108
• müştəri ilə birbaşa əlaqənin olmaması; bu da onun
rəftarına təsirin intensivliyinə və keyfiyyətinə təsir göstərir.
nternetdə bank xidmətləri .
Banklar müasir iqtisadiyyatda böyük rol oynayırlar.
Bankların fəaliyyət predmeti bank məhsulundan və onunla
bağlı olan xidmətlərdən asılıdır. Bank məhsulu maddi şəkildə
rəsmiləşdirilmiş xidmətdən (kart, əmanət kitabçası, bank hesabı
müqaviləsi, yol çeki, qiymətli kağız, elektron pulqabı və s.)
ibarətdir.
Kommersiya banklarının əsas funksiyaları:
• ödənişlərdə vasitəçiliyin edilməsi;
• birincitipli maliyyə vasitəçiliyi (kredit-depozit, qiymətli
kağızların və valyutanın alışı-satışı);
• ikincitipli maliyyə vasitəçiliyi (emitentin qiymətli
kağızlarının bazarda yerləşdirilməsi).
Müasir nternet-texnologiyalar banklara imkan vermişdir
ki, onlar öz xidmətlərinin bir hissəsini yeni səviyyəyə qaldırsın
və bununla da yeni müştərilər cəlb etsin və xidmət xərclərini
aşağı salsınlar. Bu zaman maliyyə-iqtisadi proseslərin sürəti
qlobal miqyasda artır.
Şə
bəkədə alıcı ilə satıcı arasında aparılan bütün ödənişlər
bu və digər qaydada bank strukturları ilə bağlıdır. Son vaxtlar
tərəflər arasında ödənişlərin təşkili üçün banklar öz müştəri-
lərinə birbaşa nternet vasitəsilə çıxma imkanlarını təqdim edir.
2. Hazırda nternet vasitəsilə fond və maliyyə bazarları
xüsusi investorlara (sərmayəçilərə) daha yaxın olmuşlar.
nvestor, ilk növbədə, bazarda vəziyyəti gözdən qoymamalı və
maliyyə alətləri ilə ticarəti «real vaxtda» yerinə yetirməlidir.
Bu isə qlobal nternet şəbəkəsinin inkişafı nəticəsində mümkün
olmuşdur. On-line brokeri adi brokerin göstərdiyi xidmətlərdən
başqa, investora real vaxtda maliyyə informasiyasını da verir.
Beləliklə, nternetdə broker xidməti (Internet-treydinq) –
investisiya vasitəçisi (bank və yaxud broker şirkəti) tərəfindən
109
göstərilən xidmətdir ki, bu da müştəriyə qiymətli kağızların və
valyutanın beynəlxalq nternet şəbəkəsi vasitəsilə real vaxtda
alqı-satqısına şərait yaradır.
Adətən bu xidmətə aiddir:
• maliyyə aktivlərinin real vaxtda alqı-satqısının
bilavasitə həyata keçirilməsi imkanları;
• investorun investisiya portfelinin yaradılması;
• müştərinin qarşılıqlı fondlarda iştirakı imkanları;
• müştəriyə tez-tez dəyişən maliyyə informasiyasının
(qiymətli kağızların kotirovkası və valyuta məzənnələri)
təqdim olunması;
• müştəriyə analitik məqalələrin, qrafiki informasiyanın,
peşəkarların köməyi və s.;
• digər əlaqədar xidmətlər (kredit kartlarının və çek ki-
tabçalarının verilməsi, pensiya hesablarının açılması və apa-
rılması, portfelə daxil olan səhmlər üzrə müştərinin mobil tele-
fonuna, peycerinə və ya poçt yeşiyinə informasiyanın verilməsi
və s.).
nternet vasitəsilə broker xidməti göstərilməsinin iki əsas
üsulu vardır:
• müştəri adi veb-brauzerdən (web-browser) istifadə
edərək, bilavasitə vasitəçi şirkətin veb-saytında qiymətli ka-
ğ
ızları almaqla (satmaqla) özünün investisiya portfelini yaradır;
• müştəri (istifadəçi) öz kompyuterində xüsusi proqram
təminatını quraşdırır və onun köməyi ilə informasiya alır və
maliyyə bazarlarında tranzaksiyaları həyata keçirir.
3. Səyahətlər və daşınmalar bazarı üçün satış obyekti
kimi maddi məhsullar deyil, xidmətlərin yerinə yetirilməsi üzrə
öhdəliklər çaxış edirlər.Bu bazarın spesifikliyi ondan ibarətdir
ki, satıcılar və istehlakçılar bir-birlərindən çox uzaq məsafədə,
müxtəlif şəhərlərdə və yaxud ölkələrdə yerləşə bilərlər və xid-
mətlərin təsviri reklam bukleti, mətni və yaxud videoinfor-
masiya şəklində ola bilər.
110
Turist putyovkalarının (yol vərəqələrinin) satışı nternetin
multimedia xassələrinə çox yaxşı uyğun gəlir; son vaxtlar turist
firmalarının, agentliklərinin, həmçinin pansionatların, sanatori-
yaların, istirahət bazalarının və mehmanxanaların nternetə
maraqları artmışdır.
Turist xidmətlərinin təchizatçısı kimi nəqliyyat şirkətləri,
yerləşdirmə obyektləri və turist tədbirlərinin təşkilatçıları çıxış
edirlər. Turoperatorların vəzifəsinə xidmətlərin paket for-
masında birləşdirilməsi və turun məhsulunun formalaşdırılması
daxildir. Bu da sonradan son istehlakçılara satılmaq üçün tur-
agentliklərə daxil olar.
4. Sığortalanma kimi qabaqcadan gözlənilməyən müxtəlif
ə
lverişsiz hadisələrdən yaranan zərərlərin ödənilməsi üçün
məqsədli pul fondlarının formalaşdırılması və istifadə olunması
üzrə iqtisadi münasibətlər sistemi başa düşülür. Sığortalanma
xidməti iki şəxsin – sığortaedənin və sığortaolunanın iştirakını
nəzərdə tutur.
Sığortaedən — dövlət lisenziyası olan və sığorta
fəaliyyətinin həyata keçirilməsi üçün yaradılmış hüquqi
şə
xsdir. Onun vəzifəsi – sığorta halının baş verməsi zamanı sı-
ğ
orta müqaviləsi bağlamış sığortaolunana dəyən ziyanın ödə-
nilməsindən ibarətdir.
Sığortaolunan — sığorta müqaviləsi bağlamış və vaxtlı-
vaxtında sığorta haqlarını (sığorta mükafatını) ödəyən fiziki və
ya hüquqi şəxsdir. Müqaviləyə əsasən sığorta məbləğinin
(sığorta ödənilməsinə) alınması hüququna malikdir.
nternet-sığortalanma sığorta biznesinin təşkil olunma-
sının yeni üsuludur. Ondan istifadə olunması zamanı sığorta
fəaliyyətinin həyata keçirildiyi mühit dəyişməz qalır.
Sığorta şirkəti biznesinin bir hissəsinin nternetə keçiril-
məsi onun real və potensial müştərilərə aşağıdakı imkanları
verir:
Dostları ilə paylaş: |