Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə45/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   41   42   43   44   45   46   47   48   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

859



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ANTONİMLİK MƏSƏLƏSİNİN DİLÇİLİKDƏ QOYULUŞU 

 

Mirvari QASIMOVA

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



qasimovamirvari@gmail.com

 

AZƏRBAYCAN



 

 

Dildə məna münasibətləri fonunda fərqləndirilən söz qruplarından biri də antonimlərdir. 

Sinonimlər kimi antonim sözlər də dilin lüğət fondunda olduqca geniş yer tutan, dil daşıyıcı-

larının gündəlik ünsiyyət tələbatlarını ödəmək üçün tez-tez müraciət etdikləri aktiv leksik va-

sitələrdir.  

Əks və ya zidd məna dedikdə nə başa düşülür? Sözlər - haqqında danışdığımız zidd, əks 

mənanı sonradan qazanır, yoxsa elə birbaşa real aləmdə tərs mütənasib münasibətlər zəminin-

də yaranmış, biri-digərinin əksi olan mövcud real hal, vəziyyət, şərait və s.-ni ifadə etməklə, 

adlandırmaqla bu mənanı  əldə edirlər? Antonimlərin mövcudluğunu  şərtləndirən, təbiətini 

müəyyənləşdirən belə suallar daim maraq doğurmuşdur. 

Alimlər güman edirlər ki, əks mənalı sözlər dilin inkişafının ilk dövlərinə-insan təfəkkü-

rünün inkişaf etməsi ilə gecəni gündüzdən, acını şirindən, yaxşını pisdən ayırmağa, fərqləndir-

məyə başladığı dövrə təsadüf edir. 

Antonimlik və antonim sözlər məsələsinin fundamental tədqiqatçılarından olan Stiven 

Cons “antonim” termininin ilk dəfə 1867-ci ildə C.J.Smis tərəfindən sinonim sözünün əksi və 

analoqu kimi düzəldiyini və  həmin tarixdən günümüzədək bu anlayışın (antonimliyin) tam 

izahını və praktik tərifini vermək üçün saysız cəhdlər edildiyini lakin buna hələ də birmənalı 

şəkildə nail olunmadığını qeyd edir. Tədqiqatçı məsələnin çətinliyini belə görür: “Antonimlik 

sözlə  təsvirdən daha çox əyani mümunələrə yatımlıdır; yaşlı/cavan, pis/yaxşı, aşağı/yuxarı, 

uduzmaq/qalib gəlmək kimi “zidiyyətlər” hamıya intuitiv tanışdır, lakin bu “ziddiyyət”lərin 

hamısı üçün adekvat, işlək tərif təyin etmək daha çətindir”. 

Antonim termini yunan mənşəli anti (sözlərin əvvəlinə artırılaraq əks məna yaradan ön 

şəkilçi) və onoma (onuma; ad ) sözlərinin birləşməsindən yaradılıb, dilçilikdə  əks mənalı 

sözləri bildirmək üçün istifadə edilir. 

Burada bu söz qrupuna verilən ad ilə onun mahiyyəti, mənası arasındakı təzad diqqəti 

cəlb edir. Belə ki, yuxarıda göstəridiyimiz kimi “əks ad” mənasını ifadə edən antonim termini 

nədənsə “əks mənalı” sözləri bildirmək üçün istifadə olunmaqdadır.  

Ənənəvi olaraq bir-birinə  əks, zidd olan sözlər qismində tanıdığımız antonimlərə 

müxtəlif dilçilərin birmənalı yanaşmaması deyilənləri bir daha təsdiq edir. 

Ümumiyyətlə, dilçiliyə dair mənbələrdə sözlər arasında antonimik münasibətlərin  iki 

üsulla təyin edildiyini qeyd edilir - 1) semantik meyar əsasında ; 2) leksik meyar əsasında. 

Sözlərin tam qarşı-qarşıya qoyulması antonimlik kimi qiymətləndirilir. Sözlər 

mənasındakı  ən ümumi və əhəmiyyətli cəhət olan semantik cəhət baxımından bir-birinə qarşı 

qoyulduqda antonim hesab edilə bilər. 

Antonimlərin ümumi cəhətləri bu sözlər vasitəsilə ifadə edilən hadisə və əşyaların real 

xüsusiyyətlərindən yox, onların öz semantik cəhətlərindən əldə edilir. Real aləmdə zidd əşya 

və hadisənin olmaması fikrimizin əsaslı olmasına dəlalət edir.  

V.N.Komissarovdan fərqli olaraq L.A.Novikov isə antonimlərin  əks anlayışları ifadə 

etdiyini və zidd mənalara malik olduqlarını qeyd edir. 

“Mənaca başqa bir sözə əks olan söz antonimdir”; “Semantik ziddiyyətin bütün növləri 

antonimliyə aiddir”; “Mənaca qarşı-qarşıya qoyulan sözlər antonimdir və ancaq eyni bir 

qrammatik kateqoriyadan olan sözlər antonimik münasibətdə olurlar”. 

Bəzi dilçilər hesab edirlər ki, antonimlər fərqli deyil, eyni hadisələrə məxsus olan zidd 

cəhətləri ifadə edirlər. Yəni, eyni kateqoriyadan hesab edilən müəyyən bir anlayışın bir-birinə 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

860



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

zidd olan iki xüsusiyyətini bildirirlər; məs: keyfiyyət, əlamət anlayışı qoçaq-tənbəl, yaxşı-pis, 

varlı-kasıb, halal-haram və s. kimi müxtəlif cəhətlərdə ola və ifadə edilə bilir.“Antonimlər zidd 

mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mənanın, eyni anlayışın müxtəlif əks cə-

hətlərini qarşılaşdırma yolu ilə bildirən sözlərdir”. 

Antonimlərlə bağlı bir çox mənbələrdə antinimliyin ilk növbədə dildə keyfiyyət bildirən 

sözləri  əhatə etməsi və bu qəbil sözlərdə  “əks mənalı” münasibətlərin daha geniş  və aydın 

şəkildə müşahidə edilməsi qeyd edilir. Bundan başqa keyfiyyət mənalı əlamətin dərəcələnən 

olması, yəni bu əlaməti təmsil edən iki antonim söz arasında üçüncü, nisbətən zəif mənalı 

sözün mövcudluğu vurğulanır 

Azərbaycan dilçiliyində  də antonimlik və antonim sözlər məsələsinin qoyuluşu fikir 

müxtəlifliyi ilə diqqəti cəlb edir. Belə ki, antonimlər “ zidd, qarşı məna və məfhumları ifadə 

edən sözlər”; “eyni mənanın, eyni anlayışın müxtəlif  əks cəhətlətini qarşılaşdırma yolu ilə 

bildirən sözlər”; “məna və şəkil etibarı ilə fərqlənən söz qrupu”; “sinonimləri əksi olan, əks 

mənalı sözlər”; “formaca müxtəlif və mənaca bir-birinin əksini təşkil edən sözlər” və s. kimi 

fərqli ibarələrlə  təyin edilir. Gördündüyü kimi antonim sözlər barədə irəli sürülmüş bütün 

fikirləri birləşdirən əsas amil sözlərin məna elementidir. Demək olar ki, bütün dilçilər antoni-

mlərin ya əks məna ifadə edən, ya da ziddiyyət bildirən sözlər olması ilə razılaşır. Beləliklə, 

antonim sözlərin leksik təbiətindəki təzad, əks olanı bildirmə keyfiyyəti bizi əhatə edən aləm-

dən qaynaqlanır.  İnsanın təfəkkürü onu ətrafındakı digər canlılardan fərqləndirən  əsas amil 

olmaqla insanlara onu əhatə edən aləmi idrak etmə, başqalarının fikir, düşüncə və hisslərinə 

münasibət bildirməyə qadir olma, seçim edə bilmə və s. kimi xüsusi qabiliyyətlər bəxş edir. 

Bu mükəmməl vergi səbəbilə biz özümüzü dərk edən andan həyatımızın sonunadək təzadlı 

dünyanın müxtəlif  təbiətli hadisə  və prosesləri arasındakı  fərqləri duya, “mənfiyə müsbəti, 

müsbətə isə  mənfini” qarşı qoya, onların birini-digərindən seçə, fərqləndirə bilirik. Deməli, 

anti-əks münasibətdə, mövqedə olma, bu mənanı bildirmə elə həyatın özündən doğur və bütün 

bunların ifadə vasitəsi olan sözlər (antonimlər) təbii zərurətin nəticəsidir. 

 

 



ALINMA TERMİNLƏRİNQRAMMATİKMƏNİMSƏNİLMƏSİ 

 

Esmira AĞAMİRZƏYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



invisible7@list.ru 

AZƏRBAYCAN 

 

«Alınma terminlər dilimizə mənsub olduğu dilin qrammatik qayda-qanunlarını, morfem 



və fonetik xüsusiyyətlərini dəgətirirlər. 

Məlumolduğukimibəzidillərdəmövcudolanqrammatikkateqoriyalara,digərdillərdərastgəl

inmir. Beləfərqlərinolmasıdaqrammatikassimilyasiyazamanıçətinliktörədir. Məsələn, alınma-

sözlərin rus dilində hansı qrammatik cins kateqoriyasına aid etməklə bağlı bir çox çətinliklər 

mövcuddur. 

Rus dili vasitəsilə alınan beynəlmiləl terminlərdə bir sıra şəkilçilər Azərbaycan dilinin 

fonetik qanunları, qrammatik quruluşu əsasında dəyişdirilir. Belə şəkilçilər də leksik qramma-

tik vəsemantikdiferensiallaşmaxüsusiyyətlərinə görəbütövlükdə sözdüzəldicilik xarakterinə 

malik olur. Həminşəkilçiliinformatikaterminlərininəzərdənkeçirək: 

-ация  şəkilçiliinformatikaterminiAzərbaycandilinəolduğukimiverilir. Məsələn,  регене-

рация-regenerasiya, репродукция-reproduksiya, телекоммуникация-telekommunikasiyavəs. 

-ациф  şəkilçisi –laşdırma

2

şəkilçisiiləverilir:  дискретизация-diskretləşdirmə,  иденти-



фикация-identifikasiya,  интеллектуализация-intellektuallaşdırma,  информатизация-infor-

matikləşdirmə, квантификация-kvantlaşdırma, нормализация-normallaşdırma. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə