MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

 
 
165
 
XXIII.
  RƏQƏML  ELEKTRON  MZA 
VAS TƏLƏR N N  NFRASTRUKTURUNUN 
YARADILMASI 
  
 Rəqəmli  elektron  imzanın  (RE )  yaranması  təsərrüfat 
subyektlərinin  iqtisadi  fəaliyyət  prosesində  hüquqi  cəhətdən 
ə
həmiyyətli  sənədlərlə  məsafədən  mübadiləetmə  zəruriliyi  ilə 
bağlıdır. O, özünün şəxsi imzası ilə oxşar olmaqla şəxsiyyətin 
identifikasiya olunması və elektron məlumata hüquqi qüvvənin 
verilməsi şəklində çıxış edir.  
Hazırda özünün şəxsi imzasının oxşarının yaradılmasının 
çox üsul və yolları vardır ki, onlardan aşağıdakıları göstərmək 
olar: 
- şərti işarələr; 
- insanın  biometrik  göstəriciləri:  güzehi  qişanın  (gözün 
ə
lvan təbəqəsinın) şəkli, gözün tor qişasının strukturu, barmaq 
izləri xətlərinin rəsmi, qanın biokimyəvi analizi və s.; 
- fərdi  identifikasiya  nömrələri  (PIN-kod)  və  yaxud 
parolları; 
- özünün şəxsi imzasının rəqəmli şəkildə təsviri; 
- elektron imza. 
Rəqəmli  elektron  imzanın  tətbiqi  və  istifadə  olunması 
prosesi, RE -nin vasitələrinin dövriyyəsi hər hansı bir baza an-
layışlarına istinad edir. RE -nin həm ümumi siyasətini, həm də 
onun vasitələrinin dövriyyəsi praktikasını müəyyən edən anla-
yışlardan biri açıq açarlar infrastrukturudur (Public Key  nfra-
structure, PKI). Məhz RKI həmin effektiv bir halqadır ki, onun 
köməyi  ilə  rəqəmli  elektron  imzaları  hökumət  idarələri  ilə 
elektron  sənəd  dövriyyəsi  prosesində  vətəndaşların,  kommer-
siya strukturlarının iştirakı zamanı tətbiq etməyə imkan verir.  
PKI anlayışı təkcə proqram təminatını və texnikanı özün-
də  birləşdirmir.  Bu,  infrastrukturdur,  yəni  bu,  məhsulun,  xid-
mətlərin,  vasitələrin,  siyasətin,  proseduraların,  sazişlərin  və 


 
 
166
açıq  şəbəkələrdə,  məsələn,  nternetdə  etibarlı  əlaqələrdə  olan 
insanların bir-birinə uyğunluğu deməkdir.  
PKI-nın  yaradılmasına  iki  yanaşma  mövcuddur.  Birinci 
yanaşma  ondan  ibarətdir  ki,  bütöv  hökumət  PKI-sı  iyerarxiya 
şə
klində  qurulur,  yəni  bu  zaman  rəqəmli  elektron  imzaların 
açarlarının  verilməsi,  uçotu  və  sertifikatlarının  idarə  olunması 
vahid  bir  səlahiyyətli  dövlət  orqanında  cəmləşdirilir.  kinci 
yanaşma  PKI-nin  bölüşdürülmüş  şəkildə  yaradılmasından  iba-
rətdir ki,  bu zaman hər bir dövlət idarəsi özünün PKI domenini 
yaradır  və  rəqəmli  elektron  imzaların  vasitələrinin  dövriyyəsi 
siyasətini  özü  müəyyən  edir.  ABŞ-da  məhz  ikinci  yolla  get-
mişlər.  
Rəqəmli elektron imzalar vasitələrindən istifadə olunması 
ilə  açıq  açarların  infrastrukturu  dörd  əsas  baza  xidmətlərini 
təqdim etməlidir: 
 
identifikasiya (eyniləşdirmə) – ötürülmənin, məluma-
tın  və  ötürənin  autentik  (əslinə  uyğun  gələn)  olmasının  təmin 
edilməsi; 
 
məlumatların  bütövlülüyü  –  alınmış  məlumatların 
orijinaldan fərqli olmamasının təmin edilməsi; 
 
müntəzəmlik – göndərən üçün məlumatın çatdırılma-
sının,  alan  üçün  –  göndərənin  autentikliyinin  ciddi  olaraq  sü-
buta  yetirilməsinin təmin edilməsi. Bu, həm də üçüncü tərəfin 
məlumatın  tamlığını  və  onların  mənşəyini  təsdiqetmə  qabiliy-
yətini də nəzərdə tutur; 
 
məxfilik  (konfidensiallıq)  –  informasiyanın,  ancaq 
onu oxumaq hüququna malik olan adamlar tərəfindən oxunma-
sının təmin edilməsi. 
 Dövlət  xidmətləri  istehlakçılarının  nöqteyi-nəzərincə, 
PKI  etibarlı,  qorunmuş,  çevik  və  qıvraq,  qiymət  baxımından 
qəbul edilə bilən olmalı və konkret şərait tərəfindən diktə olu-
nan müdafiə səviyyəsini təmin etməlidir. 
 
 


 
 
167
XXIV.
 ELEKTRON KOMMERS YANIN 
EFFEKT VL Y .  ELEKTRON KOMMERS YANIN 
EFFEKT VL Y N N ƏSAS ANLAYIŞLARI 
 
1.
  Elektron kommersiyanın effektivliyi anlayışı 
2.
  Elektron  kommersiya  sistemlərinin  effektivliyinin 
qiymətlətləndirilməsi metodları 
 
 
1.
  Effektivlik  (latınca  effectivus  –  məhsuldar)  anlayışı 
altında  nəzərdən  keçirilən  tədbirlərin  və  yaxud  hadisələrin 
təsirliliyi  başa  düşülür.  Elektron  kommersiyaya  tətbiqən  ef-
fektivlik  altında  elektron  kommersiyanın  texnologiyalarının, 
üsullarının və qaydalarının köməyi ilə əldə olunmuş nəticələrin 
çəkilən xərclər resurslarını nəzərə almaqla aparılan kommersi-
ya  əməliyyatlarının  məqsədlərinə  uyğunluq  ölçüsünü  ifadə 
edən kateqoriya başa düşülür.  
Praktiki fəaliyyətdə effektivliyin qiymətləndirilməsi üçün 
meyar (kriteri) formalaşdırmaq və yaxud seçmək lazımdır. 
Adətən  effektivliyin  qiymətləndirilməsi  meyarı  kimi  elə 
bir qayda başa düşülür ki, bu qaydaya əsasən seçilmiş effektiv-
lik göstəriciləri öz aralarında və yaxud hər hansı bir norma ilə 
müqayisə  edilir  (əgər  onlar  varsa  və  yaxud  onları  müəyyən 
etmək mümkündürsə). 
Elektron kommersiya metodu ilə həyata keçirilən hər bir 
kommersiya əməliyyatı kommersiyanın tamamilə müəyyən bir 
formasına – ticarətə, konsaltinqə, lizinqə, sığortalanmaya və s. 
uyğun gəlir; onların effektivliyinin hesablanması metodları təf-
silatı ilə öyrənilmişdir. Buna görə də kommersiya əməliyyatla-
rının konkret formasına əsasən elektron kommersiyanın effek-
tivliyi haqqında danışanda həmin formanın spesifikliyini və nə-
zərdən  keçirilən  əməliyyatın  məqsədi  nəzərə  alınmalıdır.  Mə-
sələn,  ticarətdə  effektivlik  meyarını  formalaşdıran  zaman  fir-
manın  nəzərdən  keçirilən  inkişaf  dövründə  marketinq  strate-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə