Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə47/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   43   44   45   46   47   48   49   50   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

863



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Şərq həyatına həsr etdiyi romanında böyük sənətkarlıqla işlətdiyi milli koloritin daşıyıcıları 

olan Şərq sözlərinin və ifadələrinin yerli-yerində işlənilməsi romanın məzmun və mündəricə-

sinə xüsusi bədii rəng və orijinallıq vermişdir. 

Fikrimizcə, Ceyms Moriyerin yuxarıda adını qeyd etdiyimiz romanında işlətdiyi çox-saylı 

Şərq mənşəli sözləri və ifadələri aşağıdakı şəkildə qruplaşdırmaq məqsədə uyğun olardı: 

1) Dini mərasimlərdə və məişətdə daha çox işlənən söz və terminlər. Məs.: Alem penah 

– aləmlərin sığınacağı; Allah! Allah! İl Allah! – Allahdan başqa tanrı yoxdur; Azan – məscidin 

minarəsindən müəzzinin müsəlmanlara namaz vaxtını bildirmək üçün oxuduğu dini avaz; 

bismillah – bismillah, Allahın adı ilə; Guriye – cənnət gözəli, huri; İnşallah! – Allah qoysa!; 

Ramadan – Ramazan ayı, müsəlmanların orucluq bayramı; Ulamah – alim, ilahiyyatçı və s. 

Beləliklə, romanda daha çox dini mərasimlərdə işlənən ərəb mənşəli sözlərin işlədilməsi 

və bu sözlərin böyük qisminin Azərbaycan dilində mənalarını saxlaması, bəzilərinin isə ingilis 

dilində fonetik, leksik-qrammatik cəhətdən dəyişməsi Azərbaycan oxucusu üçün romanın 

tərcüməsində adekvatlığı və fikrin aydınlığı baxımından xüsusi maraq doğurur. 

2) Romanda  Şərq xalqlarının həyat tərzi,  əmək fəaliyyəti və güzəranı ilə bağlı söz və 

ifadələr: bir shey yok – bir şey olmayıb; belli – bəli; dust – dost; fakir – yazıq, kasıb; fese – 

fəs, baş geyimi; gahbr – atəşpərəst; kalaat – xələt; kalian – qəlyan; kabob – kabab; khena – xına; 

khosh guzeran – xoş güzəran; pilav – plov; rayat – rəiyyət; sofa – taxt; yatağan – əyri türk 

xəncəri; zourna – zurna, çalğı aləti və s. 

Beləliklə, Britaniya ədəbiyyatında realist nəsrin oxunaqlı və maraqlı sənət nümunəsini 

yaradan Ceyms Moriyerin “Hacıbaba” romanında leksik formulaların düzgün seçimi və işlə-

dilməsi tarixi gerçəkliyin düzgün əks etdirilməsində mühüm vasitə sayıla bilər. Bu isə,hər 

şeydən əvvəl, xalqlar arasında qarşılıqlı əlaqə və münasibətlərin möhkəmləndirilməsində müasir 

ədəbiyyatşünaslıqda dil və ədəbiyyat məsələlərinin vəhdətdə öyrənilməsinin vacib və aktuallı-

ğını şərtləndirir. 

 

 

DİL EKSPRESSİVLİYİNİN MEDİADAKI ƏHMİYYƏTİNƏ DAİR 



 

Zaur MƏHƏRRƏMOV 

zaur.meherremov@hotmail.com 

AZƏRBAYCAN 

 

Azərbaycan dili sürətlə inkşaf ediyi bir dövrdə onun ruhunu, ifadəliyni cəmiyyətə təq-



dim etmək və dilimizin alt qatlarına enmək olduqca vacibdir. "Dil elə bir şeydir ki, onu öz 

halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş - 

gəliş artdı, adətlər dəyişildi, artıq sözlər ələ gəldi, təzə sözlərin qədəri artacaq. Belə sözlərin 

zərəri yoxdur, xeyri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur." 

Bu sözlərin müəllifi milli mətbuatımızın banisi, görkəmli jurnalist və mütəfəkkir Həsən 

bəy Zərdabidir. Hələ o dövrdə "Əkinçi" qəzetinin yaradıcısı və redaktoru ana dilimizə daxil 

olan yeni söz və ifadələrə anlayışla yanaşmış, dilə uyğunlaşmış və qəbul edilmiş yeni ifadələri 

dilin inkişafına və tərəqqiyə səbəb olan faktorlardan biri kimi göstərmişdir. 

Dilimizin  əsas təqdimatçısı publisistika sahəsi olduğu üçün onun dilini ekspressivlik 

cəhətdən müasir dövrümüzdə araşdırılması təqdirəlayiq bir addım olardı. Gündəlik medianı 



izləyənlər asanca hiss edər ki, Azərbaycan dilinin zənginliyindən düzgün şəkildə istifadə 

edilmir və bunun nəticəsidir ki, medianın dili çox quru və soyuqdur. Xəbərdə bu, müəy-

yən qədər normal olsa da, digər janrlarda emosiya, hiss, həyəcan olmalıdır. Dil bütün fi-

kirləşmə proseslərinə müdaxilə edir və düşünürəm ki, dilimizin zənginliyini göstəricilə-

rindən biri də sözlərimizin emosiya, hiss, həyəcan qatında necə işlənməyidir. Jurnalistlər 

hər hansı bir məlumatı çatdırarkən xəbər başlığının necə seçilməsi haqqında dərin 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

864



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

axtarışlar aparırlar ki, insanların  diqqətin çəksin və onların hisslərinə  təsir edərək 

xəbərin oxumasına kömək olsun, ancaq mətndə bu şeyə diqqət yetirilmir. Bunun 

nəticəsində oxucu mətnin iki sətrin oxuyan kimi bezir və ardın oxumaq istəmir. Bu kimi 

problemlərdən qurtarmaq üçün birinci vasitə dildə işlənən ən mükəmməl ifadələri tapıb 

tədqiq edikdən sonra cəmiyyətə təqdim etmək lazımdır ki, kütlə dilimizin ifadəliyindən 

zövq alaraq həmin məlumatları mənimsəsin. Uşaqlığımızdan bəri qəzetdə oxuduğu haqsız-

lıqlara, televiziyada seyr etdiyi ac insanların halına ağlayanların, onların içində olduqları və-

ziyyətə kədərləndiklərini ifadə edənlərin duyğulu anları ilə hər birimiz rastlaşmışıq. Bu fikrim 

bir daha təsdiq edir ki, dilin emosianalığını öyrənmək nə qədər önəmlidir. Dilimizi zənginləş-



dirmək, yazı texnikasını mükəmməlləşdirmək üçün bu, çox vacibdir. 

Hər bir jurnalist və qələm sahibi mətbuata gətirdiyi yeni ifadə və yaradıcılıq tapıntısı ilə 

onu zənginləşdirir. Yazıda səlislik, lakoniklik, aydınlıq və dəqiqlik mətbuatın dilinin daha da 

inkişafına səbəb olur. 

Mövzunun  yeniliyi, səmərəliliyi və faydalılığı haqqındakı fikirlərimizi aşağıdakı kimi 

ümumiləşdirə bilərik: 

- Emosionallıq sözlərin və cümlənin məna yükünə təsir edərək və onun leksik-semantik 

sistemində yerini dəyişir. 

- Ədəbi düşüncə ilə dil qaydaları elə sintez edilməlidir ki, dünyanın aparıcı dilləri sıra-

sında öz mövqeyin itirməsin. 



- Tədqiqatın obyektini publisistika sahəsində Azərbaycan dilinin öyrənilməsi zama-

nı dildənkanar  vasitələrin ekspressivliyini semantik aspektdə araşdırılması təşkili edir. 

- Tədqiqatın predmetini isə müasir publisistikada və ya diskursda rast gəlinən söz-

lərin, söz birləşmələrinin, həmçinin cümlələrin variantlarının, funksiyalarının və xüsu-

siyyətlərinin tədqiqi və öyrənilməsi prosesində əldə olunmuş nəticələrin ümumiləşdiril-

məsindən və müasir dil prosesinə tədbiq edilməsindən ibarətdir. 

Tədqiqat işinin qarşısında duran məqsədlər aşağıdakılardan ibarətdir; 

-Qiymətləndirici ifadələrə dair edilən təsnifatları nəzərdən keçirmək və bu təsnifatların 

məqbul müddəalarını nümunələrlə izah etmək. 

- Eyni fikir müxtəlif situasiyalarda fərqli düşüncəyə yol açması və bunların elmi-nəzəri 

əsasları. 

Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrhəyata keçiriləcəkdir; 

- Elmi ədəbiyyatda və müasir qəzetlərdə mövzu ilə olan müddəaları nəzərdən keçirmək. 

- Tədqiqat işinin nəzəri bazasını və praktik dil materiallarını müəyyənləşdirmək. 

Tədqiqatın elmi yeniliyi publisistika sahəsində müasir Azərbaycan dilinin ifadəliliyini, 

elmi müxtəlifliklərini və oxşarlıqlarını üzə çıxarmaqdan başlayır. Həmçinin sözlərə, söz birləş-

mələrinə və cümlələrə paraqmatik aspektdən yanaşılır və mətində olan informasiyanın məna-

lılığını dil kontekstində tətqiqə cəlb edilir. 



Tədqiqat işinin praktik əhmiyyəti. Bu tədqiqat işinin praktik əhmiyyəti ondadır ki, dis-

sertasiyanın  əsas müddəalarından publisistika sahəsində  işləyən və ya maraqlanan gənclər 

istifadə edə bilər. Burada təqdim olunan faktlar müasir Azərbaycan dilçiliyində də maraq do-

ğuracağına və bu faktlardan faydalana biləcəklərinə inanıram. Həmin faktların dilimizə baxışı 

dəyişdirəcək və yeni bir nəfəs gətirəcəkdir. 

 

 



 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə