MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

 
 
161
axtarış  həm  daxili  informasiya  saxlanılan  vasitələr  (fayllar, 
ntranet-saytlar, Microsoft Exchange bazaları, Lotus Notes ba-
zaları), həm də xarici ( nternet) vasitəsilə həyata keçirilə bilər. 
Optima Workflow sistemisənədlərin kargüzarlıq qaydala-
rına  əsasən  qeydiyyatı  prosesini  avtomatlaşdırır,annotasiya  və 
dərkənarların, rəylərin toplanması mexanizmlərini, tapşırıqların 
yerinə  yetirilməsi  haqqında  hesabatların  çatdırılmasını  reallaş-
dırır.    Optima  Workflow  əsas  saxlanma  və  nəqletmə  bazası 
kimi  Microsoft  Exchange  bazasından  istifadə  edir.  Sistemin 
sərfəli  imkanlarından  biri  də  kritik  yolların  izlənilməsi  və  bir-
biri  ilə  bağlı  olan  işlərin  Qantt  diaqramı  (qrafiki)  formasında 
təqdim olunmasıdır (Henri Qantt XX əsrin əvvəllərində müka-
fat sistemi ilə  əməyin ödənişi arasında asılılığı  əks etdirən şə-
bəkə qrafikini təklif etmişdir). 
Digər  sistemlərdən  –  Lotus  Dominı.doc,  Staffware 
(http:// 
www.staffware.com
) və s. göstərmək olar. 
 
 


 
 
162
 
XXII.
   ELEKTRON HÖKUMƏ
 
1.
  «Elektron  hökumət»in  əsas  anlayışları,  şərtləri  və 
prinsipləri 
2.
  «Elektron  hökumət»in  yaradılmasında  ABŞ-ın 
təcrübəsi  
 
1.
  Hazırda «elektron hökumət» kimi hökumətin fəaliyyə-
tinin  effektivliyinin  qaldırılmasına  yönəldilmiş  orqanların,  va-
sitələrin və metodların məcmusu və həmçinin, vətəndaşların və 
hüquqi  şəxslərin  hökumət  informasiyasına  və  xidmətlərinə  tez 
və səmərəli daxil olmasının təmin edilməsi başa düşülür.
 
 
«Elektron  hökumət»in  fəaliyyətinin  əsas  prinsipi  ondan 
ibarətdir ki, vətəndaşa və yaxud hüquqi şəxsə onları maraqlan-
dıran  məsələlər  üzrə  tam  informasiyanın  və  yaxud  bütöv  xid-
mətlər kompleksinin alınması üçün ümumhökumət portallarına 
bir dəfə müraciətetmə imkanı yaradılsın. Məsələnin prinsipial-
lığı ondan ibarətdir ki, vətəndaş ayrı-ayrı idarələrə və məmur-
lara deyil, məhz hökumətə müraciət edə bilir. 
Dünya  təcrübəsi  göstərir  ki,  «elektron  hökumət»in  yara-
dılması üçün lazım olan zəruri şərtlər aşağıdakılardan ibarətdir: 
 
cəmiyyətin  birinci  olmasının,  vətəndaşların  maraq-
larının bürokratiyanın maraqlarından üstün olmasının, müraciət 
olunan  və  cəmiyyət  tərəfindən  hökmetmə  səlahiyyətlərinin 
yerinə  yetirilməsi  tapşırılan  hakimiyyətin  isə  ikinci  olmasının 
dərk  edilməsi,  yəni  hökumət  cəmiyyətə  qarşı  xidmətedici  ol-
malıdır; 
 
ölkədə  informasiya  texnologiyalarının  yüksək  inki-
ş
afı, o cümlədən lazımi sayda yeni mühit mütəxəssislərinin və 
ixtisaslı istifadəçilərinin hazırlanması; 
 
lazım olan infrastrukturun yaradılması. 
Müasir dövlət aşağıdakı funksiyaları yerinə yetirir: 
- qanun  və  qərarlar  buraxır  və  normalar  yaradıcılığı  fəa-
liyyəti sahəsində tam informasiyaya malik olur; 


 
 
163
- qanun və qərarları icra edir və onların vətəndaşlar tərə-
findən icrasına nəzarət edir; 
- fiskal funksiyaları icra edir; 
- özünün  funksiyalarının  yerinə  yetirilməsi  üçün  lazım 
olan  məhsul  və  xidmətlərin  əldə  edilməsinə  külli  miqdarda 
vəsait xərcləyir; 
- sosial  proqramların,  o  cümlədən  sosial  yardımların  hə-
yata keçirilməsinə iri maliyyə resurslarını bölüşdürür; 
- iri bilik resurslarına malik olur; 
-  vətəndaşların  sağlamlığı  ilə  bağlı  olan  məsələləri  həll 
edir; 
- fövqəladə  vəziyyətin  yaranması  ilə  bağlı  olan  funksi-
yaları yerinə yetirir; 
- çoxlu  sayda  elmi  və  texnoloji  işləmələrin  sifarişçisi 
kimi çıxış edir; 
- dəyərliliyi əldəetmə operativliyindən asılı olan informa-
siyaya malik olur; 
- ölkənin  təhlükəsizliyi  və  müdafiə  qabiliyyətinin  təmin 
olunması ilə bağlı olan məsələləri həll edir. 
 
2.
  ABŞ-ın «elektron hökumət»in yaradılması üzrə təcrü-
bəsi  göstərir  ki,  hakimiyyətin  icra  texnologiyasının  müasirləş-
dirilməsi  hökuməti  öz  diqqətini  dörd  funksional  qruplarda 
cəmləşdirməyə məcbur edir: 
Vətəndaşlar
.  Hökumət  –  vətəndaşlar,  yəni  yüksək  key-
fiyyətli  xidmətlərə  birbaşa  çıxışı  olan,  istifadədə  sadə  və  tez 
girilə bilən portalın yaradılması. 
Biznes
.  Hökumət  –  biznes.  Burada  söhbət  biznes  üçün 
ağır olan hərəkətlərin azaldılmasından gedir ki, bunun da yolu 
lazımsız məlumatların toplanılmasının aradan götürülməsindən 
elektron  kommersiya  texnologiyalarından  istifadənin  yaxşılaş-
dırılmasından ibarətdir.  
darələrarası  əlaqələr
.  Hökumət  –  hökumət.  Region  və 
yerli  səviyyədə  idarələr  vətəndaşlar  tərəfindən  informasiyanın 


 
 
164
ə
ldə edilməsi və vətəndaşlara xidmətlərin göstərilməsi prosedu-
ralarını sadələşdirməlidir. 
darələr
. Daxili effektivlik və nəticəlilik.   
ABŞ-ın «Kağız sənəd dövriyyəsinin aşağı salınması haq-
qında»  1995-ci  il  (Papework  Reduction  Act  of  1995)  Qanunu 
aşağıdakıları nəzərdə tutur: 
 
federal hökumət, ştatların hökumətləri, yerli hökumət 
və digər təşkilatlarla müqavilələrin bağlanılması zamanı vətən-
daşlara, xırda biznesə, təhsil və qeyri-kommersiya təşkilatlarına 
düşən ağırlığın minimuma endirilməsi; 
 
federal  informasiyadan  cəmiyyət  tərəfindən  maksi-
mal mümkün faydanın əldə olunmasının təmin edilməsi; 
 
federal informasiya resurslarının idarə olunması üzrə 
siyasətin və praktikanın əlaqələndirilməsi, inteqrasiya olunması 
və praktiki cəhətdən əldə oluna bilən hüdudlarda unifikasiyası 
(eyniləşdirilməsi) ; 
 
federal informasiya sistemlərinin keyfiyyətinin qaldı-
rılması və ondan istifadənin yaxşılaşdırılması; 
 
Federal hökumətin informasiyanın toplanması,  yara-
dılması,  qorunub  saxlanılması,  istifadəsi,  yayılması  üzrə  xərc-
lərin aşağı salınması; 
 
ictimai  zəruri  informasiyanın  vaxtında,  obyektiv  və 
sərfəli formada verilməsi; 
 
informasiyanın  toplanmasının,  yaradılmasının,  qoru-
nub  saxlanılmasının,  istifadəsinın,  yayılmasının  qanunvericili-
yin  tələbləri  əsasında  həyata  keçirilməsinin  təmin  olunması, 
yəni şəxsi maraqların və məxfiliyin qorunması, informasiyanın 
və onu əldə etməyin qorunması. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə