104
Vasitəçilik
— alıcı və satıcıların bazar iqtisadiyyatında
bir yerdə görüşdürülməsinin əsas vasitələrindən biridir. Vasi-
təçilər tədqiqatlara, keyfiyyətin sertifikasiyasına, alıcı və sa-
tıcılara zəmanətin verilməsinə çəkilən xərclərin azaldılması
hesabına tranzaksiya məsrəflərini aşağı sala bilirlər.
Elektron kommersiyada vasitəçilər dörd kateqoriya üzrə
təsnifləşdirilirlər: brokerlər, dilerlər, auksionistlər və birjaçılar. Bu
cür təsnifləşdirmə qiymətyaranma mexanizmindən, vasitəçilərin
malların və xidmətlərin sahibi olub-olmamasından asılıdır.
Brokerlər
— müvafiq komisyon mükafatına işləyən alı-
cılarla satıcılar arasında olan vasitəçilərdirlər. Aqreqator kimi
tanınan broker saytlarında alıcılar kataloqlar seriyasına baxa
bilirlər ki, burada müxtəlif satıcıların malları və qiymətləri haq-
qında məlumat vardır. Aqreqatorlar satıcının adından sifarişi
qəbul edirlər, lakin sifarişin özünün yerinə yetirilməsi satıcı tə-
rəfindən həyata keçirilir.
Auksionistlər
sövdələşmələrdə fəal iştirak edirlər və qiymət-
yaranma mexanizmini müəyyənləşdirirlər. nternet-texnologiyalar
auksionların keçirilməsinə çəkilən xərcləri azaldır. Auksionistlər
iki kateqoriyaya bölünürlər: bəzi auksionistlər mal artığının satışı
üçün auksion keçirir, digərləri isə - alıcılar üçün əks (reversiv)
auksion keçirirlər ki, burada satıcılar alıcı uğrunda bir-birləri ilə
rəqabət aparırlar.
Dilerlər
malgöndərənin malının sahibinə çevrilir, alış və
satış qiyməti arasındakı fərq hesabına qazanc əldə edirlər.
Birjaçılar
ikitərəfli bazarın nümayəndələri olmaqla öz
müştərilərinə saytlarında bir sıra xidmətlər göstərirlər. Adətən
В
2В-birjalar daimi olmayan forvard kontraktları əsasında fəa-
liyyət göstərir.
2. Elektron kommersiya bu bölməyə məxsus olan işgüzar
fəallığın bütün pillələrini (real vaxt rejimində marketinq, sifa-
riş, ödəniş, malın çatdırılması, satışdansonrakı xidmət, məslə-
105
hətlər, şirkətlər arasında birgə üşün müdafiə olunması və s.)
nəzərdə tutur.
Biznes-model — biznesin aparılması metodudur və
bundan istifadə edərək şirkət özünün bazardakı mövqeyini əldə
edib möhkəmləndirə bilər, xərcləri aşağı salıb mənfəət qazana
bilər.
Biznes-modelə aiddir:
• malların, xidmətlərin və informasiyanın axınının arxi-
tekturası;
• işgüzar fəallığın müxtəlif iştirakçıları üçün potensial
faydanın təsviri;
• gəlir mənbələrinin təsviri (xərclərin azaldılması yolları).
Biznes-modelin vəzifələri:
• təklifin əhəmiyyətinin müəyyən olunması, yəni yeni
texnologiyaya əsaslanaraq onun istifadəçi üçün faydalılığının
qiymətləndirilməsi;
• bazar seqmentinin müəyyən olunması, yəni təklifdə ma-
raqlı olan yeni texnologiyalar istifadəçilərinin müəyyən olun-
ması;
• firma daxilində dəyərin yaradılması halqasının struktu-
runun müəyyən olunması;
• məsrəflərin strukturunun qiymətləndirilməsi;
• halqa daxilində firmanın mövqeyinin təsvir olunması;
• rəqabət strategiyasının ifadə olunması.
3. Hazırda nternet vasitəsilə alışların üç modeli forma-
laşmışdır: malgöndərənlərin kataloqları üzrə; alıcının sorğusuna
görə və nəhayət, elektron ticarət.
1. Malgöndərənlərin kataloqları üzrə alışların təşkili.
Bu
model üzrə malları və xidmətləri təqdim edənlər nternetdə
elektron kataloqları və yaxud vitrinləri yerləşdirir, istifadəçilər
onların köməyi ilə alışları yerinə yetirirlər. Belə veb-şəbəkələr
alıcılara «alıcı səbəti» kimi rahat xidmət formasını, həmçinin
106
mühafizə olunan rejimdə müxtəlif ödəniş imkanlarını, məsələn,
korporativ kredit kartı ilə, təqdim edir.
2. Alıcıların sorğularına görə alışların təşkili.
Bu mo-
dellə müxtəlif malgöndərənlərin məhsullarının kataloqları özü-
nün şəxsi nternet şəbəkəsində yerləşdirilir. Proses, sifarişlərin
elektron qaydada rəsmiləşdirilməsi imkanlarını yaradan proq-
ram təminatının köməyi ilə avtomatlaşdırılır.
3. Elektron ticarət meydançası modeli.
Elektron ticarət
meydançaları müxtəlif malları təqdim edən və yaxud müəyyən
dar bazar üzrə ixtisaslaşdırılmış çoxlu sayda malgöndərənləri
ə
hatə edir.
On-line ticarət meydançası – alıcı ilə satıcı arasında
sövdələşmənin həyata keçirildiyi və maliyyə-ticarət əməliy-
yatlarının aparıldığı yerdir. nternetin imkanları alışı (satışı)
real vaxt rejimində yerinə yetirməyə imkan verir. nternetin de-
mək olar ki, hər yerdə əlçatan və mümkün olması nəticəsində
meydançanın ticarət fəaliyyətində Yer kürəsinin müxtəlif
nöqtələrində olan şirkətlər iştirak edə bilər.
107
XV.
X DMƏT SƏNAYES SAHƏS NDƏ ELEKTRON
KOMMERS YA
1.
nternet xidmətləri və Internetdə bank xidmətləri
2.
nternet-treydinq
3.
Turizm xidmətləri
4.
nternet-sığortalanma
5.
nternetdə kommunikasiya xidmətləri
1. nternet xidmətləri. nternet vasitəsilə göstərilən bütün
servislər xidmət kimi qəbul olunur. Onları iki qrupa bölmək
olar: informasiya xidmətləri və kommunikasiya xidmətləri.
Off-laynda mövcud olan informasiya xidmətləri hazırda
nternetdə inteqrasiya olunur. Onlardan: hüquqi, konsaltinq,
bank, maliyyə, xəbərlər, turizm, tibbi, psixoloji və s. göstərmək
olar.
nternetdə kommunikasiya xidmətləri: elektron poçt
vasitəsilə ünsiyyət, qonaq kitabları, çat ICQ, Odigo, əks-əlaqə
formaları, nternet-telefoniya, videokonfranslar və s.
nternet şəbəkəsinin xidmət göstərən kanal kimi əsas
üstünlükləri:
• istehlakçılarla birbaşa qarşılıqlı əlaqə yaradılması
imkanları;
• fərdililik;
• operativlik;
• off-laynla (off-line) müqayisədə oxşar xidmətlərin daha
ucuz olması;
• anonimlık.
Çatışmayan cəhətləri:
• coğrafi cəhətdən məhdudlaşmayan yüksək rəqabət;
• müştərilərin mobilliliyi: müstəri istənilən an digər
satıcıya üz çevirə bilər;
• heç də həmişə müştərinin niyə narazı qaldığı məlum
olmur;
Dostları ilə paylaş: |