118
Prezidentinə və Baş Nazirinə məlumat verir. Fövqəladə vəziyyətin qüvvədə olduğu
müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün təhlükəli olan
rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına
əsasən həyata keçirilir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan
və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra
hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onların tabeliyi
üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat
prinsipi — fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali
təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların
obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini
nəzərdə tutur.
Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin
işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə
mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən
köçürüldüyü rayona aparılırlar.
Qalan əhali isə ərazi prinsipi üzrə — yaşayış yerlərindən köçürülür.
Köçürmənin aşağıdakı növ üsulları vardır:
• Piyada üsul (əsas);
• Bütün növ nəqliyyat vasitələri ilə;
• Kombinasiyalı üsul.
Köçürüləcək əhalinin sayı nəqliyyatın vasitəsinin və nəqliyyat şəbəkəsinin
olmasından, onun buraxma imkanından və d. şərtlərdən asılı olaraq köçürmə
komissiyası tərəfindən müəyən edilir. İlk öncə tibbi müəssisələr, uzaq məsafələri
piyada gedişlə qət etmək imkanı olmayan şəxslər (hamilə qadınlar, 14 yaşına kimi
uşağı olan qadınlar, laborator şəraitdə müalicə olunan şəxslər, 65 yaşından böyük
kişilər və 60 yaşından böyük qadınlar), və həmçinin, öz fəaliyyətini fövqəladə
halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları
köçürülürlər. Qalanları isə piyada köçürülür
Köçürülənləri uzaq məsafəyə daşımaq üçün əsasən nəqliyyatdan istifadə
edilir. Köçürmə üçün istifadə olunan nəqliyyat vasitələri müxtəlif ola bilər: Avto
119
(şəxsi), dəmiryol, su və hava nəqliyyatı. Sərnişin nəqliyyatından da əlavə yük
maşınlarından, yük qatarlarından, yük təyyarə və gəmilərindən də istifadə olunur.
Nəqliyyat vasitələrindən ibarət maşın qatarı pərakəndə şəkildə deyil, 25-30
maşınlıq sıra ilə və dövlət yol polisinin müşaiyəti ilə hərkət edir.
Hərəkət zamanı dayanacaqlarda icazəsiz maşından maşına, qatardan qatara
keçmək qadağandır. Qəbuletmə məntəqələrinə çatdıqdan sonra maşınlardan
düşürülmə maşın qatarının rəhbərinin icazəsi ilə həyata keçirilir.
Əhalini piyada üsulla köçürməsi yollar, yol kənarları və yoldankənar qeyd
olunmuş marşrut üzrə həyata keçirilməlidir. Piyada sıraları idarələrdə
(müəssisələrdə, ərazi üzrə müəyyən yerlərdə) təşkil olunur. Onların sayı müxtəlif
ola bilər. Sıra, idarəedilməsini asanlaşdırmaq məqsədilə sex kollektivləri və digər
istehsal dəstələri olaraq 20-30 nəfərlik qruplara ayrılır. Hər sıraya bir rəhbər, hər
bir qrupa isə cavabdeh təyin edilir.
120
Hərəkətin orta surəti 4 km/saat-dan artıq olmur. Hər 1 - 1.5 saatdan sonra
10-15 dəqiqəlik istirahət, yolun yarısını qət etdikdən sonra isə 1 – 2 saatlıq böyük
istirahət nəzərdə tutulmalıdır.
Hərkət zamanı köçürülənlər müəyyən olunmuş qaydalara riayət
etməlidirlər:
sıranın rəhbərinin bütün göstərişlərini yerinə yetirməli;
sıranı icazə olmadan tərk etməməli;
tibb xidməti tərəfindən yoxlanılmayan mənbələrdən su içməməli.
Gecə hərəkət edən zaman sıradakı qonşuların geri qalmamasına, istirahət
zamanı yatıb qalmamasına nəzər yetirilməlidir.
Əhalinin köçürülməsinin əsas üsullarından biri kombinasiyalı üsuldur, bu
zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat
vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən
vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin
siyahısından ibarətdir.
Köçürmə düzgün təşkil etmək üçün vaxtında əhalini xəbərdar etmək
lazımdır. Qabaqcadan müəyyən olunmuş plana əsasən obyektlərin xəbərdar
edilməsi MM və FH idarəsi yerli rabitə xətləri, qoşulmuş səsucaldanlar və digər
texniki və hərəkətli əlaqə vasitələri ilə həyata keçirilir. Köçürülmə barədə əhali
xəbərdar olunduqda dərhal hazırlanmalıdırlar. Onlar özləri ilə ən vacib olanları
götürməlidirlər. Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt paltarı,
yataq ləvazimatı, şəxsi sənədlər (pasport, hərbi bilet, nigah haqqında
şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnaməsi, təqaüd kitabçası, pul)
və bundan əlavə 2-3 günlük qida və içməli su götürürlər. Tez xarab olmayan,
saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət
bişirilməsi) tələb olunmayan ərzaq növləri - konserv konsentrat, qurudulmuş
çörək və s. məhsullar götürmək daha yaxşıdır.
Köçürülən yaşlı adamlar sənədlərdən: şəxsiyyət vəsiqəsi, hərbi bileti,
əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı),
evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə
götürməlidir.
Dostları ilə paylaş: |