III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
845
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
lum olur ki, dahi öndərin nitqini frazeoloji vahidlərsiz təsəvvür etmək mümkün deyil. Fraze-
oloji vahidlər dildə sabit şəkilli olur, onun tərkibini təşkil edən komponentlər ayrı-ayrılıqda
yox, burada ifadə bütünlüklə məcazlaşır. Frazeoloji vahidlərin əsas funksiyası onun ekspres-
sivliyidir, nəyəsə münasibət bildirməyidir. Bu baxımdan Heydər Əliyevin nitqində aşağıdakı
frazeoloji vahidlər işlənmişdir:
Heydər Əliyevin nitqində elə frazeoloji vahidlər işlənmişdir ki, bu frazeoloji vahidlər
mətn daxilində onun mənası daha aydın görünür. Aşağıda göstərdiyimiz quyudan su içmək,
nazik tel kimi qırılmaq, çiyinləri üzərində qurulmaq frazeoloji vahidləri mətn daxilində öz
mənasını büruzə verir.
Azərbaycan müəllimləri qurultayında nitqindən:
Quyudan su içmək- bu frazeoloji vahid mətn daxilində o məna verir ki, biz də həmin
yollardan keçib gəlmişik.
Məsələn: “Bizim keçmişimizi, tariximizi bu gün ləkələmək istəyən, Azərbaycanın
həyatı haqqında ədalətsiz fikirlər söyləyən adamların da hamısı o dövrdə təhsil alıbdır. Bəli,
Azərbaycanın o dövrdəki məktəblərində, universitetlərində təhsil alıblar. Müftə, pulsuz təhsil
alıblar, Azərbaycan Respublikasının imkanlarından istifadə edib təhsil alıblar. Bir xalq məsəli
var: “Adam su içdiyi quyuya tüpürməz”. Biz hamımız o quyulardan su içmişik və ora
tüpürməyə heç kəsin haqqı yoxdur”.
Prezident sarayında respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar
keçirilən müşavirədəki yekun sözü:
Nazik tel kimi qırılmaq- bu frazeoloji vahid mtən daxilində sistemlilik, ardıcıllıq mə-
nasına uyğun gəlir.
Məsələn: “Bir neçə mühüm mərhələ var. Bunlar testlərin hazırlanması, mətbəədə çap
edilməsi, imtahan verilən yerlərə çatdırılmasıdır. Mən bu mərhələləri görürəm, amma hesab
edirəm ki, bu işlərlə məşğul olan şəxslər həmin mərhələləri aydın görməlidirlər. Buna görə
də istərdim ki, siz bu məsələlərə ciddi fikir verəsiniz və bəzi incə məqamlara, bir növ təhlükəli
mərhələlərə diqqəti gücləndirəsiniz ki, ardıcıllıq heç bir yerdə pozulmasın. Necə deyərlər, o,
nazik tel heç bir yerdə qırılmasın”.
Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu
və onların valideynləri ilə görüşdə yekun nitqindən:
Çiyinləri üzərində qurulmaq-inkişaf etmək mənasında.
Məsələn: “Hər bir gənc üçün istədiyi, arzu etdiyi sənət üzrə, ixtisas üzrə ali təhsil almaq
böyük hadisədir və bu təhsili başa çatdırmaq bir xoşbəxtlikdir. Müasir həyat və dünyanın
gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üzə-
rində qurulacaqdır”.
Heydər Əliyevin nitqində digər frazeoloji vahidlər də işlənmişdir.
Yeni dərs ilinin başlanması və bilik günü münasibətilə keçirilən təntənəli toplantıda
nitqindən:
Göz qarşısında- üzdə, ortada.
Məsələn: “Mən həyatımda çox yollardan keçmişəm. Həyatımın bəzi hissələrini bəlkə də
indi xatırlaya bilmirəm, amma müəllimlərimi heç vaxt unutmamışam, hər bir müəllimim bu
dəqiqə də gözümün qarşısındadır”.
Yerində saymaq-inkişaf etməmək, irəli getməmək,olduğu yerdə qalmaq.
Məsələn: “Bu bayram bizim üçün ona görə əzizdir ki, biz bu gün də, gələcəkdə də gənc-
lərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da
mükəmməlləşdirməliyik. Ona görə də müəllimlər gərək yerlərində saymasınlar, nə qədər təc-
rübəli olsalar da daim öz biliklərini artırsınlar”.
Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə Bakı Dövlət Universitetinin və bir sıra
xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdə nitqindən:
Qiymət vermək-dəyərləndirmək mənasında.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
846
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məsələn: “Mən bu gün Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət verərək,
universitetin alimlərinin, müəllimlərinin Azərbaycanın fəxri adlarını alması, orden və
medallarla təltif edilməsi haqqında fərmanlar imzalamışam. Yəqin ki, o fərmanlar bu gün sizə
çatacaqdır”.
Göründüyü kimi təhsil sahəsində dahi öndər Heydər Əliyevin işlətdiyi frazeoloji vahid-
lər onun nitqini daha da ekspressiv etmişdir.
MÜASİR DİLÇİLİYİN PARADİQMAL FƏRQLƏNMƏSİNƏ DAİR
Ülkər CƏFƏROVA
Bakı Slavyan Universiteti
ulkerbabayeva@rambler.ru
AZƏRBAYCAN
Bu günə qədər dilçilikdə üç paradiqma formalaşmışdır. Müqayisəli-tarixi paradiqmadan
sonra F. de Sössürün əsasını qoyduğu sistem-struktur paradiqma
inkişaf edir və nəticə eti-
barilə strukturalizmin müxtəlif cərəyanları müəyyən olunur. Keçən əsrin sonundan formalaş-
maqda olan antroposentrik paradiqma bütün dünyada yayılır. Bu sonuncu paradiqma, fik-
rimizcə, müxtəlif adlar altında tanınsa da, eyni paradiqmal xüsusiyyətlərə malikdir. Bunlar-
dan, yəni bu adlardan, ən çox rast gəlinən koqnitiv dilçilikdir. Təhlil göstərir ki, “antroposent-
rik paradiqma” anlayışı “koqnitiv dilçilik” anlayışından fərqlənmir. Digər tərəfdən, linqvo-
kulturologiya adlanan tədqiqat sahəsi də koqnitiv dilçiliklə ortaq predmeti olan bir elm sahəsi-
dir. Ümumiyyətlə, demək olar ki, müasir mərhələdə işlənən antroposentrik paradiqma, koqni-
tiv dilçilik və
linqvokulturologiya adları vahid terminoloji sıra təşkil edir.
Bəzən belə təsəvvür yaranır ki, alimlər qeyd olunan linqvistik paradiqmaların konkret
tədqiqatlarda birləşməsinin əleyhinədirlər. Məsələn, tədqiqat struktur dilçilik səpkisində
aparılırsa, koqnitiv dilçiliyə aid terminlər və anlayışlar burada işlənməməlidir. Yaxud tipoloji
tədqiqatlarda linqvokulturoloji və struktur-semantik təhlilin nümunələri olmamalıdır. Fikrimiz-
cə, bu yanlış mövqedi.
Dilçilik elminin müasir mərhələsində hər üç paradiqmadan, onların nailiyyətlərindən
istifadə olunmalıdır. Müqayisəli-tarixi, qarşılıqlı və tipoloji diliçilik bir dilin faktlarını digər
dillərin fonunda öyrənməyə imkan açır. Bu cür tədqiqatlar həmişə son dərəcə uğurlu olur, çünki
dil faktları müqayisədə qabarıq şəkildə nümayiş olunur. Sistem-struktur baxış dil faktlarının
ciddi quruluşunu və sistem daxilində uzual əlaqələrini üzə çıxardır. Nəhayət, koqnitiv dilçilik
dil və milli təfəkkür arasında, dil və milli mədəniyyət arasında olan əlaqələri müəyyən edir.
Əslində milli mentalitetin yeganə mötəbər göstəricisi milli dildir. Qeyd etmək lazımdır ki,
dünya dilçiliyində bu cür paradiqmal kəsişmə yollarında aparılan tədqiqatlar son dərəcə azdır.
O ki qaldı Azərbaycana, belə tədqiqatlar mövcud deyil.
Dil vahidləri struktur-semantik və funksional baxımdan müxtəlifdir. Bu müxtəliflik və
konkret özünəməxsusluq dil vahidlərinin bu və ya digər səpkidə aparılan tədqiqatlar üçün
əlverişli olub-olmamasını müəyyən edir. Bu baxımdan paremioloji vahidlər göstərilən hər üç
linqvistik paradiqmada aparılan tədqiqat üçün son dərəcə əlverişli dil materialıdır.
Bizim tədqiqat obyektimiz Azərbaycan, rus və ingilis dillərinin paremioloji sistemləri-
dir. Bu cür tədqiqatların aktuallığı bir neçə amillə müəyyən olunur. Birincisi, atalar sözləri
milli təfəkkürü ən qabarıq şəkildə nümayiş edən dil vahidləridir. İkincisi, onların struktur-se-
mantik fərqləri tipoloji səciyyə daşıyır. Üçüncüsu, Azərbaycan, rus və ingilis dillərinin pare-
mioloji vahidləri həm tipoloji, həm sistem-struktur, həm də koqnitiv baxımdan bu vaxta qədər
heç kim tərəfindən tədqiqata cəlb olunmayıb. Bunun vacibliyi isə şübhəsizdir, xüsusən müasir
qloballaşma dövründə. Bu cür tədqiqatın nəticələri yalnız dilçiliyi yox, eyni zamanda etnik
psixologiyanı, kulturologiyanı, fəlsəfəni və bir sıra digər humanitar elmləri maraqlandırır.