Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə34/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   30   31   32   33   34   35   36   37   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

85



iki  eynihüquqlu  vahidin  iştirakı  ilə  baş  verən  söz  yaradıcılığı  prosesi; 

konversiya  hadisəsi  –  sözlərin  bir  nitq  hissəsindən  digərinə  keçməsi  və  ya 

transpozisiyası; abreviasiya hadisəsi – qısaldılmış sözlərin iştirakı və s. 

Köksöz  yuvalarının  inkişafı  təkcə  morfoloji  səviyyənin  deyil,  dilin 

bütün  səviyyələrinin  təkamülünə  səbəb  olur.  Köksöz  paradiqmləri  dil  və 

şüurun  qarşılıqlı  əlaqəsi  məsələsini də özündə  ehtiva  edir. Sözlərin  köksöz 

yuvalarında  birləşməsi  dillərin  həm  nəzəri,  həm  də  praktik  öyrənilməsi 

cəhətdən diqqəti cəlb edir. Nəzəri baxımdan qrammatik və semantik uyğun-

luğun  tədqiqi  böyük  maraq  doğurur.  Bu  mənada  söz  yaradıcılığı  haqqında 

fikirləri  ümumiləşdirərək  aşağıdakı  nəticələri  qeyd  etmişik:  1.  Söz 

yaradıcılığı dildə uyğun materialdan müxtəlif struktur və semantik formula 

və  nümunələrdə  yeni  söz  yaratma  prosesidir;  2.  Söz  yaradıcılığı  sözlərin 

düzəltmə quruluşunu və yeni söz yaratmanın müxtəlif nümunələrini öyrənir. 

Başqa  linqvistik  fenomenlər  kimi  sinxronik  və  diaxronik  aspektlər 

öyrənilə bilər. Söz yaradıcılığı türk dillərinin xüsusi sistemini təşkil edir. Bu 

sistem  türk  dillərinin  leksika  və  morfologiyası  ilə  olan  əlaqələri  ilə 

səciyyələnir.  Türk  dillərinin  kök  söz  yuvaları  sistemi  müxtəlif  strukturlu 

mürəkkəb  dil  vahidlərinin  qarşılaşdırılması  və  müqayisəsi  ilə  səciyyələnən 

çoxpilləli sistemdir. İsmin halları, felin təsriflənmə formaları, müxtəlif səviy-

yəli  düzəltmə sözlər, bir kök  əsasında  yaranmış  fərqli  qrammatik  səciyyəli 

leksik vahidlər kök söz yuvalarını yaradır. Bu zaman derivativ semantikanın 

problemləri  araşdırılır,  köksöz  yuvasında  yeni  yaranmış  sözlərin  müxtəlif 

struktur  formaları  təhlil  olunur,  birləşmələrin  komponentləri  arasındakı 

münasibətlər  səciyyələnir,  köksöz  yuvalarının  funksionalist  istiqamətləri 

izah olunur. Derivativ semantikanın problemləri köksöz yuvalarının kompo-

nentlərinin  struktur  formaları,  yuvadaxili  sözləri  birləşdirən  münasibətlərin 

səciyyəvi  növləri,  köksöz  yuvalarında  leksemlərin  funksional  istiqa-

mətlərinin xüsusiyyətlərini əks etdirir. 

Köksöz  yuvalarının  struktur–semantik  tədqiqi  nüvə  köklərin  seman-

tikasının yuvanın ümumi struktur təşkilinə qarşılıqlı ilə əlaqədardır. Qədim 

türk dillərində sifətlərin köksöz yuvalarının tarixi göstərir ki, mənanın forma 

və  evolyusiya  əvəzlənməsi  bir  neçə  ümumi  qaydalara  tabe  olur.  Müxtəlif 

sistemli  dillərdə  pilləli  tipologiyanın  hədəf  nöqtələrindən  biri  olan  köksöz 

yuvaları  aktual  sayılır.  Söz  yaradıcılığı  qaydaları  derivasiya  prosesində 

düzəltmə sözlərin modelləşməsi xüsusiyyətlərini təsvir edir, bu prosesi dai-

milik: qeyri daimilik, produktiv, qeyri produktivlik baxımından xarakterizə 

edir, morfemlərin uyuşmasını və onların morfoloji dəyişmələrini göstərir, fo-

netik, morfoloji, semantik və praqmatik məhdudiyyətləri ifadə edir.  

Söz yaradıcılığı nəzəriyyəsinin əsas anlayışları bunlardır:  



Filologiya məsələləri, №4, 2017 

 

86



1.  Motivasiya  anlayışı.  Bu  anlayış  düzəltmə  və  mürəkkəb  sözlərin 

mənalarının  onları  yaradan  sözlərlə  sıx  semantik  əlaqəsini  bildirir.  Söz 

yaradıcılığı  aktında  bir  qisim  vahidlər  motivasiya  mənbəyi  kimi  çıxış  edir, 

digər vahidlər isə nəticəyə yönəldilmiş olur.  

2.  Düzəltmə  sözlərin  yaradılması  anlayışı.  Bu  anlayışların  söz 

yaradıcılığında  istifadə  edilməsi  düzəltmə  sözlərə  xüsusi  struktura  malik 

vahid  kimi  yanaşmağa  xidmət  edir.  Bu  vahidin  daxili  strukturu  onun 

məzmununu  tam  ifadə  edir.  Bu  zaman  düzəltmə  sözün  əsasında  duran  söz 

motivasiya edilmiş sözlərə birbaşa işarə edəcəkdir.  

3. Söz yaradıcılığı qaydası anlayışı. Bu söz yaradıcılığı nəzəriyyəsinin 

ən əsas anlayışı sayıla bilər. Bu anlayış istər rus dilçi-alimləri (Kubryakova, 

Uluxanov  və  başqaları),  istərsə  də  xarici  dilçilər  (M.Aronov,  F.Plank, 

V.Dresler,  S.Skalize  və  başqaları)  tərəfindən  öyrənilmişdir.  Bu  anlayış 

düzəltmə sözlərin morfoloji strukturunun yaradılması zamanı və onların yeni 

məna ifadə etməsi zamanı meydana çıxan qanunauyğunluqları ifadə edir. 

 Morfololi  paradiqmlər  kimi  kök  söz  yuvalarının  da  daimi  üzvləri 

(yaradıcı  əsas)  və  dəyişən  üzvləri  (derivasion  affikslər)  mövcuddur.  Söz 

yaradıcılığı  nəzəriyyəsinin  formalaşması  prosesi  bir  neçə  mərhələdən 

keçmişdir.  Bu  mərhələlərin  hər  biri  bu  və  ya  digər  yanaşmaların  ön  plana 

çəkilməsi  ilə  xarakterizə  olunur.  Birinci  yanaşma  morfoloji  yanaşmadır. 

Morfoloji  yanaşma  zamanı  sözün  yaranmasında  minimal  yaranma  vahidi 

morfem götürülür. Bu mərhələdə söz yaradıcılığı ancaq morfologiyanın bir 

istiqaməti kimi araşdırıldı. Bu baxımdan aşağıdakı misallar maraq doğurur: 

1) "аl", "аllıq", "аllаnmаq", "аllаndı""; 2) "кöк" - "кöкəз" - "; "кökçin"- 

"кökla";  кökşin"  кöküsckan"  -  "göyərçin”;  3)  "qаrа",  "qаrаqu",  "qаrаnqu", 

"qаrаnquluq", "qаrаq"; "qаrаnqi" , "qаrаr" , "qаrаriq"; "qаrаrt" və s.. (ağımt-

raq) - аğ"- (acımtraq) - "аcı", (sarımtraq) - "sarı"; "qırmızımtıraq” "qırmızı” 

kimi sözlər də Azərbaycan dilində uğurla işlənirlər. 

Göründüyü  kimi,  dilin  daxili  quruluşunu,  dil  səviyyələrini,  dildə 

ümumi  əlaqələrin  tiplərini  və  digər  dilçilik  səpgili  məsələləri  araşdırmaq 

ücün  dilçilik  elmində  differensasiya  prosesi  sürətlənmiş  və  bu  proseslə 

paralel olaraq müxtəlif dilçilik elmləri arasında olan inteqrasiya əlaqələri də 

güclənmişdir. Eyni zamanda bu proses həmişə digər elm sahələri ilə də sıx 

əlaqədə  olaraq  fəlsəfə,  tarix,  etnoqrafiya,  məntiq,  psixologiya  və  sair  kimi 

elmlərlə  inteqrativ  əlaqələri  sıxlaşdırmışdır.  Fikrimizcə,  elə  bu  səbəblərə 

görə  də  bu  gün  dilçilik  elminin  inkişaf  etməsi  geterogen  tipli  mürəkkəb 

sistemin  fəaliyyətinin  bütövlüyünün  dərk  olunması  kimi  bir  təməl  prinsipə 

əsaslanmalıdır. 

Azərbaycan  dilində  təkhecalı  sözlər,  əsasən,  həm  də  söz  kökləridir. 

Belə  ki,  dilin  lüğət  tərkibinin  vahidi  olan  sözlər  leksik-qrammatik  müəy-




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə