Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə59/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   55   56   57   58   59   60   61   62   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

887



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bertrambelə güman etmişlər ki,  bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada 

və  Şveysariya dağlarında mövcud  olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parijin 

darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qaraba-

ğın dağlarında kəsrətlə mövcuddur  və  bu nəbatatın mahiyyətini,  təhqiq  və xəvassını  təcrübə  

ilə müşəxxəs edib, o  xüsusda əttibanın istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm.  

“Müsyö Jordan real  tarixi şəxsiyyətdir.  Aleksis Jordan (1814-1879) həqiqətən görkəmli 

fransız nəbatat alimi olmuşdur.  M.F.Axundzadə real prototip əsasında Qərbi Avropa alimləri-

nin bədii obrazını yaratmışdır.” Bu əsər  həm də vaxtilə  Avropanın ən məşhur alimlərinə Qa-

rabağın Azərbaycan  torpağı olduğunun məlum olmasının sübutudur.  

İncir fitonimi dilçilikdə araşdırmalar üçün geniş imkanlar verir, latıncası “Fikus”dur. 

Fitoterapiya da da fitonim adlarına çox rast gəlinir. Lakin dilçiliyi fitonimlərin məcazi, 

başqa sözlə, ekspressiv tərəfi daha çox maraqlandırır.Səbəbi dili zənginləşdirməsidir, hərfi 

mənanı kənara qoyub, ekspressivliyi göz önündə  tutduqda, fitonimlərin dilə özünü ifadə üçün 

geniş imkanlar qazandırdığı  məlum olur. Türkiyə türkcəsində “ocağına incir ağacı dikmek” 

deyimi Azərbaycan türkcəsində  “əncir ağacının altında yatmazlar”, “əncir ağacının altında 

oturmazlar kimi” ifadələrlə  bərpa olunur. Səbəbi bu ağacın yarpaqlarının xüsusi yağ ifraz 

etməsidir ki, bu yağın verdiyi ağırlıq tənəffüsə çətinlik törədir. Bundan başqa, bunun digər bir 

izahı əncirin köklərinin dağıdıcı fəaliyyətilə əlaqədardır. 

Bəs, əncir ağacı hansı səbəbdən bir çöküşün, yox olmanın  tərk edilmişliyinhekayələrinə 

mövzu olur? 

Bu toxum quşlar vasitəsi ilə hər yerə yayıla bilirlər. İstifadə edilməyən, tərk edilmiş bir 

məkana bir əncir toxumu düşdüsə, bir müddət sonra ağaca çevrildikcə, köklər yayıldıqca, 

əncir ağacı yetişən məkanlar xarabaya çevrilir. 

Köklərin torpağın içərisində  sərt zəmində irəliləyib uzana bilməsini  əkinçilik kitabları 

belə açıqlayır: Ağacların kök uclarındakı  qisimdə elə bir turşu ifraz olunur ki, o nazik 

görünən köklər nəinki torpağı, önünə gələn daşı belə deşər keçər . 

“Fikus” Banyam növü (Benqalda yetişir) öz budağından aşağıya kök endirir və bu 

torpağa uzanması incirin dağıdıcı yönünü göstərir və yaranan bu deyimləri izah edir. 

Əncir Quranda da adı keçən və üzərinə and verilmiş meyvələrdən biridir. Quranda 

93Duha, 94 İnşirah, 95 Tin surelerinde incire ve zeytuna and olsun deyə keçər (Tin surəsi 

"əncirə və zeytuna and içirəm ki ..." deyə bağlamaqdadır).  Hədislərdə də geniş bəhs olunub. 

“Əncir yemək, bağırsaq xərçəngini önləyər”. 

Surənin adı olan "tin" də, "əncir" deməkdir. Təfsirçilər bu meyvələrə and edilməsini, 

ümumiyyətlə,belə açıqlayıblar: "İnsanoğlunun yaşaması üçün lazımlı maddi qidaların  ən 

əhəmiyyətliləri  şirin, duzlu, yağlı  və yağsız yeməklərdir.  İncir və zeytun bu xüsusiyyətləri 

ehtiva edən nümunə bir qida olmasından ötəri özlərinə and edilmiştir.  İncirin insan həyatı 

üçün həm qida, həm dərman, həm meyvə, həm də ticarət baxımından bir çox faydası vardır". 

Peyğəmbərimiz (s.ə.s) də  əncir haqqında: "Əncir yeyin. Əgər dünyada cənnətdən bir 

meyvə olduğunu söyləsəydim, bunun əncir olduğunu söyləyərdim, çünki cənnət meyvələrinin 

çəyirdəyi olmaz. " "Əncir yeyin, çünki o basili kəsər, ayağın oynaq yerlərindəki ağrıları yox 

edər." "Hər kim ürəyinin rahat işini istərsə, əncir yeməyə davam etsin." demişdir . 

Bəzən, aldım bir dənə, açdım min dənə” ifadəsinə uyğun olaraq narla  müqayisə olunan 

əncir, nara heç bənzəmir, əslində. Çünki narın içindəki dənələr bir çiçəkdən yetişdiyi halda, 

əncirin içindəki yüzlərcə toxumun hər birini bir çiçək əmələ gətirir . 

Ekspressiv cəhətdən əncirin daha çox yönü məlumdur, lakin burada qısaca bəhs olunub. 

Türkiyə türkcəsindəki “incir çəkirdəyini doldurmayacak ... ” ifadəsi kimi. 

 

 



 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

888



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“DƏDƏ QORQUD KİTABI”NDA HƏDİYYƏ FORMULU 

 

Nizami ADIŞİRİNOV 

AMEA Folklor İnstitutu 



adisirinov1983@mail.ru 

AZƏRBAYCAN

 

 

“Dədə Qorqud kitabı”nın poetik strukturunun əsasında duran əsas formulları, sabit, də-



yişməz qəlib ifadələri aşkarlamaq milli-mənəvi varlığımızın tarixi-semantik mənzərəsini ay-

dınlaşdırmaq baxımından böyük nəzəri-təcrübi  əhəmiyyət daşıyır. Bu, eyni zamanda bizə 

ümumtürk epik dastan yaradıcılığının əsasında duran əsas “genetik” eyniliyi, struktur oxşarlı-

ğını daha dəqiq müəyyənləşdirmətə imkan verəcəkdir. Bu “genetik” eynilik türk dastan yara-

dıcılığının əsas “onurğa sütunu”nu təşkil etməkdədir. 

 “Dədə Qorqud kitabı”nda Semantik prinsip əsasında formalaşan formullardan biri də 

Hədiyyələşmə formuludur. Dastanda bu formula bir sıra məqamlarda fərqli ifadə tərzində rast 

gəlinir. Bu formula dastan boylarında “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda rast gəli-

rik. Baybörənin oğlu bazırganların mallarını kafirlərin əlindən xilas etdikdən sonra bazırgan-

lar razılıq əlaməti olaraq Beyrəyə hədiyyə vermək istəyirlər: “Boz oğlan yetdi. Bir-iki dimədi, 

kafirlərə  həp qılıc vurdu. Baş qaldıran kafirləri öldürdi, qəza eylədi. Bazırganların malın 

qurtardı. Bazırganlar  aydır: “Bizə sən ərlik işlədin. Gəl imdi bəyəndiyin maldan al” – dedilər. 

Yigidin gözü bir dəniz qulunu boz ayğırı tutdu, bir də altı pərli gürzi, bir də ağ tozlu yayı”. 

Boyun digər bir yerində yenə “hədiyyə” formulunun şahidi oluruq: “Beyrək  xan dəxi oxın 

atdı, dibinə gərdəyin dikdi. Adaqlusundan  ərgənlik bir qırmızı qaftan gəldi, Beyrək geydi”. 

Dastan boylarında igidlik göstərərək ad qazanan qəhrəmanlara ataları  tərəfindən, 

Bayındır  xan tərəfindən gözəl, iltifatlar edilir, hədiyyələr verilir. “Dirsə xan oğlu Buğac 

boyu”nda  Buğac Bayındır xanın buğasını öldürüb igidlik göstərir: “Oğuz bəgləri gəlüb oğla-

nın üstinə yığnaq oldular, əhsən dedilər. Dədəm Qorqut gəlsin, bu oğlana ad qoysun, biləsincə 

alub babasına varsun, babasundan oğlana bəglik istəsin, taxt alı versin”- dedilər. Dədə Qorqud 

oğlanın babasını soylamış, görəlim, xanım, nə söyləmiş-aydır: “Hey Dirsə xan, bəglik vergil 

bu oğlana. Taxt vergil, ərdəmlidir! Boynu uzun bədəvi at vergil, binər olsun, hünərlidir! 

Ağayıldan tümən qoyun vergil bu oğlana,  şişlik olsun, ərdəmlidir! Qaytabanda qızıl dəvə 

vergil bu oğlana. Yüklət olsun, hünərlidir! Altın başlı ban ev vergil, bu oğlana. Kölgə olsun, 

ərdəmlidir! Çigin quşlu cübbə, don vergil bu oğlana, geyər olsun, hünərlidir! Dirsə xan oğlana 

bəglik verdi, təxt verdi”. (Vatikan nüsxəsi: “Oğuz bəgləri gəlib oğlanın üzərinə yığıldılar və 

təhsinlər etdilər. Çağırın Dədəm Qorqud gəlsin bu oğlana ad qosun, bəglik, taxt alı versin-

dedilər. Ol zamanda bir oğlan baş kəsüb qan dökməsə ad qomazlardı. Öylə olsa Dədə Qorqut 

gəlür oldu. Oğlanı alub babasına vardı. Dədə Qorqut soylamış, nə soylamış. Aydır: Dirsə xan, 

oğluna bəglik vergil, taxt vergil. Boynu uzun bədəvi at vergil bu oğlana. Binid olsun 

hünərlidir. Ağayılda tümən qoyun vergil bu oğlana. Şişlik olsun ərdəmlidir. Qaytabanda qızıl 

dəvə vergil bu oğlana. Yüklət olsun hünərlidir. Altun başlı ban ev ver bu oğlana. Kölgə olsun 

ərdəmlidir. Çigni quşlu cübbə ton ver bu oğlana. Geyər olsun hünərlidir. Bəglik vergil bu 

oğlana, taxt vergil. Dirsə xan oğluna bəglik verdi, taxt verdi”). 

 “Salur  Qazanın evinin yağmalandığı boy”da da hədiyyə vermə formulunun şahidi 

oluruq: “...Yedi gün, yedi  gecə yemə-içmə oldu. Qırq baş qul, qırq qırnaq oğlu, oğlu Uruz 

başına azad eylədi. Cılasın qoç yigitlərə qalaba ölkə verdi, şalvar, cübbə, cuxa verdi”. 

“Baybörə bəg oğlu Bamsı Beyrək boyu”nda da, hədiyyəvermə formuluna təsadüf edirik. 

Oğuz igidləri düşmən hasarına hücum edir. Kilsəsini dağıdıb yerinə məscid  inşa edirlər.  Əziz 

Tanrı adına xütbə oxudurlar. Bundan  sonra  “quşun ala qatını, qumaşın arusını, qızın gögcə-

gini, doquzlama çırğab çuxa xanlar xanı Bayındıra  pəncik çıqardılar”.(Vatikan nüsxəsi: “Qu-

şun ala qatını, qumaşın yaqşısını, qızın gögcəgini Bayındır xana pəncik çıqardılar”). 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə