Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə51/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   47   48   49   50   51   52   53   54   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

871



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ŞƏRQ İNTİBAHI VƏ HÜSEYN CAVİD 

 

Rəbiyə ƏLİYEVA 

ADPU 


aliyeva.rabiya2@gmail.com 

AZƏRBAYCAN 



 

Orta əsrlərdən başlayaraq Uzaq Şərq-Hind-Çin, Orta Şərq-İran Anadolu Türkiyəsi və s. 

əhatə edən geniş bir məkanda yaşayan müxtəlif dilli xalqların ortaq ədəbi-mədəni dəyər kimi 

başa düşülən  Şərq intibahı  nəzəri fikir üçün hələ  də mürəkkəb bir anlayışdır. Onun elmi 

sistemi hələ tam müəyyənləşdirilməmişdir. Avropa intibahı ilə bağlı mövcud olan elmi-nəzəri 

baza ilə müqayisədə belə natamamlıq üç səbəbdən irəli gəlir. Avropa intibahından fərqli 

olaraq, Şərq intibahının bir mövzu və problem kimi qaldırılması XX əsrin I yarısından başla-

mışdır. Məşhur İsveçrə şərqşünası Adam Metsin “Müsəlman intibahı” kitabını bu istiqamətdə 

ilk addım hesab etmək olar.  Deməli, bir ideyanı zənginləşdirən, formalaşdıran axtarışlar hələ 

də davam etməkdədir.  Şərq intibahını Avropa İntibahı modelinə uyğunlaşdırmaq meyli 

yanlışdır. İki mədəni-ədəbi hadisə nəinki epoxalar baxımından – Şərq və Qərb “Orta əsrləri” 

mövqeyindən üst-üstə düşür. Heç bədii fikrin bu vaxta qədərki Şərq tarixi də bizə məlum tip 

və mərhələ təsnifinin ənənəvi Avropa modelinə uyğun gəlmir. 

Avropa intibahına nisbətən Şərq intibahının ilkinliyi ideyasının doğruluğunu sübut edən 

əsas amillərdən biri də budur ki, avropa intibahını səciyyələndirən əsas tarixi xüsusiyyətlərin 

ən qabarıq cizgilərini  Şərqdə görürük. Avropa initbahı adətən fəlsəfi-tarixi  ədəbiyyatda 

bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində  ən böyük mütərəqqi çevriliş 

hesab edilir,  dahilərə ehtiyacı olan, öz təfəkkürü, ehtirası və xasiyyəti, kamilliyi və alimliyi 

cəhətdən dahilər yetirən bir dövr kimi qiymətləndirilir. Halbuki, xatırlanan bu keyfiyyətlər ilk 

olaraq, məhz  şərq  ədəbi-ictimai  təfəkküründə baş verir və  əks olunur. Yəsəvi, Fərabi, 

Xəyyam, Nizami, Rumi, Nəsimi, Hafiz, Füzuli və digər  Şərq mütəfəkkirlərinin humanist 

idealları intibahın Avropa məkanından kənarda mövcudluğuna hər cəhətdən haqq qazandırır. 

Azad cəmiyyət, azad insan, istismarsız dövlət, xeyrin təntənəsi kimi sosial amallar, konseptual 

utopiyalar Avropada öz Dantelərini, Rablelərini, Servanteslərini yetirməmişdən qabaq Şərqdə 

Ömər Xəyyamlarını,  Nizamilərini yetişdirir.  Əl-Biruni, Fərabi, Ömər Xəyyam, Nəsrəddin 

Tusi və s. həm  dövrünün məşhur elm, həm də kamil estetikləri kimi tarixə həkk olunur. 

Hüseyn Cavid Şərqin böyük filosofu, şair və mütəfəkkiri Ömər Xəyyamın həyatından 

bəhs edən “Xəyyam” dramını 1935-ci ildə yazır. “Xəyyam”  əsəri 30-cu illərdə Hüseyn 

Cavidin ateist adlandırılanlara cavab olaraq da dəyərləndirilmişdir. Xəyyam dini xurafatı 

qamçılayan, bütün təriqətləri puç və boş sayan Şərq mütəfəkkiri,  Şərq  şairidir. Cavid də 

xurafatı qamçılayan, bütün dinləri puç və əfsanə sayan “Məhəbbətdir ən böyük din” – deyərək 

yeni təriqət quran, dünya və kainat haqqında özünəməxsus fikirləri olan şair filosofdur. 

Bağdad xəlifəsi Xəyyama görə canlı varlıq, torpağa gömülsə  də yox olmur. Xəyyam insanı 

hər  şeydən yüksək tutur. Onun poeziyasında  əsas problem kimi “insan ləyaqətinə hörmət, 

insan məhəbbətinə alqış” həll olunmuşdur. Cavid bu surəti yaradarkən bütün bunlara xələl 

gətirmədən Xəyyamı  həm  Şərq mütəfəkkiri kimi, həm  şair kimi, həm də sevməyi və 

sevilməyi bacaran bir aşiq kimi yarada bilmişdir. Cavid onu həm də  ağır həyat keçirən, 

zəmanəsi tərəfindən dərk olunmayan, həyatda çox sevdiyi bir insanı – sevdasını itirmiş tragik 

bir surət kimi vermişdir. 

Şərq İntibahının tarixi-coğrafi hüdudları və mərhələləri də öyrənilməkdədir. Şərq İntiba-

hının ilkinliyini, intibahın tarixi planda  Şərqdən Qərbə doğru hərəkəti faktlarla əsaslandırılır. 

Bu baxımdan Hüseyn Cavid yaradıcılığı diqqət mərkəzindədir. Uzun illərdir ki, onun 

əsərləri  ədəbiyyatşünaslar tərəfindən işlənərkən  Şərq-Qərb konteksti məsələsində  nəzərdən 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

872



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qaçmır. Görkəmli dramaturq elə bir yaradıcılıq miras qoyub ki, məzmununda nəinki Şərq-Qərb 

məsələsi, dünya insanı  məsələsi də öz əksini tapa bilir. Şairin səyahətləri, gördüyü insanlar 

onun baxış açısını genişləndirmiş, beynəlmiləl səviyyəyə çatdırmışdır. Filosof şair əsərlərində 

qoyduğu məsələlərin  əhatəliliyi, məzmun mündəricəsinə görə  təkcə Azərbaycanda deyil, 

dünya xalqları tərəfindən də sevilir. 

 

 

İRANDA FARS POEZİYASI 1920-30-CU İLLƏRDƏ 



 

Cavanşir MƏMMƏDZADƏ 

Bakı Dövlət Universiteti 



qafarqafarov@gmail.com 

AZƏRBAYCAN 

 

XX yüzilliyin 20-ci illərində İranın daxilində və xaricində cərəyan edən hadisələr Qa-



carların iqtidarını xeyli zəiflətdi. Xüsusilə 1924-cü ilin yazında V məclisə keçirilən seçkilərdə 

“Təcəddüd” partiyasının üstünlüyü ələ alması Rza xanın hakimiyyətdə mövqeyini və nüfuzu-

nu gücləndirdi. Əhməd şah Qacarın dövləti idarə etməsi formal səciyyə aldı. 1925-ci il dekabrın 

12-də Rza xan Pəhləvinin şah elan olunması ilə İranda Qacar sülaləsinin 135 illik hakimiyyə-

tinə xitam verildi.  

Ötən əsrin 30-cu illərində İranın ictimai-siyasi və iqtisadi mənzərəsi başqa şəkil aldı, öl-

kə modernləşməyə doğru irəli addımlar atdı. Öz sərhədsiz qüdrətini ölkədə qılınc gücünə bər-

qərar edən Rza şah qısa müddətdə bütün məmləkəti öz iradəsinə tabe etdi. O, ölkə daxilində 

tam siyasi sabitliyə nail olmaq, öz sosial dayaqlarını möhkəmləndirmək, daxili vəziyyəti 

nəzarət altında saxlayaraq tənzimləmək, mərkəzi aparatı gücləndirmək niyyəti ilə bir çox 

islahatlar keçirdi. Güc strukturlarının səfərbərliyi çərçivəsində bütün nizami qüvvələr vahid 

komandanlığın idarəçiliyinə cəlb olundu, ölkənin strateji, qaynar bölgələrində hərbi bölüklər 

yerləşdirildi. Ölkənin suverenlik və bütövlüyünü təhdid altına alan separatizmin, xalq üsyan 

və çıxışlarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görüldü. Müstəqilliyə meyl edən 

iri feodallar və tayfa başçıları bütövlükdə mərkəzi hökumətə tabe edildi, faktiki təhlükə mən-

bəyi olan köçəri tayfaların oturaqlaşdırılmasına keçid alındı. İri şəhərlərdə tikinti və qurucu-

luq işlərinə başlanıldı, torpaq üzərində şəxsi mülkiyyətin tanınmasına, alqı-satqıya dair qanun-

lar qəbul edildi, vergi və bank sistemi əlavə dəyişikliklərdən sonra sadələşdirildi, ədliy-yə sis-

teminin təkmilləşdirilməsi üçün Qərbi Avropa ölkələrinin təcrübəsindən yararlanıldı. Dövlət 

quruculuğu ilə əlaqəli olan həmin islahatlar Pəhləvi hökumətinin dayağı olan burjuazi-yanın 

mənafeyinə xidmət zəminində aparılırdı. Ölkədə çoxluq təşkil edən aşağı zümrədən olan 

kəndlilərin sosial durumu əvvəlki illərdən fərqlənməmiş, əksinə dövlətin yeni qərarları onlar 

üzərində mülkədarların təsirini daha da artırmışdı. İranda siyasi hakimiyyətə qarşı yönəlik bütün 

qiyamlar şahın əcnəbi “dostları”nın köməkliyi ilə müxtəlif üsullarla (şirnikləndirmə, aldatma, 

şantaj, hədələmə, təfriqəçilik) başlıca isə hərbi polisin silahlı müdaxiləsi ilə  ram edilirdi.  

Pəhləvilərin İranda səltənətə yiyələnməsi ilə ölkədə qapalı, totalitar və diktatura rejimi 

bərqərar oldu. Hakimiyyəti silah və qandal üzərində bərqərar etmiş Rza şah antihökumət möv-

qeli demokratik qüvvələrə qarşı amansız davranırdı. Rza şahın dövlət idarəçiliyində tutduğu 

mövqe və tətbiq etdiyi üsullar təkcə sadə xalqı deyil, onun yaxın ətrafını da daim qorxu və 

təşviş altında saxlayırdı. Bütün təbəqələr üzərində daimi xəfiyyə və polis nəzarəti mövcud idi. 

Rza şahın hakimiyyəti zora və gücə, cismən məhv etməyə əsaslanırdı. Onun siyasi təsisatına 

qarşı  çıxanlar müxtəlif yollarla susdurulur, məmləkətin ucqarlarına sürgün, uzunmüddətli 

həbs, sorğu-sualsız güllələnmə, dar ağacından asılma, terrorla yanaşı, mənəvi işgəncə  və 

sarsıntılara da məruz qalırdılar. Xüsusən də ziyalılara qarşı terror və repressiya siyasəti geniş 

vüsət almışdı. Cəmiyyətin demokratik yönümlü bir çox sahələrinə qadağalar tətbiq olunurdu. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə