III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
853
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
olub: “İdeal” işıq üzü görəndən sonra çox böyük səs-küy yarandı. İsa Hüseynovun həm
“Yanar ürək”dən, həm də “Hüseynov” soyadından imtina etməsi çaşqınlıq yaratmışdı. Azər-
baycanda hələ belə bir hadisə olmamışdı və ümumiyyətlə müəllifin öz əsərindən imtina etmə-
yi nadir hallarda rast gəlinən haldır.Bundan başqa görkəmli tarixçimiz Ziya Bünyadov əsəri
sərt tənqid edərək bildirdi ki, burada sadalanan faktların tarixə heç bir dəxli yoxdur. Ziya
Bünyadov “İdeal” haqqında yaxşı yazı yazmış Qəzənfər Kazımovu da tənqid etmişdi. Amma
Ziya müəllim bir şeyi nəzərə almamışdı ki, bu, bədii əsərdir, bədii əsərdə müəyyən tarixi
faktların bir az başqa şəkildə təqdim olunması normaldır. Ümumiyyətlə, indiyədək ciddi
müzakirə mövzudur ki, “İdeal”dakı yanaşma, estetika nə qədər doğru və qəbul olunandır.
Ancaq istənilən halda “İdeal” bədii təfəkkür hadisəsidir”.
“İdeal”da Cənubi Azərbaycanla bağlı xeyli məqamlar var. Bu barədə danışan yazıçı
Həmid Herisçi: "İsa Hüseynov bu əsərdə Cənubi Azərbaycan sirləri barədə üstüörtülü yazıb.
Əsl həqiqətlər unudulub. Onun sözlərinə görə Azərbaycan sirləri Bakıda yox, Təbrizdədir. Bu
sirləri bilən yazıçılardan biri Sabir Əhmədli idi və bu barədə “Yasaq edilmiş oyun” əsərində
az da olsa yazıb"-deyə söyləmişdir.
“İdeal”ın Milli Azadlıq Hərəkatına müəyyən təsiri barədə müxtəlif vaxtlarda müxtəlif
fikirlər irəli sürülüb. Milli Azadlıq Hərəkatının aktiv iştirakçılarından olmuş yazıçı Səfər
Alışarlı isə deyir ki, “İdeal” milli azadlıq hərəkatının bayrağına çevriləcək əsər deyil: “İdeal”
kütlənin qavraya biləcəyi bir əsər deyil, xeyli mürəkkəbdir. O başqa söhbətdir ki, “İdeal” çap
olunması ilə hərəkatın başlaması təxminən eyni vaxta təsadüf etdi. Və bu əsəri başa düşən
ziyalılar o əsərdə fikirləri, xüsusilə stalinizmlə bağlı məqamları öz çıxışlarında bir daha vur-
ğulayırdılar”.
AZƏRBAYCANDİLİNİNQƏRB ŞİVƏSİNDƏ ARXAİKLƏŞMİŞ SÖZLƏR
(M.KAŞĞARİNİN "DİVANÜ LÜĞAT-İT-TÜRK" ƏSƏRİ ƏSASINDA)
Vüsalə QURBANOVA
ADPU
qurbanovavusale@gmail.com
AZƏRBAYCAN
Türkologiyanın ilk əsəri olan "Divanü lüğat-it-türk" həcm etibarilə də ən iri və ən zən-
gin bir kitabdır. Bu əsər bir çox türk xalqlarının dillərini müqayisəli şəkildə öyrənmək baxımın-
dan dövrümüzdə də öz aktuallığını saxlamaqdadır. "Divan"da Oğuzlar haqqında maraqlı
məlumatlara da rast gəlirik : "İslam dinini qəbul etdikdən sonra türkmən adlanmışlar. Səlcuq
Sübaşı, Toğrul, Çağrı, Alp Arslan, Məlikşah və Osmanlı sultanları ən görkəmli oğuz başbuğ-
larıdır. (504)
"Divanü lüğat-it-türk" əsərini fonetik, leksik, morfoloji, semantik və s. baxımdan tədqiq
etmək mümkündür. Mahmud Kaşğari "Divan"da bu sözləri isimlər, fellər və s olmaqla hərflər
üzrə bölmüşdür. Professor Ə. Tanrıverdiyevin "Azərbaycan dilinin tarixi qrammatikası" kita-
bında qeyd etdiyi kimi, "Divan"dakı sözlərin bir hissəsi Azərbaycan dilinin qərb şivələrində
ilkin forma və semantikasına uyğun işlənir".
"Divanü lüğat-it-türk" əsərində eynilə müasir ədəbi dilimizdə olduğu kimi feilin quru-
luşca üç növü vardır. Abidədəki feillərin böyük əksəriyyəti sadə feildir. Məsələn: almak, bak-
mak, atmak, bilmək, içmək, körmək.
Düzəltmə fellər isə əsasən aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
1. -la, -lə. atlamak, közləmək
2. -lan, -lən. atlanmak, közlənmək
3. -lat, -lət. atlatmak, közlətmək
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
854
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
4. -laş, -ləş. atlaşmak, közləşmək
5. -at, -ət. atatmak, közətmək
6. -ış
4
. atışmak
7. -ıl
4
. atılmak
8. -ın
4
. alınmak
9. -ıt
4
. korkutmak
10. -dır
4
. aldırmak
11. -sa, -sə. atsa, körsə
12. -msın
4
. Bu şəkilçi əslində olmayan bir hərəkəti olmuş kimi göstərmək mənası yara-
dır. barımsındı = evə gedirmiş kimi göstərmək.
Azərbaycan dilinin qərb şivəsində arxaikləşmiş sözlərin bir çoxu da "Divanü lüğat-it-
türk" əsərindəki lüğətdə mövcuddur. Düzəltmə fellərin bir neçəsinə nəzər salaq:
Yaprattı - "at kulakın yaprattı = at qulağını şəklədi". At bir şeyə təpik atacağı və ya bir
şeydən qorxduğu an belə edir. (333)
Yapratmaq - (Qazax) şəkləmək, yastılamaq. At qulağlarını yapratıf geler. 541
Tomurdu - ər yığac tomurdu = adam ağacı dirək kimi dəyirmi şəkildə kəsdi. (119)
Tomar- (Şəmkir) ucları bir birinə qarışmış, dəyirmi formada olan kol-kos. Ujdarı bir-
rəşsə şivlərin tomar olar. (501)
Arındı - ər arındı = adam təmizləndi, yuyundu. (246)
Arıtdamax-(Qazax, Tovuz)-təmizləmək.Yetim bir çuvux kəsdidi, arıtdadı, xanıma verdi. (26)
"Divan" da digər nitq hissəsinə mənsub sözlərin də vaxtilə dilimizin qərb şivəsində iş-
ləndiyi məlum olmuşdur. Misal üçün düzəltmə isimlərə nəzər yetirək:
Bağır - qaraciyər, "heç kimə boyun əyməyən adama bedük bağırlığı" deyilir ki, "ciyəri/
bağrı böyük" deməkdir. (366)
Bağır-(Gəncə, Qazax, Şəmkir)-qaraciyər.
Bağır kavavı yaxşı olur; Qoyunun bağrınnan yaxşı
kavaf yedix`; Lət ürəx`də olsa öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar. (35)
Ətəklik - ətəklik böz = ətək tikiləcək bez. (207)
Ətəx` - (Borçalı) -qadın paltarı adı.
Söylü özünə bir ətəx` tix`di.(166)
Ətəx`lix` - (Qazax, Gəncə, Şəmkir, Tovuz) döşlük, önlük (166)
Tütək - aftafa və cürdəyə bənzər şeylərin lüləsi. (387)
Tütək - (Qazax) lülə.
Avcı tütəyi ceyrana tuşladı. (499)
Təzik - xalq arasında çaxnaşma. (387)
Təzix` - (Qazax, Borçalı) hürkmək, ürkmək, çaxnaşmaq.
Təzikif getməx`. (349)
Göründüyü kimi "Divanü lüğat-it-türk" lüğətinə daxil olmuş bir çox sözlər Azərbaycan
dilinin digər şivələrində olduğu kimi Qərb şivəsində də işlənmişdir. Bu sözlərin bir qrupu
müasir dövrümüzdə də işlənir, bəziləri isə arxaikləşərək lüğət fondumuzu tərk etmişdir
MƏTN KOMPONENTLƏRİNİN AKTUAL ÜZVLƏNMƏSİNDƏ
SÖZ SIRASININ ROLU
Dürdanə TARIVERDİYEVA
Bakı Slavyan Universiteti
pearl087@hotmail.com
AZƏRBAYCAN
Bildiyimiz kimi, cümlənin qrammatik üzvlənməsi ilə yanaşı, eyni zamanda xüsusi bir
üzvlənmə səviyyəsi də vardır ki, bu səviyyə cümlənin aktual üzvlənməsidir. Qrammatik
üzvlənmə dedikdə, cümlənin məlum beş üzvə ayrılması, aktual üzvlənməsi dedikdə isə
cümlənin tema və remaya ayrılması nəzərdə tutulur.