştirakçılar 
arasında rəqabətin yüksək 
olması 
nternet-vitrin 
 
 
 
 
Nisbətən ucuz və 
mürəkkəb olmayan 
nternet-həll, bazara 
tezliklə çıxış  
Təkcə sifarişin rəsmiləşdirilməsi 
reallaşdırılır, satışın prosesinin 
digər tərkib hissələrinin 
olmamması (hesabın yazılması, 
interaktiv qarşılıqlı 
hesablaşmalar, sifarişin yerinə 
yetirilməsinin izlənilməsi, 
güzəştlərin verilməsi və s.), 
biznes-prosesin 
avtomatlaşdırma vasitələrindən 
tam istifadə olunmaması  
Xüsusi anbar 
rəsərrüfatının 
olmadığı və 
malgöndərənl
ə
rlə müqavilə 
ə
sasında 
işləyən 
nternet-
mağaza  
nternet-vitrinə nisbətən 
biznes-proseslərin 
avtomatlaşdırılmasının 
yüksək səviyyəsi; bazara 
çıxışın nisbətən asan 
olması (anbar 
ehtiyatlarının 
yaradılmasına ehtiyac 
yoxdur) 
Logistikanın məhdud 
effektivliyi, və bunun səbəbi 
kimi sifarişin uzun müddət 
ə
rzində kompletkləşdirilməsi və 
çatdırılması,auditoriyanın 
artması zamanı logistikaya 
çəkilən xərclər artır, əlavə 
xidmətlər göstərilmir 
Xüsusi anbar 
ehtiyatlarına 
malik olan 
nternet-
mağaza 
Çevik qiymət sistemi, 
nternet-ticarətın bütün 
üstünlüklərinə malikdir 
Elektron kommersiyanın 
aparılmasının ən kapitaltutumlu 
üsuludur 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə