Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə38/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   34   35   36   37   38   39   40   41   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

845



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

lum olur ki, dahi öndərin  nitqini frazeoloji vahidlərsiz təsəvvür etmək mümkün deyil. Fraze-

oloji vahidlər dildə sabit şəkilli olur, onun tərkibini təşkil edən komponentlər ayrı-ayrılıqda 

yox, burada ifadə bütünlüklə məcazlaşır. Frazeoloji vahidlərin əsas funksiyası onun ekspres-

sivliyidir, nəyəsə münasibət bildirməyidir. Bu baxımdan Heydər Əliyevin nitqində aşağıdakı 

frazeoloji vahidlər işlənmişdir: 

Heydər  Əliyevin nitqində elə frazeoloji vahidlər işlənmişdir ki, bu frazeoloji vahidlər 

mətn daxilində onun mənası daha aydın görünür. Aşağıda göstərdiyimiz quyudan su içmək, 

nazik tel kimi qırılmaq, çiyinləri üzərində qurulmaq frazeoloji vahidləri mətn daxilində öz 

mənasını büruzə verir. 

Azərbaycan müəllimləri qurultayında nitqindən: 

Quyudan su içmək-  bu frazeoloji vahid mətn daxilində o məna verir ki, biz də  həmin 

yollardan keçib gəlmişik. 

Məsələn: “Bizim keçmişimizi, tariximizi bu gün ləkələmək istəyən, Azərbaycanın 

həyatı haqqında ədalətsiz fikirlər söyləyən adamların da hamısı o dövrdə təhsil alıbdır. Bəli, 

Azərbaycanın o dövrdəki məktəblərində, universitetlərində təhsil alıblar. Müftə, pulsuz təhsil 

alıblar, Azərbaycan Respublikasının imkanlarından istifadə edib təhsil alıblar. Bir xalq məsəli 

var: “Adam su içdiyi quyuya tüpürməz”. Biz hamımız o quyulardan su içmişik  və ora 

tüpürməyə heç kəsin haqqı yoxdur”. 

Prezident sarayında respublikanın ali və orta ixtisas məktəblərinə  qəbulla  əlaqədar 

keçirilən müşavirədəki yekun sözü: 



Nazik tel kimi qırılmaq- bu frazeoloji vahid mtən daxilində sistemlilik, ardıcıllıq mə-

nasına uyğun gəlir. 

Məsələn: “Bir neçə mühüm mərhələ var. Bunlar testlərin hazırlanması, mətbəədə çap 

edilməsi, imtahan verilən yerlərə çatdırılmasıdır. Mən bu mərhələləri görürəm, amma hesab 

edirəm ki,  bu işlərlə məşğul olan şəxslər həmin mərhələləri aydın görməlidirlər.  Buna görə 

də istərdim ki, siz bu məsələlərə ciddi fikir verəsiniz  və bəzi incə məqamlara, bir növ təhlükəli 

mərhələlərə diqqəti gücləndirəsiniz ki,  ardıcıllıq heç bir yerdə pozulmasın. Necə deyərlər, o, 

nazik tel heç bir yerdə qırılmasın”. 

Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu 

və onların valideynləri ilə görüşdə yekun nitqindən: 

Çiyinləri üzərində qurulmaq-inkişaf etmək mənasında. 

Məsələn: “Hər bir gənc üçün istədiyi, arzu etdiyi sənət üzrə, ixtisas üzrə ali təhsil almaq 

böyük hadisədir və bu təhsili başa çatdırmaq bir xoşbəxtlikdir. Müasir həyat və dünyanın 

gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üzə-

rində qurulacaqdır”.  

Heydər Əliyevin nitqində digər  frazeoloji vahidlər də işlənmişdir. 

Yeni dərs ilinin başlanması  və bilik günü münasibətilə keçirilən təntənəli toplantıda 

nitqindən: 



Göz qarşısında- üzdə, ortada.  

Məsələn: “Mən həyatımda çox yollardan keçmişəm. Həyatımın bəzi hissələrini bəlkə də 

indi xatırlaya bilmirəm, amma müəllimlərimi heç vaxt unutmamışam, hər bir müəllimim bu 

dəqiqə də gözümün qarşısındadır”. 



Yerində saymaq-inkişaf etməmək, irəli getməmək,olduğu yerdə qalmaq. 

Məsələn: “Bu bayram bizim üçün ona görə əzizdir ki, biz bu gün də, gələcəkdə də gənc-

lərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da 

mükəmməlləşdirməliyik. Ona görə də müəllimlər gərək yerlərində saymasınlar, nə qədər təc-

rübəli olsalar da daim öz biliklərini artırsınlar”. 

Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə Bakı Dövlət Universitetinin və bir sıra 

xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdə nitqindən:  

Qiymət vermək-dəyərləndirmək mənasında. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

846



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Məsələn: “Mən bu gün Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət verərək

universitetin alimlərinin, müəllimlərinin Azərbaycanın fəxri adlarını alması, orden və 

medallarla təltif edilməsi haqqında fərmanlar imzalamışam. Yəqin ki, o fərmanlar bu gün sizə 

çatacaqdır”. 

Göründüyü kimi  təhsil sahəsində dahi öndər Heydər Əliyevin  işlətdiyi frazeoloji vahid-

lər onun nitqini daha da ekspressiv etmişdir. 

 

 

MÜASİR DİLÇİLİYİN PARADİQMAL FƏRQLƏNMƏSİNƏ DAİR 

 

Ülkər CƏFƏROVA 

Bakı Slavyan Universiteti 



ulkerbabayeva@rambler.ru 

AZƏRBAYCAN 

 

Bu günə qədər dilçilikdə üç paradiqma formalaşmışdır. Müqayisəli-tarixi paradiqmadan 



sonra F. de Sössürün əsasını qoyduğu sistem-struktur paradiqma inkişaf edir və  nəticə eti-

barilə strukturalizmin müxtəlif cərəyanları müəyyən olunur. Keçən əsrin sonundan formalaş-

maqda olan antroposentrik paradiqma bütün dünyada yayılır. Bu sonuncu paradiqma, fik-

rimizcə, müxtəlif adlar altında tanınsa da, eyni paradiqmal xüsusiyyətlərə malikdir. Bunlar-

dan, yəni bu adlardan, ən çox rast gəlinən koqnitiv dilçilikdir. Təhlil göstərir ki, “antroposent-

rik paradiqma” anlayışı “koqnitiv dilçilik” anlayışından fərqlənmir. Digər tərəfdən,  linqvo-



kulturologiya adlanan tədqiqat sahəsi də koqnitiv dilçiliklə ortaq predmeti olan bir elm sahəsi-

dir. Ümumiyyətlə, demək olar ki, müasir mərhələdə işlənən antroposentrik paradiqmakoqni-



tiv dilçilik və linqvokulturologiya adları vahid terminoloji sıra təşkil edir.  

Bəzən belə təsəvvür yaranır ki, alimlər qeyd olunan linqvistik paradiqmaların konkret 

tədqiqatlarda birləşməsinin  əleyhinədirlər. Məsələn, tədqiqat struktur dilçilik səpkisində 

aparılırsa, koqnitiv dilçiliyə aid terminlər və anlayışlar burada işlənməməlidir. Yaxud tipoloji 

tədqiqatlarda linqvokulturoloji və struktur-semantik təhlilin nümunələri olmamalıdır. Fikrimiz-

cə, bu yanlış mövqedi.  

Dilçilik elminin müasir mərhələsində  hər üç paradiqmadan, onların nailiyyətlərindən 

istifadə olunmalıdır. Müqayisəli-tarixi, qarşılıqlı və tipoloji diliçilik bir dilin faktlarını digər 

dillərin fonunda öyrənməyə imkan açır. Bu cür tədqiqatlar həmişə son dərəcə uğurlu olur, çünki 

dil faktları müqayisədə qabarıq şəkildə nümayiş olunur. Sistem-struktur baxış dil faktlarının 

ciddi quruluşunu və sistem daxilində uzual əlaqələrini üzə çıxardır. Nəhayət, koqnitiv dilçilik 

dil və milli təfəkkür arasında, dil və milli mədəniyyət arasında olan əlaqələri müəyyən edir. 

Əslində milli mentalitetin yeganə mötəbər göstəricisi milli dildir. Qeyd etmək lazımdır ki, 

dünya dilçiliyində bu cür paradiqmal kəsişmə yollarında aparılan tədqiqatlar son dərəcə azdır. 

O ki qaldı Azərbaycana, belə tədqiqatlar mövcud deyil.   

Dil vahidləri struktur-semantik və funksional baxımdan müxtəlifdir. Bu müxtəliflik və 

konkret özünəməxsusluq dil vahidlərinin bu və ya digər səpkidə aparılan tədqiqatlar üçün 

əlverişli olub-olmamasını müəyyən edir. Bu baxımdan paremioloji vahidlər göstərilən hər üç 

linqvistik paradiqmada aparılan tədqiqat üçün son dərəcə əlverişli dil materialıdır.  

Bizim tədqiqat obyektimiz Azərbaycan, rus və ingilis dillərinin paremioloji sistemləri-

dir. Bu cür tədqiqatların aktuallığı bir neçə amillə müəyyən olunur. Birincisi, atalar sözləri 

milli təfəkkürü ən qabarıq şəkildə nümayiş edən dil vahidləridir. İkincisi, onların struktur-se-

mantik fərqləri tipoloji səciyyə daşıyır. Üçüncüsu, Azərbaycan, rus və ingilis dillərinin pare-

mioloji vahidləri həm tipoloji, həm sistem-struktur, həm də koqnitiv baxımdan bu vaxta qədər 

heç kim tərəfindən tədqiqata cəlb olunmayıb. Bunun vacibliyi isə şübhəsizdir, xüsusən müasir 

qloballaşma dövründə. Bu cür tədqiqatın nəticələri yalnız dilçiliyi yox, eyni zamanda etnik 

psixologiyanı, kulturologiyanı, fəlsəfəni və bir sıra digər humanitar elmləri maraqlandırır.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə