Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə55/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   51   52   53   54   55   56   57   58   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

879



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dan doğulmağı məsləhət görür. Dəyanətin teyfi Vəliəhdin daxili səsi, vicdanın səsi kimi çıxış 

edib, onu addımbaşı izləyir, onu insan kimi formalaşdırmaq üçün əzablı yollardan keçməyə 

səsləyir. 

B.Vahabzadə yaradıcılığına xas olan lirik özünütəhlil “Fəryad”da qüvvətlidir. Şair üçün 

insan onun daxili aləmi, hiss və həyacanları olduqca maraqlı bir tədqiqat obyektidir.Onun fa-

ciəsinin əsası da daxilindən gəlir. Nəticə etibarilə insanın ən kəskin rəqibi yenə onun özüdür. 

B.Vahabzadənin pyesindəki “ikinci səs”, “teyf” həmin bu daxili mübarizəni şərtləndirən ədəbi 

priyomlardandır. 

Əsər B.Vahabzadənin yaradıcılığının qanunauyğun davamı  və inkişafı  mərhələsidir. 

Əvvəlki əsərlərdə yazıçının irəli sürdüyü problemlər burada daha qabarıq, daha cəsarətlə ve-

rilmiş, şirin qələmi daha kəsərli olmuşdur. Şair onu müasir mövzuda yazdığı əsərlərdə düşün-

dürən eyni motivləri tarixi mövzunun materialında nəinki yalnız davam etdirir, üstəlik onları 

keçmişin mənəvi-əxlaqi təcrübəsinin dərsləri ilə daha da ümumiləşdirməyə, onlara bədii-fəl-

səfi yekunlar vurmağa cəhd göstərir. 

“Yollara iz düşür” əsərinin Əlixanı təqib edən usta Nicatın kölgəsi kimi Dəyanətin teyfi 

öz istəyinə, öz məramına çatır. Vəliəhd yüksək ideallara can atan insanlara nəinki kömək 

etməyə çalışır, onların yolunu tutmaqdan da çəkinmir. 

B.Vahabzadə öz qəhrəmanlarını gözlənilməz vəziyyətə salmağı xoşlayır.Bu vaxt onların 

daxili keyfiyyətləri daha çox üzə çıxır. 

Şairin dramaturgiyasında daha bir mükəmməl uğuru “Hara gedir bu dünya?” dramıdır. 

Şairin “ikinci səs”priyomu dramından da yan keçməmişdir. Bütöv yaradıcılığında möhür vur-

muş bu üsul “Hara gedir bu dünya?” pyesində mükəmməl işlədilmişdir. Belə ki, əsərin baş 

qəhrəmanı olan Laçının vicdanın səsi Ulu Əcdaddır. Bu dramda Ulu Əcdad təkcə Laçının vic-

danının səsi deyil. Əslində şair bu obrazla hər birimizin vicdan səsinə işarə edir. Əslində de-

yildiyi kimi, o, tariximizin, qan yaddaşımızın səsidir. Burada əsərin qəhrəmanı ikiləşir.Uu 

Əcdad obraz şəklində Laçının gözlərinə görünür, onunla mübahisəyə girişir. Bu mübahisədə 

həyat və onun tələbləri, şöhrət hissi, cəmiyyətdə mövqe tutmaq arzusu ilə insanlıq, mərhəmət

vicdan üz-üzə gəlir. Bu, əlbəttə baş qəhrəmanın daxili faciəsidir.  

B.Vahabzadənin demək olar ki, bütün dram əsərlərində dramatizm əsasən obrazların 

daxili çəkişməsində özünü göstərir. 

 

 

MİRZƏ İBRAHİMOV GÖRKƏMLİ ALIM, ƏDƏBİYYATŞÜNAS KİMİ 

 

Aygül ƏLİMƏRDANOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

aygul.elimerdanova@mail.ru 

AZƏRBAYCAN 

 

XX əsr ədəbiyyatımızın unudulmaz simalarından biri kimi tanınan,  Azərbaycan xalqı-



nın dövlətçilik və ədəbi- bədii fikir tarixində müstəsna rolu olan görkəmli yazıçı, dramaturq, 

publisist, ədəbiyyatşünas alim və fəal ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov yaradıcılığa 

30- cu illərin əvvəlindən başlamışdır. 1930- cu ildə “Qazılan buruq” adlı ilk şeiri və “Zəhra” 

adlı ilk hekayəsi çap olunan nasir ardıcıl olaraq geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşı-

lanmış və başqa dillərə tərcümə olunmuş nəsr və dram əsərləri yazmışdır. Onun “Gələcək gün”, 

“Böyük dayaq”, “Pərvanə” romanları, “Həyat”, “Kəndçi qızı”, “Yaxşı adam” pyesləri Azər-

baycan ədəbiyyatı tarixində özünəməxsus yer tuta bilmişdir. İstər hekayə, povest və roman-

larında, istərsə də pyeslərində dövrün və zamanın mənzərəsi dolğun əks olunur, yaratdığı ob-

razlar öz həyatiliyi ilə seçilirdi.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

880



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Qələm sahibi ədəbiyyatşünaslıq sahəsində də enilməz nüfuz qazanmışdır. Bədii əsərlərin-

də forma axtarışları, orijinal üslubu, tipikləşdirmə bacarığı və fərdi sənətkarlıq imkanı aydın 

nəzərə çarpdığı  qədər həmin prinsiplər bir nəzəriyyəçi alim kimi də onun tənqidi- estetik 

tədqiqatlarında özünü büruzə verirdi.Yaradıcılığa başladığı illərdən bəri ardıcıl olaraq realizm 

və onun inkişaf mərhələləri, realizm və onun romantika ilə qarşılıqlı əlaqəsi, sənətkarlıq, ide-

yalılıq və xəlqilik, ənənə və novatorluq və s. problemlərlə məşğul olaraq bir nəzəriyyəçi, ədə-

biyyat tənqidçisi və tədqiqatçısı kimi tanınmışdır. Onun “Ədəbi qeydlər”, “Xəlqilik və realizm 

cəbhəsindən”, “Sənətdə həyatilik və xəlqilik”, “Böyük şairimiz Sabir”, “Böyük satira ustası”, 

“Gözəlliyin qanunları ilə”, “Yaradıcılıq vəzifələrimiz”, “Novatorluq və  xəlqilik”, “Aşıq po-

eziyasında realizm”, “Sosialist realizmi haqqında”, “Ədəbiyyatımız yeni vəzifələr qarşısında”, 

“Yaradıcılığın qaynar bulağı”, “Həyat və  ədəbiyyat” və s. monoqrafiya və  məqalələri 

ədəbiyyatşünaslığın və ədəbi tənqidi fikrin inkişafına ciddi təsir göstərmişdir. 

Mirzə  İbrahimov fəaliyyəti boyu ədəbiyyatşünaslıq elminin tədqiq olunmasına çalış-

mışdır. O, Nizami adına Dil və  Ədəbiyyat  İnstitutunda işlədiyi dövrdə üçcildlik “Cənubi 

Azərbaycan antologiyası” nın tərtib olunmasına rəhbərlik etmiş, çoxcildlik “Azərbaycan ədə-

biyyatı tarixi” nin yaranmasında böyük rol oynamışdır. Həmçinin klassik ədəbiyyatın tədqiqi 

problemləri ilə məşğul olmuş, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üze-

yir Hacıbəyov, Hüseyn Cavid, Cəfər Cabbarlı və b. haqqında elmi məqalələr yazıb dərc etdir-

mişdir. 1939- cu ildə isə onun Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına  həsr etdiyi 

“Böyük demokrat” adlı nəzəri əsəri çap edilmişdir. Alim  Azərbaycan ədəbiyyatşünaslığının 

uğurlu və  əlamətdar hadisəsi kimi qiymətləndirilən tədqiqat  əsərində  Cəlil Məmmədquluza-

dənin ayrı- ayrı janrlarda yazdığı əsərlərini böyük sənətkarlıqla təhlilə cəlb etmişdir. Ədib bu 

monoqrafiyasında  Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs edərkən onu yalnız bir 

yazıçı kimi deyil, həm də Azərbaycan mətbuatı tarixində böyük və istedadlı bir jurnalist kimi 

dəyərləndirmiş, o cümlədən Azərbaycan mətbuatının “Molla Nəsrəddin”ə  qədərki inkişaf 

yoluna nəzər salmışdır. O, əsər boyu Cəlil Məmmədquluzadə haqqında yüksək fikirlərinə da-

vam etmiş və həmin şəxsiyyətin  bu gün də  yaşamasında təkcə yazdığı əsərlərinin, satirasının 

rolunu qiymətləndirməklə kifayətlənməyib,  eyni zamanda bunu onun meydana atdığı bir çox 

ictimai fikirlərin hələ də öz aktuallığını, yeniliyini itirməməsində görürdü. Monoqrafiyada alim 

tarixilik prinsipini əsas götürərək klassik irsə münasibət bildirmişdir. O, Azərbaycan ədəbiyyatı 

tarixinin ilk olaraq Füzuli və yaxud Vaqiflə başlandığını irəli sürən iddialarla razılaşmayıb, XII 

əsrdə Nizami və Xaqani, XIV əsrdə isə Nəsimi kimi klassik şairləri olan Azərbaycan ədəbiy-

yatının tarixi köklərinin daha qədim olduğunu, böyük ədəbi inkişaf yolu keçdiyini vurğulamış-

dır. 

Beləliklə, Mirzə İbrahimov bədii əsərləri ilə ədəbiyyatı zənginləşdirdiyi kimi, elmi- nəzəri 



baxışları ilə ədəbiyyatın aktual problemlərini daim izləmiş və öz münasibətini bildirməyə ça-

lışmışdır. 

 

 

REKLAMIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 



 

Şöhrət NAĞIYEVA 

sh_nagiyeva@hotmail.com 

AZƏRBAYCAN 



 

Reklam latın sözü olub adamları hər hansı bir məhsulu almağa, xidmətdən istifadə et-

məyə  təsir etmək üçün istifadə olunan məlumatlandırma vasitəsidir. Geniş  mənada reklam 

fikirlərin, şəxslərin, qurumların, malların və xidmətlərin istehlakçılara tanıdılması məqsədi ilə 

göz və qulağa təsir edən müraciətlərin (mesajları) hazırlanıb pul qarşılığında yayılmasıdır. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə