Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 

37

Məsrəflərin  və  nəticələrin  uçotunun  ikini  variantı  əslində  “direkt-kostinq” 

sisteminin  əsas  ideyasının  tətbiqini  nəzərdə  tutur.  Başqa  sözlə  desək,  bu  varianta 

görə  ümumi  məsrəflər  onların  istehsalat  və  kalkulyasiya  proseslərinin  qarşılıqlı 

əlaqəsinin  əlamətləri  üzrə  bölünür.  Daha  konkret  desək,  bu  zaman  məhsulların 

maya  dəyəri  tam  olmayan,  məhdud  məsrəf  daşıyıcıları  üzrə  kalkulyasiya  olunur. 

Respublikanın uçot tarixində ilk dəfə olaraq məhsulların (iş və xidmətlərin) maya 

dəyərinin  kalkulyasiya  edilməsində  uzun  illər  ərzində  təşəkkül  tapan  ənənənəvi 

metoddan kənaolaşmaq üçün şərait yaranmışdır. 

Baxmayaraq ki, bizim uçot ədəbiyyatında istehsal məsrəflərinin uçotunun hər 

iki variatı haqda söhbət gedir.  kinci variantın tətbiqi istehsal məsrəflərinin uçotu 

sisteminə  heç  bir  prinsipial  dəyişiklik  gətirmir.  Bu  variant  əslində  kalkulyasiya, 

uçot,  maliyyə  nəticələrinin  hesbalanması,  xüsusən  də  məhsul  (iş  və  xidmətlərin) 

satışından  əas  maliyyə  nəticələri  haqda  mövcud  uçot  konsepsiyasını  kardinal 

şəkildə dəyişdirir. 

kinci variant son illərdə demək olar ki tətbiq olunmur. 

Uçot  siyasətini  qəbul  edən  zaman  digər  müüm  ünsür  uçotda  məhsul 

buraxılışının uçotu üçün 701 “Satışın maya dəyəri” adlı hesabda istifadə olunması 

imkanları  sayılır.  701-ci  hesabın  tətbiqinə  dair  göstəricilər  tövsiyyə  xarakteri 

daşımır.  Hazır  məhsulların,  yerinə  yetirilən  işlərin  və  görülən  xidmətlərin  cari 

uçotunu plan və yaxud normativ maya dəyəri ilə təşkil edən müəssisələrdə 701-ci 

hesabın tətbiqini məqsədəuyğun saymaq olar. 

Hesabat  dövrünün  sonunda  bitməmiş  istehsalın  həcmi  müəyənləşdirildikdən 

sonra  anbara  təhvil  verilən  hazır  məhsulların  və  yaxud  görülən  iş  və  xidmətlərin 

həqiqi maya dəyəri hesablanılır. Bu əməliyyatda uçot belə qeydə alınır: 

Beləliklə,  701-ci  hesabın  həm  debetində,  həm  də  kreditində  eyni  həcmdə 

məhsul  (iş  və  xidmətlər)  aşağıdakı  iki  qiymətlə  əks  olunur:  debetdə  həqiqi  maya 

dəyəri, krkditdə isə normativ (plan) maya dəyərilə, 701-ci hesabın debet və kredit 

dövriyyələrini  üzləşdirməklə,  həqiqi  maya  dəyərinin  normativ  (plan)  maya 

dəyərindən kənarlaşması məbləği müəyyənləşdirilir. Aradakı fərq ya əlavə yazılış, 

ya da storno üsulu ilə 701-ci hesabdan 601-cı hesabın debetinə silinir. 



 

38

Məsrəflərin uçotunun və məhsulların maya dəyərini kalkulyasiyasının hər iki 

vriantında (tam maya dəyəri ürə və yaxud yalnız istehsal maya dəyəri üzrə) tətbiq 

oluna  bilər.  Qərb  ölkələrindəki  “standart-kost”  sistemi  ilə  eyni  olan  normativ 

uçotunun təşkilinin əlaməti olmaqla, 701-ci hesab, hər iki variantı nəzərə almaqla 

artıq  bu  gün  müəssisələrin  mühasibat  uçotunda  “direkt-kostinq”  sisteminin 

elementlərini inteqrasiya etməyin real imkanlarına malikdir. 

Normativ metodu isə bizim uçot praktiklərimiz tərəfindən kifayət qədə yüksək 

səviyyədə  işlənib  hazırlanmışdır.  701-ci  hesabın  başlıca  xüsusiyyəti  bundadır  ki, 

əm  anbarda  olan  hazır  məhsullar    və  yola  salınan  məhsullar    balansda  normativ 

(plan) maya dəyərilə qiymətləndirilir. 

Bunu  materiallar  haqqında  da  demək  olar.  Belə  ki,  son  illərdə  respublika 

müəssisələrinə  malik  olduqları  materialları  müxtəlif  cür  qiymətləndirməyə  imkan 

verilmişdir.  

Qüvvədə olan normativ sənədlərə görə istehsalın kütləvi və seriyalı tipi olan 

müəssisələrdə bitməmiş istehsalın qalığını balansda normativ (plan) istehsal maya 

dəyərilə  və  yaxud  müstəqim  xərc  maddələri  üzrə,  habelə  xammal,  material  və 

yarımfabrikatların dəyəri üzrə əks etdirməyə icazə verilir. 

Beləliklə,  uçot  siyasətinin  bir  ünsürü  kimi  variantlılıq  və  müasir  mərhələdə 

uçotun  liberallaşmasının  təzahürü  Azərbaycanda  idarəetmə  uçotunun  təşəkkül 

tapmasının ən mühüm şərtlərindən birisi hesab olunur. 

 

 



2.3. Azərbaycanın uçot praktikasında idarəetmə uçotunun  

“Direkt-kostinq” sisteminin rolu 

 

Müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətinin  mühasibat  uçotunun  hesablar 



Planı müəssisələrin ümumi mühasibatının xarici (maliyyə) və daxili (idarəetmə və 

yaxud istehsalat) uçota bölünməsinə potensial imkanlar yaradır. Hesablar Planının 

tətbiqi üzrə Standartda qısa olaraq belə deyilir: “Məsrəflərin baş verdiyi yerlər və 

digər əlamətlər üzrə qruplaşdırılması, habelə kalkulyasiya uçotu hesabların ayrıca 




 

39

sistemi  ilə  həyata  keçirilə  bilər”.  Bu  heablardan  istifadənin  metodikası  və  tərkibi 

istehsalın  xüsusiyətlərindən  asılı  olaraq  müəssisələr  tərəfindən  müəyyənləşdirilir. 

stehsal  xərclərinin  və  gəlirlərin  maliyyə  və  istehsalat  uçotunun  hesablarında  əks 

etdirilməsi variantları prof. V.F.Paliy tərəfindən hesablar Planının şərhində ətraflı 

təsvir olunmuşdur. 

Uçotun  yeni  metodologiyası  müəssisələrə  aşağıdakıları  həyata  keçirməyə 

imkan verir: 

1.

  Hesabat dövrü üçün seçilən uçot siyasəti çərçivəsində geniş mənada özünün 



uçot variantını tətbiq etmək; 

2.

  Qərb ölkələrinin bazasında idarəetmə uçotu, kontrollinq və s. sahələrdə elmi 



araşdırmalar aparmaq və s. 

Qeyd  etdiyimiz  kimi  yeni  uçot  metodologiyası  “direkt-kostinq”  sisteminin 

qərb  metodunun  ünsürlərindən  istifadə  etməyə  prinsipial  imkan  yaradır.  Bu 

sistemin əsasını müstəqim (dəyişən istehsalat) və dövrü (daimi) məsrəflərin, habelə 

tam olmayan (məhdud) maya dəyərinin kalkul 

asiyasının  ayrılıqda  uçotu  təşkil 

edir.  Perspektivdə  qarşıda  duran  başlıca  vəzifə  hansı  müəssisələrdə  idarəetm 

uçotuu 


“direkt-kostinq” 

sisteminin 

ünsürləri 

ilə 


təşkil 

etməyin 


məqsədəuyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. 

Xüsusi  tədqiqatlar  aparmadan  belə  keçid  dövründə  müəssisələrdə  “direkt-

kostinq”  sisteminin  ünsürlərinin  tətbiqinin  sərhədləri  haqda  müəyyən  nəticələr 

çıxarmaq olar. 

“Direkt-kostinq”  sisteminin  iki  başlıca  üstünlüyünü  qeyd  etmək  istəyirik. 

Birincisi uçotun əmək tutumunun aşağı salınması və sadələşdirilməsi. Bu üstünlük 

kiçik müəssisələrdə uçotun təşkili zamanı həyata keçirilir.  

kinci  xüsusiyət  öz  məzmununa  görə  birincisini  istisna  edir  və  idarəetmə 

uçotuun  müstəqil  sistemini  yaradır.  Təcrübə  götərir  ki,  maya  dəyərinin  idarə 

olünmasının daxili sisteminin yaradılması kifayət qədər baha başa gəlir və maliyyə 

nöqteyi-nəzərindən sabit müəssisələrin gücü daxilindədir. 

Məsrəflərin  və  nəticələrin  uçotunun  təşkili  variantlarının  seçilməsi 

müdriyyətin  səlahiyyətlərinə  aiddir.  Hazırda  bizim  fikrimizcə,  variantların 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə